(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

DAMAR CƏRRAHİYYƏ

 

DAMAR CƏRRAHİYYƏSİ – tibbin arteriya və venaların cərrahi xəstəlikləri ilə məşğul olan sahəsidir “Premium Clinic”- da arteriya və venalar üzərində geniş spektrli cərrahi əməliyyatlar həyata keçirilir.

Aortafemoral, iliofemoral və s. şuntların qoyulması, psevdoanevrizmaların aradan qaldırılması, arteriovenoz fistulaların qoyulması, flebektomiya, seqmentar varikektomiya və s.əməliyyatlar bu qəbildəndir.

Arteriyaların şuntlanması toxumaların qanla təchizatının pozulması ilə müşayiət olunan damar xəstəliklərində aparılır (ateroskleroz). Şuntlama əməliyyatı damarların zədələnmiş nahiyədən aşağı digər bir damarla əlaqənin yaradılmasıdır. Nəticədə zədələnmiş damarda qan dövranı bərpa edilir. Flebektomiya, seqmentar varikektomiya və s. kimi əməliyyatlar venaların varikoz genişlənməsi zamanı aparılır.
Əməliyyata hazırlanan xəstələr aşağıdakı müayinələrdən keçirlər:

  • Doppleroqrafik ultrasəs müayinəsi – bu metod qan damarlarının mənfəzi, qanın axın sürəti və damar divarında olan dəyişikliklər barəsində dəqiq və ətraflı məlumat verir.

VENALARIN VARİKOZ GENİŞLƏNMƏSİ
Venaların varikoz genişlənməsi (aşağı ətraf venalarının varikoz xəstəliyi) – böyüklər arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Dünyanın bir sıra ölkələrində aparılan epidemioloji tədqiqatlar göstərir ki, 20–25% qadınlar və 10–15% kişilər venaların varikoz genişlənməsi xəstəliyindən əziyyət çəkirlər. “Varikoz” sözü latın dilində “varix, varicis” – şişkinlik mənasındadır. Venaların varikoz genişlənməsi zamanı dərialtı venalar genişlənir, qanın damarlarla axını pozulur, aşağı ətraflarda durğunluq inkişaf edir.Venaların varikoz xəstəliyinin müalicəsi haqqında ilk məlumatlar hələ lap qədim dövrlərin qaynaqlarında öz əksini tapmışdır. Belə ki, bu məlumatlara orta yunan dövrünə aid papiruslarda da rast gəlmək olar (təxminən 3000 il bundan qabaq).
Venaların varikoz genişlənməsi yalnız insanlara mənsubdur. Belə ki, vertikal yerişlə əlaqədar olaraq Homo sapiens tipli insanlarda aktiv hərəki fəaliyyət zamanı sirkulyasiya edən qanın böyük bir hissəsi (60-70%) ürəkdən aşağı nahiyəni əhatə edir. Bədənin vertikal vəziyyəti zamanı aşağı ətraf venalarının divarlarına daxildən təzyiq artır. Səthi və dərin venalarda hipertenziya inkişaf edir. Aşağı ətraflardan qanın qayıtması nəinki ürək vasitəsilə, eyni zamanda aşağı ətraf əzələləri (“əzələ mühərriki”, “periferik ürək”) və venoz klapanlarla həyata keçirilir. Venoz klapanlar qanın əks istiqamətdə axınının qarşısını alır.
Venaların varikoz xəstəliyinin inkişafının aşağıdakı səbəbləri vardır:

  • İrsi meylilik (hər iki valideynin bu xəstəlikdən əziyyət çəkməsi xəstəliyin inkişaf riskini 60%-ə qədər artırır).
  • Cinsi mənsubiyyət – kişilərə nisbətən qadınlar 1,5-2 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Hamiləlik, hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait yaradır.
  • Bədən çəkisinin normal göstəricilərdən artıq olması. Belə ki, bədən çəkisinin 20%-ə qədər artması aşağı ətraf venalarının varikoz genişlənməsi riskini 5 dəfəyə qədər artırır.
  • Uzunmüddətli statik yüklər və az hərəki aktivlik (uzun müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin qaldırılması,hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.).

Venaların varikoz genişlənməsi zamanı venaların elastikliyi azalır, nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli dərəcədə genişlənir, venoz düyünlər əmələ gəlir. Genişlənmiş venalarda qanın axın sürəti də azalaraq trombların əmələ gəlməsinə şərait yaradır.Xəstəlik tədricən inkişaf edir. Əsasən səthi dərialtı venalar zədələnir. Genişlənmiş venalar dəri səthinə doğru qabarır. Getdikcə qıvrılaraq düyünlər əmələ gətirir. Xəstəliyin sonrakı inkişaf mərhələlərində zədələnmiş nahiyələrdə tünd rəngli ləkələr meydana çıxır. Dəri qidalanmasının pozulması trofik yaraların əmələ gəlməsinə səbəb olur. Venaların varikoz genişlənməsi əksər hallarda günün sonuna yaxın aşağı ətrafların ödemi və şişkinliyi ilə müşahidə edilir. Hərəkət edərkən ayaqlarda ağırlıq və dartılma hissi, gecə qıcolmaları və s. xroniki venoz çatmamazlığının əsas əlamətləri hesab edilir.
Xroniki venoz çatmamazlığın aşağıdakı mərhələləri ayırd edilir:

