(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

KLİNİKA HAQQINDA

   "Premium Clinic" - adına uyğun səviyyədə xidmət 

   "Premium Clinic" məhdud məsuliyyıətli cəmiyyəti 24 aprel 2013-ci ildə təsis olunub. Klinikaya tibbi fəaliyyətlərlə məşğul olmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi icazə -Lisenziya N 084718 3 aprel 2015-ci ildə ( qeydiyyat 1389) verilmişdir.

   Mərkəzləşmiş klinika müasir elmi texniki tərəqqinin inkişafına və tələblərinə cavab verən Almaniya, İtaliya, Türkiyə dövlətlərində istehsal olunan müasir tibbi təyinatlı avadanlıqlarla təchiz olunmuşdur. Müəssisə Bakı Şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25B yerləşən müasir standartların tələbinə cavab verən 6 mərtəbəli binada fəaliyyət göstərir. Klinikamızın həyətində fərdi avtomobil dayanacaqları üçün yer, xəstələrin və onların yaxınlarına xidmət göstərmək üçün yeməkxana fəaliyyət göstərir.Təcrübəli həkim komandamizın sayəsində hər zaman xalqımızın keşiyindəyik. Müasir tələblərə cavab verən 6 mərtəbəli binada mərkəzi sərinlətmə, istilik sistemi, tibbi qaz sistemi və ventilyasiya sistemi beynəlxalq tələblər səviyyəsində qurulmuşdur. Bina “tibbi xəstəxana lifti” və yük lifti ilə də təchiz olunmuşdur. Yeni binada əhaliyə göstərilən geniş spektrli ambulator xidmətlə yanaşı, son texnologiyalar ilə təchiz olunmuş 3 əməliyyat blokları, sterilizasiya bloku və müasir tələblərə cavab verən Reanimasiya şöbəsi qurulmuşdur. Stasionar şöbədə 24 cərrahi çarpayı yerləşdirilmişdir. Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı yüksək səviyyəli interyerə malikdirlər. Ambulatoriya kabinetlərin sayı 40-a çatdırılmışdır. Klinikamız fasiləsiz isti və soyuq su, fasiləsiz elektrik enerjisi təminatı, avtonom rejimdə çalışan istilik sistemi ilə təmin olunub. Klinika ambulator və stasionar xidmət göstərir. Burada poliklinika və stasionar şöbələri əhaliyə yüksək səviyyəli müxtəlif sahələr üzrə tibbi xidmət həyata keçirir.Klinikamız müasir təbabətin klinik standartlarına tam uyğundur. Premium klinika Avropada, Amerikada aparıcı şirkətlərin müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub. Ambulator şöbədə müxtəlf saylı yüksək ixtisaslı mütəxəssislər-kardioloqlar, endokrinoloq, terapevtlər, nevropatoloq, androloq, dəri-zöhrəvi, uroloqlar, pediatrlar, cərrahlar, travmatoloq, fizioterapevt, stomatoloq, otolarinqpoloq, və s. fəaliyyət göstərirlər. Həkimlərimiz öz işlərinin peşəkar mütəxəssisləridir . Həkim komandamız Rusiya, Almaniya, Turkiyə və ABŞ-da təcrübələnmiş həkimlərdir. Klinikamızın əsas məqsədi Premium adina layiq tibbi xidmət göstərmək və beynalxalq standartlardan geri qalmamaqdır. Əməliyyat bloqları ən müasir səviyyədə təchiz edilmişdir. Əməliyyat stolları çox funksiyalı olmaqla, əməliyyat boyu xəstənin rahatlığını tam təmin etməyinə imkan yaradır. Burada ən müasir anesteziya avadanlıqları və cərrahi cihazlar və avadanlıqlar, o cümlədən endoskopik dayanacaqlar quraşdırılmışdır. Bütün bu sadalanlar cərrahi əməliyyatların qisa müddətə az travmatik və fəsadsız həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Premium Clinic aparılan cərrahi əməliyyatlar geniş profilli olub həm  klassik metodların tətbiqi həm də Laporoskopik cərrahiyə üsullarla həyata keçirilir. Ümumiyyətlə cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir

  • Qarın boşluğu əməliyyatları
  • Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)
  • Hepatopankreatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri)
  • Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq əməliyyatları)
  • Proktoloji xəstəliklər (hemoroy, anal fistula, anal çat və s.)
  • Yırtıq cərrahiyyəsi ( qasıq yırtığı, göbək yırtığı, qida borusunun yırtıqları, diaqfraqma
  • Uroloji əməliyyatlar (böyrək, sidik axarları, sidik kisəsi, prostat vəzi)
  • Damar-sinir əməliyyatları
  • Ortopedik və onurğa əməliyyatları
  • Estetik, plastik və rekonstruktiv əməliyyatlar
  • Otolarinqpoloji əməliyyatlar (burun çəpəri, burunda və boğazda artıq ət və.s)

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design