(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

Ozonoterapiya

Ozonoterapiya 100 ildən çox yaşı olan qeyri-ənənəvi müalicə üsullarındandır. Bu üsul ozonun yüksək oksidləşdirici və katalitik xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir.

Ozonoterapiya zamanı toxumaların oksigen təmiatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapillyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bütün bunlardan əlavə ozonun bakterisid, virusid və fungisid təsirləri var. Antiseptiklərdən fərqli olaraq ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir. Bu da orqanizmin özünün antioksidant sistemlərə malik olması ilə əlaqədardır.

Ozon həm hüceyrə, həm də humoral immuniteti aktivləşdirir. Onun təsirindən limfositlər və monositlər tərəfindən orqanizmin virus infeksiyasına qarşı endogen mübarizə faktorlarından biri olan interferonun sintezi artır. Nəticədə hüceyrə immunitetində iştirak edən T-killerlərin sintezi artır, immunqlobulinlər ha-zırlayan B-limfositlərin funksiyası normallaşır və iltihabi proses aradan qalxır.

Hepatitlərin müalicəsi ozonoterapiyanın əsas aspektlərindən biridir. Bu halda müalicənin effekti ozonun həm virus əleyhinə, həm də immunomodulyasiyaedici təsirinə əsaslanır. Ozonoterapiya hepatitlərin bütün tiplərində, xüsusən xronik formalarında daha effektlidir.

Ozon virusların kapsulasında olan polipeptid zəncirləri zədələyir, virusun hədəf hüceyrə ilə birləşməsinin qarşısını alır, zülalların sintezində iştirak edən əkstranskriptaza fermentini neytrallaşdırır, nəticədə virusun çoxalmasının qarşı-sını alır.

“Premium clinic ” klinikasında ozonoterapiya həyata keçirilir. Ümumiyyətlə ozonoterapiya bir neçə üsulla aparılır. Buraya bitki yağı-nın xüsusi texnologiya ilə ozonlaşması və təmiz ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi də aiddir.

Diaqnozdan və xəstəliyin xüsusiyyətindən asılı olaraq böyük hemotransfuziya və ya ozonlaşmış fizioloji məhlulun yeridilməsi istifadə olunur. Çox zaman isə xüsusi sxem üzrə hər iki üsuldan istifadə edilir.

Böyük autohemoterapiya zamanı pasientdən qan götürülür və ozonla qarışdırılır. Ozon qanda yalnız bir neçə saniyə qalır. Belə ki, ozon davamsızdır, parçalanaraq müxtəlif kimyəvi reaksiyalara daxil olur, daha davamlı və aktiv birləşmələr əmələ gətirir. Kurs müalicə 3-10 dəfə 3-4 gündən bir aparılır.

Ozonoterapiya qanı oksigenlə zənginləşdirir. Adi halda venoz qanda oksigenin parsial təzyiqi 40 mm c. süt. təşkil edir. Aparılan təcrübələr zamanı müəyyən olunmuşdur ki, ozonoterapiyadan sonra oksigenin parsial təzyiqi 20 mm c. süt.-a enir. Bu o deməkdir ki, qandan oksigenin daha çox hissəsi toxumalara keçir. Bu effekti heç bir dərman maddəsi ilə əldə etmək mümkün deyil.

Ozonlaşmış fizioloji məhlul hazırlamaq üçün məhlul 20 dəq. ərzində ozonlaşdırılır. Ozonlaşdırıldıqdan sonra məhlul 10-15 dəq. ərzində vena daxilinə köçürülməlidir. Kurs müalicə 5-12 dəfə gündəlik və ya günaşırı aparılır.

Ozonlaşmış yağ

Ozonlaşmış bitki yağının istifadəsi daha çox mədə-bağırsaq, qaraciyər, öd kisəsi xəstəliklərində istifadə edilərək gözəl nəticələr verir.

Ozonlaşmış yağın antiseptik və regenerasiyaedici xüsusiyyətləri ozonlaşmış məhlullardan daha çoxdur. Bu onunla əlaqədardır ki, ozon doymamış yağ turşularının mürəkkəb efirləri ilə birləşərək ozonidlər əmələ gətirir. Ozonidlər davamlı birləşmələr olduğu üçün daha uzun müddət öz təsirini saxlayır. Ozonlaşmış yağ oksigeni toxumalara verərək, qan dövranını yaxşılaşdırır, metabolik prosesləri aktivləşdirir, patoloji ocaqların qranulyasiya və epitelizasiyasını sürətləndirir.

Xlamidiya və mikoplazma etiologiyalı genital infeksiyalarda vaginal şamlardan geniş istifadə olunur. Şamın tərkibinə ozonlaşmış zeytun yağı və kakao yağı daxildir.

Ozonlaşmış yağ aşağıdakı qaydada istifadə olunur:

  • tampon – per vaginum;
  • mikroimalə - per rectum;
  • aplikasiya – selikli qişaları;
  • daxilə qəbul etmək üçün – per os;

kosmetik məqsədlə.

Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi

Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi isə yerli olaraq piy toxumasının parçalanmasına və beləliklə, insanın arıqlamasına, sellülitdən azad olunmasına şərait yaradır.

