whatsapp

Tibbi bölümlər

Ana səhifə/Tibbi bölümlər

Stasionar şöbə

“Premium Clinic”- da unikal cərrahi əməliyyatlar həyata keçirilir. Burda klinikanın ixtisaslı həkim cərrahları və ehtiyac olduqda kənardan dəvət edilmiş digər mütəxəssislərin tərəfindən uroloji, plastik, burun-qulaq-boğaz, neyrocərrahi, endokrin cərrahiyyəsi, ümumi cərrahiyyəyə aid əməliyyatlar həyata keçirilir. “Premium Clinic”- da anestezioloji tibbi avadanlıqlar ən yüksək səviyyədədir. Dünyanın ən yaxşı xəstəxanalarında həyata keçirilən sistemlə aparılan anesteziologiya bir sıra üstünlükləri ilə seçilir. Məlum olduğu kimi klassik anestetiklər bir sıra yan təsirlərə malikdir. Belə ki, xəstələr əməliyyatdan bir müddət sonra yuxulu və əsəbi olduqlarını dilə gətirirlər. Anesteziologiya dərmanları adətən bədəndə daha çox piy toxumalarında toplanır və sonradan bir sıra yan təsirlər yaradır. Lakin“Premium Clinic”- da istifadə olunan anesteziologiya dərmanları isə qısa zamanda bədəndən xaric olunur və yan təsir törətmir. Bundan əlavə əməliyyat olunan xəstələr monitora qoşulur. Onların qan təzyiqi, qanda oksigenin miqdarı və sairə göstərilir. Bu da əməliyyatın effektini və texnikasını artırır. Stasionar şöbəsi 24 saat işləyir. Stasionar şöbədə 24 cərrahi çarpayı yerləşdirilmişdir . Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı yüksək səviyyəli interyerə malikdirlər. Daha artıq xəstə yerləşdirmək də olar. Stasionar şöbəsində 2- çarpayılıq palatalarla yanaşı, tək çarpayılıq və VİP-lüks palatalarımız da var. Palatalarımızda daimi işıq, su, kondisioner, televizor var. Xəstələrin rahatlığını və xidmətin operativliyini təmin etmək məqsədilə palatadakı hər bir çarpayıda xidməti personalı çağırmaq üçün həyəcan düyməsi var. Palatalarda sanitariya və gigiyenik qaydalara yüksək səviyyədə əməl olunur. Klinikanın xüsusi yeməkxanası var. Yeməkxana klinikanın xidməti personalına və xəstələrə qulluq göstərir. Xəstələrimiz üçün ev yeməklərindən fərqlənməyən yüksək səviyyədə xörəklər hazırlanır. Xörəklərdən savayı meyvələr, şirələr verilir. Və müalicə alan xəstənin durumuna görə ayrıca qulluq edilir. Müalicə xərcləri içərisinə“Premium Clinic” tərəfindən hər cür xidmət, o cümlədən zəruri dərman təchizatı daxildir. Əməliyyat olunası xəstələr stasionar şöbəsində əməliyyata hazırlanır. Əməliyyatdan sonra isə yenidən şöbəmizdə yerləşdirilərək müvafiq tibbi xidmət göstərilir. “Premium Clinic” -nın stasionar şöbəsində əməliyyat olunmuş və ya stasionar müalicə alan bütün ixtisaslara aid xəstələr, o cümlədən nevroloji, uroloji, neyrocərrahi, travmalı, LOR və digər xəstələr yatır.

