(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

Stomatologiya

Kariesin müalicəsi, dişlərin ağardılması, pulpitin müalicəsi, periodontitdən müalicə, çıxan və çıxmayan protezlər, diş daşlarından və diş çöküntülərindən təmizlənmə, damaq müalicəsi (gingivit, parodontoz, stomatit), qeyri-karies xəstəliklərdən müalicə (flüoroz, pazabənzər defekt)

Aparatlar

Bormaşın, skeler, plombun yapışdırılması üçün lazer, mikromotor
Əlavə məlumat
“Premium Clinic” də stomatoloji xidmətlərə ortopediya, endodontiya, paradontiya, ortodontiya və terapiya daxildir.
“Premium Clinic” də ən son texnologiyaya malik olan Yapon və Alman avadanlıqları istifadə edilir. İstifadə edilən dərman preparatları və gigiyenik vasitələr də müasir standartlara cavab verir. Bizim klinikamızda stomatologiya kabinetində sterilizasiyaya ciddi əməl olunur. Yüksək keyfiyyətli İtaliya istehsalı olan sterilizasiya aparatımız-avtoklav mövcuddur. Bütün cihazlarımız hər birisi avtoklavda gündəlik sterilizasiya olunur. Şöbəmiz dişlərdə mövcud problemləri aşkar etmək üçün vizioqraf aparatına malikdir.
Parodontoloji xidmətlər “Premium Clinic” da tam ağrısız və iynəsiz aparılır. Hal-hazırda dünya səhiyyəsində iynə ilə aparılan dişəti müalicəsi köhnəlmiş hesab edilir. Daha təkmil üsullar irəli sürülməkdədir. İlk öncə tərəfimizdən düzgün diaqnoz təyin edilir. Patoloji dişəti ciblərinin aşkar edilməsi, selikli qişanın müayinəsi əsasında antibiotik və digər iynəsiz müalicə olunur. Çox dərin və professional təmizləmə aparılır. Şöbəmizdə arı məhsullarından istifadə etməklə kompleks müalicədən istifadə edilir. Həm yerli, həm də daxilə qəbul edilən terapiyadan istifadə edilir. Ağır tipli paradontozlarda selikli qişa açılır. Dişlər kökünə qədər təmizlənir və parodontoloji tikişlərlə bağlanır.

PREMİUM CLİNİC də stomatologiyanın ən son nailiyyətləri tətbiq edilir. Bura cərrahi, terapevtik və ortopedik fəaliyyət də daxildir. Cərrrahi fəaliyyət olaraq implantologiya (Dişlərin əkilməsi) kimi implantologiya nəzərdə tutulur. Şöbəmizdə İsveçrə, Almaniya və İtaliyanın ən son texnologiyalarını tətbiq edərək endoprotezlər qoyuruq. Ortopedik sahədə isə metal və metalsız keramika, qızıl keramika və son texnologiya olan sirkonium keramikadan istifadə etməklə diş sırası qüsurlarını bərpa edirik. Xüsusilə qeyd etmək istərdik ki, son zamanlar aktual bir problemə çevrilən hüdudlanan diş qüsurlarında dayaq dişlərini yonmamaqla mikro protezlərdən, merilend körpülərdən və plomblar vasitəsilə ribbonddan istifadə etməklə diş qüsurlarını bərpa edirik. Estetik stomatologiyada son zamanlar daha çox yayılan vinirlərdən də istifadə edirik. Bunun köməyilə diş bütövlükdə yonulmadan, onun yalnız emal hissəsi yonularaq çox yüksək səviyyədə estetik görünüş alınır. Biz terapevtik vinirlərdən istifadə edirik ki, bunlar da tez düzəlir və pasientlər üçün ucuz başa gəlir. Endodontik müalicədə vizioqrafiya aparatının və apex lokatorun köməyilə biz sinir çıxarıldıqdan sonra dişləri son dərəcə dəqiqliklə doldurub gələcəkdə heç bir problem çıxmamasına zəmanət veririk.

Saqlamlığınızı “Premium Clinic”-in peşakar həkim heyyətinə etibar edin ! “Premium Clinic” - sizlər üçün yarandıq. Tam duzgün diaqnoz və lazım olan müayinələr və mualicə nəticəsində əldə olunan əvəzolunmaz sağlamlığ.

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design