Sellülitin müalicəsi müasir estetik təbabətin ən aktual problemlərindəndir. Bu dərialtı piy toxumasının patologiyasıdır.

Sellülitin əmələ gəlməsinin aşağıdakı səbəbləri vardır:

Piy toxumasının irsi xüsusiyyətləri.

Dərialtı piy toxumasının mikrosirkulyasiyasının pozulması.

Passiv həyat tərzi.

Qeyri-rasional qidalanma (qidada heyvani yağlar və xolesterinin çoxluq təşkil etməsi və s.).

Endokrin sistemin pozğunluqları.

Su-duz mübadiləsinin pozulması.

Səbəblərin çoxluğuna baxmayaraq, sellülitin yaranmasının əsasında mikro-sirkulyasiyanın pozulması durur.

Ozon yüksək oksidləşdirici olmaqla yanaşı, dərialtı toxumaya vurulduqda aşağıdakı xüsusiyyətlərə malik olması ortaya çıxır:

Dərinin və dərialtı toxumanın mikrosirkulyasiyasını yaxşılaşdırır.

Davamlı yağları davamsız yağlara çevirərək onların yanmasını asanlaşdırır.

Oksigendən asılı prosesləri aktivləşdirir.

Fibrinolitik təsirə malik olduğu üçün sellülit düyünlərini əhatə edən fibroz qişaları əridir.

Bizim klinikada sellülitin müalicəsində dərialtına ozon-oksigen qarışığı yeridilməsi ilə yanaşı, ozonlaşmış krem, yağ və ya gellə masaj olunur.

Müalicədən sonra ayaqlarda yüngüllük hiss olunur, ödem azalır, “portağal qabığı” yox olur, dəri zəif çəhrayı rəng alır, hamar və elastik olur, piy toxuması bərk və kompakt olur.

Ozonoterapiyanın bir sıra göstəriş və əks göstərişləri vardır.

Göstərişləri:

Cərrahiyyə: abses, sepsis, peritonit, trofik və yataq yarası, yanıqlar, xronik osteomielit, tromboflebit, aşağı ətraf damarlarının obliterasiyası və s;

Terapiya: xronik qastrit, kolit, mədə və 12 barmaq bağırsağın yarası, xronik hepatit, qaraciyər sirrozu, revmatizm, artrit, artroz, ürəyin işemik xəstəliyi, allergik xəstəliklər, yuxarı tənəffüs yollarının xəstəlikləri, hipertoniya xəstəliyi və s;

Endokrinologiya: şəkərli diabet, hipotireoz;

Oftalmologiya: görmə sinirinin atrofiyası, torlu qişanın atrofiyası, buynuz qişanın xəstəlikləri və s;

İnfeksion xəstəliklər: virus xəstəlikləri, o cümlədən hepatitlər;

Urologiya: pielonefrit, sistit, uretrit, prostatit və s;

Dermatologiya: furunkulyoz, piodermiya, herpes, göbələk xəstəlikləri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, çəhrayı dəmirov, dermatozlar və s;

Kosmetologiya: gənclik sızanaqları, sellülit, lokal lipodistrofiya, alopesiya və s;

Mama-ginekologiya: cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, hamiləlik toksikozları, anemiya, dölün hipoksiyası, dölün bətndaxili infeksiyalaşması, sonsuzluq və s;

Nevrologiya: beyin qan dövranı pozğunluğu, periferik sinir sisteminin xəstəlikləri, miqren, vegetativ distoniya, işemik insult və s;

Stomatologiya: stomatit, paradontoz, pulpit və s;

İntensiv terapiya: detoksikasion ozonoterapiya.

Əks-göstərişləri:

  • Qanaxma ilə gedən xəstəliklər;
  • Hemorragik insult;
  • Hipertireoz;
  • Qıcolma sindromu;
  • Kəskin alkohol intoksikasiyası;
  • Trombositopeniya;
  • Qanın laxtalanma sisteminin zəifləməsi;
  • Ozona qarşı allergiya.

Nəzərə almaq lazımdır ki, ozonoterapiya klinikamız, eləcə də Azərbaycan üçün yeni müalicə üsullarındandır. Lakin aparılan manipulyasiyalar zamanı heç bir ağırlaşma müşahidə olunmamışdır. Ədəbiyyat məlumatlarına baxmayaraq, bizim klinikamızda bu üsula özünəməxsus yanaşma vardır. əminliklə qeyd etmək olar ki, bu üsulun analoqu yoxdur.

Klinikaya müraciət etmiş xəstələr, şikayətlərindən asılı olaraq hərtərəfli yoxlanır və hər biri üçün fərdi müalicə planı hazırlanır. Yəni klinikada kompleks müalicə aparılır.

Qeyd etmək istəyirəm ki, ozonla böyük autohemoterapiya Azərbaycanda ilk dəfə bizim klinikamızda aparılmışdır. Bizdə ozonoterapiya eliksiroterapiya ilə birlikdə aparılır. Eliksiroterapiya kursu keçmiş xəstələr, bu müalicəni keçməmiş xəstələrdən fərqlənir. Bu fərq qanda özünü göstərir. Belə ki, qanın reoloji xüsu-siyyətləri yaxşılaşır və götürülməsi asanlaşır. Bununla da autohemoterapiyanın aparılma müddəti qısalır.

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design