LOR cərrahiyə

Premium Clinicasının LOR cərrahiyyə şöbəsi Türkiyənin ən müasir və tanınmış xəstəxanalarında mövcud olan eyni sistemlə işləyir. LOR cərrahiyyə çərçivəsində qulaq-burun-boğaz xəstələrini ilk növbədə endoskopik müayinə edirik. Xəstə öz xəstəliyini monitorda görür.  LOR cərrahiyyə müayinələrini və əməliyyatlarını Almaniyanın Karl Ştorts firmasının istehsalı olan endoskop və mikroskopik cihazlarla həyata keçiririk.  LOR cərrahiyyə müasir dizaynlı, tibbi cəhətdən əlverişli olan cərrahi alətlərin köməyilə əməliyyatların texnikası daha rahatdır. Burun boşluğuna baxmaq üçün rinoskopik endoskopiya edirik.  LOR cərrahiyyə şöbəsində qulağa baxmaq üçün otoskopiya edirik. LOR cərrahiyyə şöbəsində qırtlağa baxmaq üçün flexsible-fibroptik, hərəkətli ucluğu olan alətdən istifadə edilir. Bunun köməyi ilə hətta bronxların haçalanan yerinə qədər olan patologiyanı dəqiq təyin edə bilirik. Belə müayinə lokal şəkildə boğaza yerli keyləşdirici püskürtməklə rahat şəkildə həyata keçirilir.  LOR cərrahiyyə eyni zamanda endoskop və mikroskopla işlədiyimizə görə əməliyyatın müddəti olduqca qısadır.Yəni adətən başqa klinikalarda 40 dəqiqə-1 saata başa gələn əməliyyatlar bizim şöbəmizdə 2 dəfə az vaxta reallaşır. Premium Clinicdə anestezioloji tibbi avadanlıqlar ən yüksək səviyyədədir.  LOR cərrahiyyə dünyanın ən yaxşı xəstəxanalarında həyata keçirilən sistemlə aparılan anesteziologiya bir sıra üstünlükləri ilə seçilir. Məlum olduğu kimi klassik anestetiklər bir sıra yan təsirlərə malikdir. Belə ki, xəstələr əməliyyatdan bir müddət sonra yuxulu və əsəbi olduqlarını dilə gətirirlər. Anesteziologiya dərmanları adətən bədəndə daha çox piy toxumalarında toplanır və sonradan bir sıra yan təsirlər yaradır. Lakin Premium clinicdə istifadə olunan anesteziologiya dərmanları isə qısa zamanda bədəndən xaric olunur və yan təsir törətmir. Bundan əlavə əməliyyat olunan xəstələr monitora qoşulur. Onların qan təzyiqi, qanda oksigenin miqdarı və sairə göstərilir. Bu da əməliyyatın effektini və texnikasını artırır. Premium Clinic -  LOR cərrahiyyədə burun-boğaz-qulaq sahəsinə aid bütün xəstəliklər müalicə oluna bilir: LOR cərrahiyyə haymorit, sinusit, burun boşluğunun polipləri, burun ətrafı ciblərin, paranazal sinusların polipləri, müxtəlif törəmələrin yeni üsulla müalicəsi həm xəstələr, həm də həkim üçün daha əlverişlidir. Klassik metod olduqca travmatikdir. Bir çox xəstələr bu növ müalicədən imtina edirlər . Klinikamizın imkanları isə tamamilə yeni və üstün keyfiyyətləri ilə seçilir. Hərəkətli endoskopların köməyilə biz burun boşluğundan daxil olub müxtəlif bucaqlara baxılır . Haymor boşluğuna girmək üçün burun boşluğundan 30 dərəcə bucaq altında baxılır . Harmor boşluğunun buruna açılan dəliyi var. Ordan girib maksilyar sinusdakı, haymor boşluğunun içindəki törəmələri, kistaları, irini təmizləməyə imkan yaradır .Bu əməliyyat da olduqca qısa vaxta yerinə yetirilir. Təqribən 30-40 dəqiqə davam edir. Əməliyyat rahatlığı imkan verir ki, artıq uzun müddət belə xəstəliklərdən əziyyət çəkən xəstələrin həkimə müraciyyətləri artsın. Premium Clinic-da nazal poliplərini, burun poliplərini götürmək üçün digər bir əlverişli cihazlar da var. Bu cihazın ucunda həm sorucu aspiratoru var, həm də kəsici aləti var. Bu alət özü bir neçə funksiyanı yerinə yetirdiyi üçün olduqca əlverişlidir.  LOR cərrahiyyə sahəsinin inkişafı əməliyyatın vaxtının da qısa olmasına (30 dəqiqə) imkan verir. Burun və boğaz nahiyəsində olan bütün əməliyyatlar klinikanın həkim-cərrahı Vüsal Qiyasov tərəfindən icra edilir. Almaniyanın Ştors firmasının istehsalı olan qulaq seti və qırtlaq seti (Set dedikdə əməliyyat üçün gərəkli olan bütün cərrahi ləvazimatlar, alətlər nəzərdə tutulur);Tonzil, adenoid seti;Rinoplastika və septoplastika seti;Endoskopik sinus cərrahiyyəsi üçün vacib olan endo vizion görüntüləmə sistemi;KBB müayinə seti;Otoskop: Qulaq nahiyəsinin müayinəsi üçünQulaq və burun içi əməliyyatlarında istifadə edilən alətlər seti;  Ümumilikdə LOR cərrahiyyənin bütün sahələri klinikamızda yüksək səviyyədə xidmət göstərir.  Lor cərrahiyyə peşəkar Lor cərrahlar tərəfindən həyata keçirilir.

