(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Türkiyəli doktor Fevzi Özgönül bəzi xəstəliklərdən əziyyət çəkənlərin və hamilələrin oruc tutmamasını məsləhət görüb.
Türkiyə mətbuatının xəbərinə görə, o, Ramazan ayında oruc tutmağın kimlər üçün riskli olduğunu açıqlayıb. Onun fikrincə, aşağıdakı kateqoriyalara daxil olanlar əsla oruc tutmamalıdırlar:

  • Hamilələr
  • Uşaq əmizdirən analar
  • Şəkər xəstələri
  • Ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar
  • Xroniki xəstəliklərdən əziyyət çəkənlər
  • Ciddi psixoloji problemləri olanlar
  • Yetkinlik yaşına çatmayan uşaqlar
  • Kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələri

Həkim Fevzi Özgönül bildirir ki, təzyiq xəstələrinin də oruc tutması risklidir:
“Oruc tutmaq uzun müddət susuz qalmaq deməkdir. Bu isə qan dövranına mənfi təsir edir. Əgər oruc tutarkən təzyiqiniz tez-tez yüksəlir və ya aşağı enirsə, bu orucun sizin üçün riskli olduğundan xəbər verir”.
Həkim ürək xəstələrinin qış və payız aylarında oruc tuta biləcəklərini, ancaq yay aylarına düşən Ramazanda oruc tutmamalı olduqları qənaətindədir:
"Yay aylarında tutulan oruc bədənin su itirməsinə səbəb olur. Bu da ürək xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Ona görə də, ürək xəstələrinə oruc tutmamağı məsləhət görürəm”.
Həkimin sözlərinə görə, 18 yaşı tamam olmamış uşaqlar və yaşlılar da oruc tutmamalıdırlar:
"18 yaşı tamam olmamış uşaqların qidalanma rejimini dəyişdirməsi düzgün deyil. Özünü sağlam və güclü hiss edən qocalar oruc tuta bilərlər. Ancaq yorğun, qüvvətsiz, əlləri titrəyən qocaların oruc tutması düzgün deyil”.

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design