Ürək-damar sisteminin xəstəlikləri bu günə qədər yaşlı insanların ölüm səbəbində və xəstəlikləri arasında birinci yerdədir. Ürəyin və damarların quruluşunu bilmək vacibdir, çünki normanı bilmədən patologiya haqqında fikir yürütmək olmaz.
Həmçinin bu elm ürək-damar sisteminin xəstəliklərinin səbəblərini də öyrənməklə məşğuldur. Bu və ya digər xəstəliyin səbəbi bilinməzsə, xəstəliklə mübarizə aparmaq çətindir. Əlbəttə pasiyentlərə simptomatik müalicə aparılır (yəni xəstəliyin simptomlarına təsirn göstərilir məsələn yüksək arterial təzyiqə, ürəkdə ağrıya), lakin əsas məqsəd konkret xəstəliyin səbəbini aşkar etmək və bununla mübarizə aparmaqdır. Premium klinikasında konsultasiya zamanı kardioiloq sizin sağlamlığınızın vəziyyətini kompleks şəkildə qiymətləndirəcək, lazım olan müayinələri məsləhət görəcək, bu da müalicənin düzgün və dəqiq aparılmasına gətirəcək.