Endokrin cərrahiyə

Endokrin cərrahiyyə – hormon sintez edən orqanların xəstəliklərinin endokrin cərrahiyyə müalicəsi ilə məşğul olan bir sahədir “Premium Clinic”- da qalxanabənzər vəzinin, qalxanabənzər ətraf vəzilərin, böyrəküstü vəzilərin xəstəliklərinin cərrahi müalicəsi aparılır. Qalxanabənzər vəz xəstəlikləri, diffuz toksiki ur, düyünlü zob, döş sümüyü arxası zob və s. endokrin cərrahiyyə xəstəliklərin dəqiq və düzgün müalicəsi həyata keçirilir. Xəstələrin müayinəsi zamanı aşağıdakı laborator və instrumental diaqnostika metodlarından istifadə edilir: Hormonal və biokimyəvi müayinələr – qanda tireotrop (TSH), total və sərbəst T3, T4 hormonlarının, tireoqlobulin və tireoperoksidazaya qarşı və tireoid mikrosomal antitellərin təyini. Qalxanabənzər vəzinin ultrasəs müayinəsi və ya doppleroqrafiyası. Qalxanabənzər vəzin nazik iynə biopsiyası Tireotoksikoz Tireotoksikoz – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Endokrin cərrahiyyə bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya qazanmış düyünlər xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Endokrin cərrahiyyə bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır. Tireotoksikozdan əziyyət çəkən xəstələrin əsas şikayətləri aşağıdakılardır:Sinir sisteminin həssaslığının artması, yuxu pozulması, əsəbilik.Gözdə quruluq və ağrı hissi, göz almalarının qabarması, hərəkətliliyinin zəifləməsi.Ürək döyüntülərinin sayının artması.Tərləmə, istilik hissi, istiyə qarşı dözümsüzlük.Əllərdə titrəməTezləşmiş stul və sidik ifrazı.Proqressivləşən çəki azalması – arıqlama.Zəiflik, tez yorulma.Menstrual tsiklin pozulması.Saçların tökülməsi,saçlarda nazikləşmə Endokrin cərrahiyyə xəstənin müayinəsi zamanı sinus taxikardiyası, qulaqcıq səyriməsi, xırda tremor, isti, nəm dəri örtüyü, palmar eritema (əlin ovuc hissəsinin qızarması), onixoliz (dırnaqların zədələnməsi), qaşınma, övrə, diffuz alopesiya (saçların tökülməsi), əzələ zəifliyi əlamətləri aşkar edilə bilər. Həmçinin diffuz toksiki zobdan əziyyət çəkən xəstələr üçün gözün zədələnməsi – oftalmopatiya da xarakterikdir: gözdə quruluq və ağrı hissi, göz almalarının qabarması, hərəkətliliyinin zəifləməsi və s. Diaqnostika Tireotoksikozun diaqnostikasında əsas müayinə metodu qanda qalxanabənzər vəzi hormonlarının miqdarının təyin olunmasıdır. Bu zaman qanda TSH-ın (hipofiz tərəfindən sintez olunan