(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

EXOKARDİOQRAFİYA

"Premium clinic" müasir exokardioqrafiyanın imkanları ürəyin təsvirinin alınması üçün exokardioqrafiya və ya ürəyin ultrasəs müayinəsi əsas üsullardan biri hesab edilir.

Demək olar ki bugünki gün exokardioqrafiya üsulu kardiologiya sahəsində yaranmış bir çox problemləri həll etməyə imkan yaradır.

Onlardan məsələn ürək boşluqlrının, habelə ürək əzələsinin qalınlığının ölçülməsi, ürəyin yığılma qabiliyyəti, ürək qapaqlarının funksiyası, boşluqlarda trombun olması haqqında və digər funksiyalarını qeyd etmək olar. Exokardioqrafiya - anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri invaziv müayinə üsulu hesab edilir.Ürəyin ultrasəs müayinəsini aparmaq üçün əsas göstərişlər aşağadakılardır: Exokardioqrafiya

  1. Anadangəlmə və ya sonradan qazanılma ürək qüsurlarına şübhə olduqda.
  2. Ürəkdə hər hansı bir küy eşidilərsə.
  3. Adi kardioqramma zamanı dəyişiklk tapılarsa
  4. Miokard infarktına şübhə olduqda habelə infarktı keçirmiş xəstələr
  5. Xəstələrdə ürək nahiyyəsində ağrılar, tənginəfəslik olduğu zaman
  6. Qan təzyiqinin yuxarı və ya aşağı olarsa
  7. Keçirilən ürək əməliyyatlarından sonrakı nəzarət məqsədi ilə.

Hal hazirda müasir exokardioqrafiya bir neçə variantlarda aparıla bilər

  1. Sadə B-rejimli exokardioqrafiya- adından bəlli olduğu kimi ürəyin və onun müxtəlif hissələri(qapaqlar, ürək boşluğu) adi olaraq görməyə imkan yaradı
  2. M-rejim burada ürəyin yoxlanılması xüsusi qrafik formasında alınmış təsvirin üzərində aparılır.Köməkşi üsul hesab edilir və əksəriyyət hallarda birinci üsul ilə birlikdə aparılır
  3. Doppler exokardioqrafiya müxtəlif formalarını özündə birləşdirərək(impulsdalğalı, fasiləsizdalğalı, rənqli, enerqetik, toxum doppler) sonda ürəkdaxili və ürəkdən çıxan maqistral damarlarda gedən qan dövranı haqqında, habelə ürək əzələsinin zəif hərəkət edən və gizli qalan sahələrini aşkar etmək imkanı yaradır.
  4. Stress exokardioqrafiya-bu zaman ürəyin ultrasəs müayinəsi xəstəyə müxtəlif fiziki sınaqlar və ya yüklənmələr verilərək aparılır. Əsasən geniş istifadə olunur ürəyin işemik xəsliyindən əziyyət çəkən xəstələrdə.
  5. Damardaxili ultrasəs xüsusi damara yeridilmiş ötürücünün köməkliyi ilə ürəyin koronar damarlarının yoxlanılması .İnvaziv üsul hesab edilir və bir çox hallarda koronaroqrafiya ilə birlikdə aparılır.

Bu üsulları özündə cəmləşdirən müasir exokardioqrafiya ürəyin istər anatomik istərsə də onun qan dövranı haqqında çox dəqiq informasiya toplamaq imkanı və beləcə xəstəyə əlavə invaziv üsullarla aparılan müayinələrdən yan keçməyə imkan yaradır.

 

#exokardioqrafiya #xeste #pasient #klinika #kardioqramma #premium #premiumclinic #ultrasesmuayine #uygunseviyyede xidmet #ekq

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design