(+994) 12 430 05 01 / 02(+994) 50 430 05 01

ÜMUMİ CƏRRAHİYYƏ

Premim clinic”- da aparılan cərrahi əməliyyatlar geniş profilli olub həm endocərrahi, həm də klassik metodların tətbiqi ilə həyata keçirilir. Ümumi cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir:

  • Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)
  • Hepatopankeatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri)
  • Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq)
  • Proktoloji xəstəliklər (hemorroy, anal fistula, anal çat və s.)
  • Yırtıq cərrahiyyəsi
  • Süd vəzisi xəstəlikləri
  • Dəri və yumşaq toxumaların cərrahi xəstəlikləri
  • Laparoskopik cərrahiyyə

Qastrointestinal sistem cərrahiyyəsi
Qida borusunun axalaziya, lipoma, leyomiyoma kimi xoşxassəli törəmələri, divertikulu, mədə və on iki barmaq bağırsağın deşilmə, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmaları, nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit), perianal fistulalar, hemorroidlər, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.

Hepato-pankreatiko-biliar cərrahiyyə
Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit, exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir.

ÜMUMİ CƏRRAHİYYƏ NƏDİR?

  Ümumi Cərrahiyyə, bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə bir yerdə, ümumi (yara yaxşılaşması, yaralanmaya metabolik və endokrin cavabı kimi) məsələləri əhatə edən və onların inkişafı baxımından bir çox cərrahi və əsas tibb sahəsinə birbaşa təsir etmiş bir texniki intizamdır.

Ümumi Cərrahiyyə xəstələrinin böyük bir hissəsi müxtəlif tipdə xərçəng xəstəliklərindən ibarətdir. Bu xəstələr üçün diaqnostik, əməliyyat və sonrakı müalicə mərhələlərinin planlaşdırılması Qastroenteroloji, Radyologiya/ icraedici Radyologiya, Patologiya, Medikal və Radiasiya Onkologiyası ilə əməkdaşlıq içində  fəaliyyət göstərir.

Ümumi Cərrahiyyənin bir digər maraq sahəsi də travmatologiyadır. Travmalı xəstələrdə tez-tez orqan   yaralanmalarının yaranması səbəbiylə Ortopedik,Neyrocərrahiyyə, Urologiya, Ürək     Damar Cərrahiyyəsi hissələri ilə birlikdə hərəkət edilir. Xüsusilə şiddətli çoxlu orqan yaralanmalarında, bütün bu tibb sahələrinin koordinasiyasını Ümumi Cərrahiyyə Bölümü daşımaqdadır.

Ümumi Cərrahiyyə xəstələrinin müalicəsində ən əhəmiyyətli mərhələlərdən biri də əməliyyat sonrasında xəstənin ən qısa müddətdə əvvəlki həyatına dönəcək hala gəlməsidir. Bu da Fiziki MüalicəReabilitasiya bölümü ilə yaxın əməkdaşlıq içində olmaqla həyata keçirilir.

Həkimlik tətbiqlərinə aid müalicə edici cərrahi tətbiqlərin daxil olması ilə birlikdə “Cərrahlıq” ayrı bir həkimlik sahəsi olaraq mənimsənmiş ancaq, o dövrlərdəki cərrahi üsulların məhdud olması səbəbi ilə bütün cərrahi sahələrÜmumi Cərrah” adı altında ələ alınmışdır. Halbuki inkişaflara paralell olaraq gedərək ayrı orqan və ya sistem cərrahi tətbiqləri ümumi cərrahiyyənin bölünüb fərqli cərrahi sahələrin yaranmasına səbəb olmuşdur. Bu mənada qiymətləndirdiyimizdə beyin cərrahiyyəsi, qulaq-burun-boğaz, göz, ağciyər cərrahiyyəsi, ürək və damar cərrahiyyəsi, urologiya (böyrəklər, sidik yolları məsanə və kişi genital orqanları), qadın-doğum, ortopediya, plastik cərrahiyyəsi, uşaq cərrahiyyəsi kimi cərrahi sahələr Ümumi Cərrahiyyədən ayrılmışdır.

Bu gün “Ümumi Cərrahiyyə” deyilincə: tiroid cərrahiyyəsi, məmə cərrahiyyəsi, yemək borusu, mədə, incə və qalın bağırsaqlar, makat xəstəlikləri (hemorroid …), qaraciyər, pankreas, öd kisəsi və öd yolları, yırtıq cərrahiyyəsi anlaşılmaqdadır.

Göründüyü kimi, günümüzdə ümumi cərrahiyyə mövzularını əhatə edən tək ümumi cərrahiyyə təhsili olmaqla birlikdə,daha çox meylilik ümumi cərrahiyyə mütəxəssisliyindən sonra daha spesifik sahələr üzrə ixtisaslaşma olduğu yönündədir.

Deməli,Ümumi Cərrahiyyəni Hepato-pankreato-biliyar Sistem və ya Qaraciyər-pankreas-öd kisəsi və Yolları Cərrahiyyəsi, Gastro-bağırsaq cərrahiyyəsi və ya Həzm Sistemi Cərrahiyyəsi (yemək borusu, mədə, incə və qalın bağırsaqlar və makat bölgəsi xəstəlikləri) və Tiroid (endokrin) – döş Cərrahiyyəsi olaraq ələ almaq ümumi bir tətbiqdir.

Yırtıq cərrahiyyəsi
Premim clinic”- da ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır, yırtıq plastikası üçün orqanizmə tam inert, reaksiya verməyən ən son texnologiyalarla hazırlanmış və araşdırmalarla zərərsizliyl təsdiq olunmuş alloplastik materialdan istifadə olunur.

 

 

#umumi cerrahiyye #cerrahiyye #xeste #klinika #yirtiq cerrahiyyesi #yirtiq plastikasi #troid cerrahiyyesi #meme cerrahiyye #beyin cerrahiyyesi #cerrahliq #cerrah #yaxsi cerrah #umumicerrah #dos cerrahiyyesi #hezim sistemi cerrahiyyesi #özel nedir #keskin cerrahiye haqqinda #exoqram #rentgenoqrafiya vikipedi #ağciyerin heyat tutumunun olculmesi #exoqram vikipediya #elektrokardioqram #rentgenoqrafiya haqqinda melumat

#ümumi cərrahiyyə #cərrahiyyə #xəstə #klinika #yırtıq cərrahiyyəsi #yırtıq plastikası #troid cərrahiyyəsi #məmə cərrahiyyə #beyin cərrahiyyəsi #cərrahlıq #cərrah #yaxşı cərrah #ümumi cərrah #döş cərrahiyyəsi #həzim sistemi cərrahiyyəsi #özəl nədir #kəskin cərrahiyyə haqqında #exoqram #rentgenoqrafiya vikipedi #ağciyərin həyat tutumunun ölçülməsi #exoqram vikipediya #elektrokardioqram #rentgenoqrafiya haqqında məlumat

 

 

 

 

Xəbərlər

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu., A.Məhərrəmov küç.,25B

 +994 12 430 05 01 / 02

 +994 50 430 05 01

Clinic@premiumclinic.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

Facebook-da Biz

© 2014 - 2024 Premium Clinic. Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design