  • Kliniki əlamətlər mövcud deyil
  • “Ağırlaşmış ayaqlar” sindromu, keçici ödem
  • Davamlı ödem, hiper və ya hipopiqmentasiya, lipodermateroskleroz, ekzema
  • Venoz trofiki yaralar (açıq və ya sağalan)

Venaların varikoz genişlənməsinin aşağıdakı ağırlaşmaları baş verə bilər:

  • Kəskin tromboflebit
  • Venoz düyünün parçalanması və qanaxma
  • Xroniki venoz çatmamazlıq və trofiki yaraların inkişafı

Diaqnostika və müayinə
Venaların varikoz genişlənməsi xəstəliyindən əziyyət çəkən pasiyentlərin əsas müayinə metodu venaların rəngli doppler ultrasəs müayinəsidir. Bu müayinə metodu klapanların mövcud vəziyyəti, venoz sistemdə hemodinamika barəsində dəqiq və ətraflı məlumat verir. Cərrahi əməliyyata hazırlaşarkən bu müayinə metodundan keçmək vacib mərhələlərdən biridir.
Müalicə
Venaların varikoz genişlənməsi xəstəliyində aparılan müalicə kompleks şəkildə olub, qan axınını bərpa etmək və ya yaxşılaşdırmaq, ağırlaşmaların qarşısını almaq və s. istiqamətdə aparılmalıdır. Bu zaman cərrahi və konservativ metodlar kombinə edilə bilər.

Elastiki corabların, kolqotkaların və bintlərin istifadəsi xəstəliyin konservativ müalicə metodlarına aid edilir. Qan dövranını yaxşılaşdıran və damarların tonusunu artıran dərman preparatları təyin edilir. Hərəki aktivliyi artırmaq məqsədilə müalicəvi gimnastikanın aparılması məqsədəuyğun hesab edilir.Lakin bütün bunlarla yanaşı aşağı ətraf venalarının varikoz genişlənməsində cərrahi müalicə əsas metod hesab edilir. Öz normal funksiyasını yerinə yetirə bilməyən varikoz genişlənmiş venalar artıq patoloji törəmə hesab edilir, buna görə də onların qan dövranından xaric edilməsi (damarın xaric edilməsi və ya sklerozlaşdırılması) venoz axının yaxşılaşmasına səbəb olur. Varikoz venaların xaric edilməsi flebektomiya adlanır. Bu əməliyyat nəinki aşağı ətraflarda olan kosmetik defekti aradan qaldırır, eyni zamanda venoz çatmamazlıq, tromboz və trofik yaralar kimi ağırlaşmaların qarşısını alır.

Premium Clinic”-nin diaqnostik bazası xəstələri, qısa müddət ərzində dəqiq və ətraflı müayinə etməyə, pasientlərin bu xəstəliyin aradan qaldırmasına şərait yaratmaqdadir.

 

 

#varikoz genişlənmə #varikoz genislenme #damar cerrahiyyesi #damar cərrahiyyəsi #doppleroqrafik ultrasəs müayinəsi #doppleroqrafik ultrases muayinesi #venaların varikoz genişlənməsi #venalarin varikoz genislenmesi #prenium clinic #venoz çatmamazlıq #venoz catmamazliq #varikoz xəstəliyinin müalicəsi #varikoz xesteliyinin mualicesi #varikoz xesteliyi #varikoz xesteliyi #ayaqda damar partlamasi #ayaqda damar partlamasi #matkada varikoz #varikozun evde mualicesi #ayaqda damar tutulmasi #ayaqlarda damar cixmasi #varikoz damar genislenmesi #matkada damar genislenmesi #varikoz corablari


#varikoz genişlənmə  #damar cerrahiyyesi #damar cərrahiyyəsi #doppleroqrafik ultrasəs müayinəsi #doppleroqrafik ultrases muayinesi #venaların varikoz genişlənməsi #venalarin varikoz genislenmesi #prenium clinic #venoz çatmamazlıq #venoz catmamazliq #varikoz xəstəliyinin müalicəsi #varikoz xesteliyinin mualicesi #varikoz xesteliyi

#varikozgenişlənmə #varikozgenislenme #damarcerrahiyyesi #damarcərrahiyyəsi #doppleroqrafikultrasəsmüayinəsi #doppleroqrafikultrasesmuayinesi #venalarınvarikozgenişlənməsi #venalarinvarikozgenislenmesi #preniumclinic #venozçatmamazlıq #venozcatmamazliq #varikozxəstəliyininmüalicəsi #varikozxesteliyininmualicesi #varikozxesteliyi

 #varikoz #genişlənmə #varikoz #genislenme #damar #cerrahiyyesi #damar #cərrahiyyəsi #doppleroqrafik #ultrasəs #müayinəsi #doppleroqrafik #ultrases #muayinesi #venaların #varikoz #genişlənməsi #venalarin #varikoz #genislenmesi #prenium #clinic #venoz #çatmamazlıq #venoz #catmamazliq #varikoz #xəstəliyinin #müalicəsi #varikoz #xesteliyinin #mualicesi #varikoz #xesteliyi #varikoz #xəstəliyi 

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design