XƏSTƏ VƏ YAXINLARININ HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
- Xəstə müalicə dövründə yazılı müraciət ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
- Xəstə və xəstə yaxınları xəstəxanamızda göstərilən bütün xidmətlər haqqında pulsuz məlumat ala bilər.
- Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
- Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
- Xəstə xəstəxanaya ödədiyi məbləğin açığlanmış şəkildə fakturasını tələb edə bilər.
- Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir.
XƏSTƏXANA QAYDALARI
- Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yarana biləcək fəsadlar həkim tərəfindən xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
- Tək nəfərlik və V.İ.P otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının gətirilməsi qadağandır.
- Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməyiniz xaiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
- Xəstələrlə ziyarət saatları 18:00-20:00-dır (xəstənin qaldığı otaq tipinə görə bu dəyişə bilər).
- Görüş zamanı hər bir xəstənin yanına 2 nəfər daxil ola bilər.
- Saat 22:00-dan öncə olan yatışlar növbəti gün 12:00-da 1 gün sayılır. Saat hesablanarkən stasionara daxil olma vaxtı əsas götürülür.
- Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər bufetdən ödənişlə təmin edilir. Servis bufetdən otağa nağd ödənişlə verilir.
- Xəstə yaxınının otağda qalma müddəti səhər saat 12:00-da bitmək şərti ilə 1 gün hesablanır.
- Əməliyyat olunacaq xəstələrin geyimləri xəstəxana tərəfindən verilir.
- Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakı sarğılar isə ödənişlidir.
- Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir idarə və müəssisələrə bülleten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
- Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi qəti qadağandır.