Nevrologiya mərkəzi və periferik sinir sisteminin xəstəlikləri ilə məşğul olan kliniki tibbi sahədir. Insan yaşlandıqca onun nevroloji xəstəliklərə tutulma ehtimalı artır, lakin müasir gənclər də sinir sistemi xəstəliklərinə kifayət qədər tez-tez məruz qalırlar.
Xüsusilə yol-nəqliyyat qəzaları hesabına artan travmaları qeyd etmək olar. Nevroloji xəstəliklərə nevritlər, polimiozitlər, işemik və hemorragik insultlar və insult nəticəsində baş verən ifliclər, miqren, osteoxondrozlar, epilepsiya, Alsheymer xəstəliyi, qocalıq ağılzəifliyi, posttravmatik hallar radikulutlər kimi çox yayılmış xəstəliklər aiddir ki, demək olar ki, hər bir insan bunlardan hansısa birindən əziyyət çəkir. Premium klinikasinda təcrübəli nevrapotoloqlar, həmçinin uşaq nevrapotoloqları sizə bu xəstəliklərə qarşı kompleks müalicə, eyni zamanda profilaktik müayinə proqlamları təklif edir. Vaxtinda aparilmış profilaktik müayinə, müalicə, lazım olarsa həyat tərzinin dəyişməsi, zərərli adətlərdən imtina kimi tədbirlərlə ölüm və əlilliklə nəticələnən işemik insultun qarşısını almaq mümkündür.
- Əsəbilik
- Xroniki yorğunluq sindromu
- Yuxusuzluq
- Autizm
- Gərginlik baş ağrıları
- Klaster baş ağrıları
- Nevroz
- Migren
- Migrenin müalicəsi
- Medikamentoz dərman blokadaları
- Hipertoniya və insult
- Osteoxondroz
- İnsult
- İşemik və hemorragik insult
- İnsultların profilaktikası