(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

LOR-CƏRRAHİYYƏ

Premium Clinicasının LOR cərrahiyyə şöbəsi Türkiyənin ən müasir və tanınmış xəstəxanalarında mövcud olan eyni sistemlə işləyir. LOR cərrahiyyə çərçivəsində qulaq-burun-boğaz xəstələrini ilk növbədə endoskopik müayinə edirik.

Xəstə öz xəstəliyini monitorda görür.  LOR cərrahiyyə müayinələrini və əməliyyatlarını Almaniyanın Karl Ştorts firmasının istehsalı olan endoskop və mikroskopik cihazlarla həyata keçiririk.  LOR cərrahiyyə müasir dizaynlı, tibbi cəhətdən əlverişli olan cərrahi alətlərin köməyilə əməliyyatların texnikası daha rahatdır.

Burun boşluğuna baxmaq üçün rinoskopik endoskopiya edirik.

 LOR cərrahiyyə şöbəsində qulağa baxmaq üçün otoskopiya edirik.

 LOR cərrahiyyə şöbəsində qırtlağa baxmaq üçün flexsible-fibroptik, hərəkətli ucluğu olan alətdən istifadə edilir. Bunun köməyi ilə hətta bronxların haçalanan yerinə qədər olan patologiyanı dəqiq təyin edə bilirik. Belə müayinə lokal şəkildə boğaza yerli keyləşdirici püskürtməklə rahat şəkildə həyata keçirilir.  LOR cərrahiyyə eyni zamanda endoskop və mikroskopla işlədiyimizə görə əməliyyatın müddəti olduqca qısadır.Yəni adətən başqa klinikalarda 40 dəqiqə-1 saata başa gələn əməliyyatlar bizim şöbəmizdə 2 dəfə az vaxta reallaşır.

Premium Clinicdə anestezioloji tibbi avadanlıqlar ən yüksək səviyyədədir.  LOR cərrahiyyə dünyanın ən yaxşı xəstəxanalarında həyata keçirilən sistemlə aparılan anesteziologiya bir sıra üstünlükləri ilə seçilir. Məlum olduğu kimi klassik anestetiklər bir sıra yan təsirlərə malikdir. Belə ki, xəstələr əməliyyatdan bir müddət sonra yuxulu və əsəbi olduqlarını dilə gətirirlər. Anesteziologiya dərmanları adətən bədəndə daha çox piy toxumalarında toplanır və sonradan bir sıra yan təsirlər yaradır.

Lakin Premium clinicdə istifadə olunan anesteziologiya dərmanları isə qısa zamanda bədəndən xaric olunur və yan təsir törətmir. Bundan əlavə əməliyyat olunan xəstələr monitora qoşulur. Onların qan təzyiqi, qanda oksigenin miqdarı və sairə göstərilir. Bu da əməliyyatın effektini və texnikasını artırır.

Premium Clinic-  LOR cərrahiyyədə burun-boğaz-qulaq sahəsinə aid bütün xəstəliklər müalicə oluna bilir:

 LOR cərrahiyyə haymorit, sinusit, burun boşluğunun polipləri, burun ətrafı ciblərin, paranazal sinusların polipləri, müxtəlif törəmələrin yeni üsulla müalicəsi həm xəstələr, həm də həkim üçün daha əlverişlidir. Klassik metod olduqca travmatikdir. Bir çox xəstələr bu növ müalicədən imtina edirlər .

Klinikamizın imkanları isə tamamilə yeni və üstün keyfiyyətləri ilə seçilir. Hərəkətli endoskopların köməyilə biz burun boşluğundan daxil olub müxtəlif bucaqlara baxılır . Haymor boşluğuna girmək üçün burun boşluğundan 30 dərəcə bucaq altında baxılır . Harmor boşluğunun buruna açılan dəliyi var. Ordan girib maksilyar sinusdakı, haymor boşluğunun içindəki törəmələri, kistaları, irini təmizləməyə imkan yaradır .Bu əməliyyat da olduqca qısa vaxta yerinə yetirilir. Təqribən 30-40 dəqiqə davam edir. Əməliyyat rahatlığı imkan verir ki, artıq uzun müddət belə xəstəliklərdən əziyyət çəkən xəstələrin həkimə müraciyyətləri artsın.

Premium Clinic- da nazal poliplərini, burun poliplərini götürmək üçün digər bir əlverişli cihazlar da var. Bu cihazın ucunda həm sorucu aspiratoru var, həm də kəsici aləti var. Bu alət özü bir neçə funksiyanı yerinə yetirdiyi üçün olduqca əlverişlidir.  LOR cərrahiyyə sahəsinin inkişafı əməliyyatın vaxtının da qısa olmasına (30 dəqiqə) imkan verir.

Burun və boğaz nahiyəsində olan bütün əməliyyatlar klinikanın həkim-cərrahı Vüsal Qiyasov tərəfindən icra edilir.

Almaniyanın Ştors firmasının istehsalı olan qulaq seti və qırtlaq seti (Set dedikdə əməliyyat üçün gərəkli olan bütün cərrahi ləvazimatlar, alətlər nəzərdə tutulur);

Tonzil, adenoid seti;

Rinoplastika və septoplastika seti;

Endoskopik sinus cərrahiyyəsi üçün vacib olan endo vizion görüntüləmə sistemi;

KBB müayinə seti;

Otoskop: Qulaq nahiyəsinin müayinəsi üçün

Qulaq və burun içi əməliyyatlarında istifadə edilən alətlər seti;

 Ümumilikdə LOR cərrahiyyənin bütün sahələri klinikamızda yüksək səviyyədə xidmət göstərir.

 Lor cərrahiyyə peşəkar Lor cərrahar tərəfindən həyata keçirilir.

#lor cerrahiyye #lor hospital #lor hekimi #lor cerrah #lor #adenoid #rinoplastika #septoplastika #tonzil #xeste #pasient #klinika #premium #qulaq #burun #bogaz 

#lorcerrahiyye #lorhospital #lorhekimi #lorcerrah #lor #adenoid #rinoplastika #septoplastika #tonzil #xeste #pasient #klinika #premium #qulaq #burun #bogaz

#lor cərahiyyə #lorhospital #lorcərrah #lor #adenoid #rinoplastika #septoplastika #tonzil #xəstə #pasient #klinika #premium #qulaq #burun #boğaz

 

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design