(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

Xəstəxana qaydaları

XƏSTƏ VƏ YAXINLARININ HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

  1. Xəstə müalicə dövründə yazılı müraciət ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
  2. Xəstə və xəstə yaxınları xəstəxanamızda göstərilən bütün xidmətlər haqqında pulsuz məlumat ala bilər.
  3. Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
  4. Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
  5. Xəstə xəstəxanaya ödədiyi məbləğin açığlanmış şəkildə fakturasını tələb edə bilər.
  6. Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir.

XƏSTƏXANA QAYDALARI

  1. Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yarana biləcək fəsadlar həkim tərəfindən xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
  2. Tək nəfərlik və V.İ.P otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının gətirilməsi qadağandır.
  3. Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməyiniz xaiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
  4. Xəstələrlə ziyarət saatları 18:00-20:00-dır (xəstənin qaldığı otaq tipinə görə bu dəyişə bilər).
  5. Görüş zamanı hər bir xəstənin yanına 2 nəfər daxil ola bilər.
  6. Saat 22:00-dan öncə olan yatışlar növbəti gün 12:00-da 1 gün sayılır. Saat hesablanarkən stasionara daxil olma vaxtı əsas götürülür.
  7. Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər bufetdən ödənişlə təmin edilir. Servis bufetdən otağa nağd ödənişlə verilir.
  8. Xəstə yaxınının otağda qalma müddəti səhər saat 12:00-da bitmək şərti ilə 1 gün hesablanır.
  9. Əməliyyat olunacaq xəstələrin geyimləri xəstəxana tərəfindən verilir.
  10. Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakı sarğılar isə ödənişlidir.
  11. Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir idarə və müəssisələrə bülleten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
  12. Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi qəti qadağandır.

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design