tireostimullaşdırıcı hormon) miqdarı kəskin azalır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının miqdarı isə artır. Digər müayinələrin aparılmasında məqsəd isə tireotoksikozun əmələ gəlməsinə səbəb olan amili aşkar etməkdən ibarətdir. Əlavə olaraq digər laborator müayinələr, tireoid vəzinin USM-i, sintoqrafiyası,nazik iynə biopsiyası aparıla bilər. Operativ müalicə. Diffuz toksiki zob, çoxlu düyünlü zob zamanı qalxanabənzər vəzinin tam çıxarılması əməliyyatı aparılır. Toksiki adenomalar zamanı vəzinin düyün olan payının yarı hissəsi rezeksiya olunur. Endokrin cərrahiyyə xəstəliyin maliqnizasiyasına şübhə olduqda (bədxassəli şiş) vəzi regionar limfatik düyünlərlə birlikdə xaric edilir. Standart halda əməliyyat adətən 90 dəq. müddətində davam edir. Son illər kosmetik nöqteyi-nəzərdən əməliyyat nahiyəsinin daha az bilinməsi üçün qısa kəsiklərdən istifadə olunur. Əməliyyatdan artıq 1 ay sonra yara yeri demək olar ki, heç bilinmir. Endokrin cərrahiyyə adətən əməliyyata hazırlıq müddəti 1 neçə saatdan 1 neçə həftəyə qədər davam edə bilər. Bu müddət qalxanabənzər vəzinin funksional vəziyyətindən, xəstənin yaşından və yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Əməliyyata hazırlıq dövründə xəstə daha dəqiq müayinə olunur, qanda hormonların miqdarı təyin olunur, tireoid vəzinin USM-i , boyun nahiyəsinin 3D rekonstruksiyalı maqnit-rezonans tomoqrafiyası aparılır. Endokrin cərrahiyyə bəzi hallarda diaqnozu daha da dəqiqləşdirmək üçün ssintoqrafik müayinə metotundan istifadə edilir. Tireotoksikoz zamanı əməliyyatdan öncə 3–6 həftə müddətində xüsusi medikamentoz terapiya aparılır. Dəqiq və ətraflı müayinənin aparılması, xəstələrin əməliyyat öncəki hazırlığının yüksək səviyyədə həyata keçirilməsi sayəsində əməliyyatdan sonrakı müddətdə pasiyentlər 1 sutka ərzində stasionarda yatırlar. Bu müddət ərzində xəstə həkim nəzarəti altında olur. Stasionarın bir nəfərlik komfortlu palataları sputnik TV-yə, telefona və süni iqlim sisteminə malikdir. Əməliyyat olunmuş xəstələr 1 il müddətində həkim nəzarətində olub, vaxtaşırı profilaktik müayinələr və müalicələr aparılır. Bütün bunların nəticəsində residiv riski minimuma enir. “Premium Clinic”- nın ən müasir avadanlıqlarla təchiz olunmuş diaqnostik bazası və həkimlərin birgə fəaliyyəti xəstələrin problemlərini vaxtında və kompleks şəkildə həll etməyə imkan verir.

