(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

Stasionar şöbə

“Premium Clinic”- da unikal cərrahi əməliyyatlar həyata keçirilir. Burda klinikanın ixtisaslı həkim cərrahları və ehtiyac olduqda kənardan dəvət edilmiş digər mütəxəssislərin tərəfindən uroloji, plastik, burun-qulaq-boğaz, neyrocərrahi, endokrin cərrahiyyəsi, ümumi cərrahiyyəyə aid əməliyyatlar həyata keçirilir.

“Premium Clinic”- da anestezioloji tibbi avadanlıqlar ən yüksək səviyyədədir. Dünyanın ən yaxşı xəstəxanalarında həyata keçirilən sistemlə aparılan anesteziologiya bir sıra üstünlükləri ilə seçilir. Məlum olduğu kimi klassik anestetiklər bir sıra yan təsirlərə malikdir. Belə ki, xəstələr əməliyyatdan bir müddət sonra yuxulu və əsəbi olduqlarını dilə gətirirlər. Anesteziologiya dərmanları adətən bədəndə daha çox piy toxumalarında toplanır və sonradan bir sıra yan təsirlər yaradır.
Lakin“Premium Clinic”- da istifadə olunan anesteziologiya dərmanları isə qısa zamanda bədəndən xaric olunur və yan təsir törətmir. Bundan əlavə əməliyyat olunan xəstələr monitora qoşulur. Onların qan təzyiqi, qanda oksigenin miqdarı və sairə göstərilir. Bu da əməliyyatın effektini və texnikasını artırır.
Stasionar şöbəsi 24 saat işləyir. Stasionar şöbədə 24 cərrahi çarpayı yerləşdirilmişdir . Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı yüksək səviyyəli interyerə malikdirlər. Daha artıq xəstə yerləşdirmək də olar. Stasionar şöbəsində 2- çarpayılıq palatalarla yanaşı, tək çarpayılıq və VİP-lüks palatalarımız da var. Palatalarımızda daimi işıq, su, kondisioner, televizor var. Xəstələrin rahatlığını və xidmətin operativliyini təmin etmək məqsədilə palatadakı hər bir çarpayıda xidməti personalı çağırmaq üçün həyəcan düyməsi var. Palatalarda sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Klinikanın xüsusi yeməkxanası var.Yeməkxana klinikanın xidməti personalına və xəstələrə qulluq göstərir. Xəstələrimiz üçün ev yeməklərindən fərqlənməyən yüksək səviyyədə xörəklər hazırlanır. Xörəklərdən savayı meyvələr, şirələr verilir. Və müalicə alan xəstənin durumuna görə ayrıca qulluq edilir. Müalicə xərcləri içərisinə“Premium Clinic” tərəfindən hər cür xidmət, o cümlədən zəruri dərman təchizatı daxildir. Əməliyyat olunası xəstələr stasionar şöbəsində əməliyyata hazırlanır. Əməliyyatdan sonra isə yenidən şöbəmizdə yerləşdirilərək müvafiq tibbi xidmət göstərilir.
“Premium Clinic” -nın stasionar şöbəsində əməliyyat olunmuş və ya stasionar müalicə alan bütün ixtisaslara aid xəstələr, o cümlədən nevroloji, uroloji, neyrocərrahi, travmalı, LOR və digər xəstələr yatır.

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design