Damar cərrahiyəsi

DAMAR CƏRRAHİYYƏSİ – tibbin arteriya və venaların cərrahi xəstəlikləri ilə məşğul olan sahəsidir. “Premium Clinic”- da arteriya və venalar üzərində geniş spektrli cərrahi əməliyyatlar həyata keçirilir. Aortafemoral, iliofemoral və s. şuntların qoyulması, psevdoanevrizmaların aradan qaldırılması, arteriovenoz fistulaların qoyulması, flebektomiya, seqmentar varikektomiya və s.əməliyyatlar bu qəbildəndir. Arteriyaların şuntlanması toxumaların qanla təchizatının pozulması ilə müşayiət olunan damar xəstəliklərində aparılır (ateroskleroz). Şuntlama əməliyyatı damarların zədələnmiş nahiyədən aşağı digər bir damarla əlaqənin yaradılmasıdır. Nəticədə zədələnmiş damarda qan dövranı bərpa edilir. Flebektomiya, seqmentar varikektomiya və s. kimi əməliyyatlar venaların varikoz genişlənməsi zamanı aparılır. Əməliyyata hazırlanan xəstələr aşağıdakı müayinələrdən keçirlər: Doppleroqrafik ultrasəs müayinəsi – bu metod qan damarlarının mənfəzi, qanın axın sürəti və damar divarında olan dəyişikliklər barəsində dəqiq və ətraflı məlumat verir. VENALARIN VARİKOZ GENİŞLƏNMƏSİ Venaların varikoz genişlənməsi (aşağı ətraf venalarının varikoz xəstəliyi) – böyüklər arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Dünyanın bir sıra ölkələrində aparılan epidemioloji tədqiqatlar göstərir ki, 20–25% qadınlar və 10–15% kişilər venaların varikoz genişlənməsi xəstəliyindən əziyyət çəkirlər. “Varikoz” sözü latın dilində “varix, varicis” – şişkinlik mənasındadır. Venaların varikoz genişlənməsi zamanı dərialtı venalar genişlənir, qanın damarlarla axını pozulur, aşağı ətraflarda durğunluq inkişaf edir.Venaların varikoz xəstəliyinin müalicəsi haqqında ilk məlumatlar hələ lap qədim dövrlərin qaynaqlarında öz əksini tapmışdır. Belə ki, bu məlumatlara orta yunan dövrünə aid papiruslarda da rast gəlmək olar (təxminən 3000 il bundan qabaq). Venaların varikoz genişlənməsi yalnız insanlara mənsubdur. Belə ki, vertikal yerişlə əlaqədar olaraq Homo sapiens tipli insanlarda aktiv hərəki fəaliyyət zamanı sirkulyasiya edən qanın böyük bir hissəsi (60-70%) ürəkdən aşağı nahiyəni əhatə edir. Bədənin vertikal vəziyyəti zamanı aşağı ətraf venalarının divarlarına daxildən təzyiq artır. Səthi və dərin venalarda hipertenziya inkişaf edir. Aşağı ətraflardan qanın qayıtması nəinki ürək vasitəsilə, eyni zamanda aşağı ətraf əzələləri (“əzələ mühərriki”, “periferik ürək”) və venoz klapanlarla həyata keçirilir. Venoz klapanlar qanın əks istiqamətdə axınının qarşısını alır. Venaların varikoz xəstəliyinin inkişafının aşağıdakı səbəbləri vardır:İrsi meylilik (hər iki valideynin bu xəstəlikdən əziyyət çəkməsi xəstəliyin inkişaf riskini 60%-ə qədər artırır).Cinsi mənsubiyyət – kişilərə nisbətən qadınlar 1,5-2 dəfə daha çox bu xəstəlikdən əziyyət çəkirlər. Hamiləlik, hormonal pozğunluqlar və s. xəstəliyin inkişafına şərait yaradır.Bədən çəkisinin normal göstəricilərdən artıq olması. Belə ki, bədən çəkisinin 20%-ə qədər artması aşağı ətraf venalarının varikoz genişlənməsi riskini 5 dəfəyə qədər artırır.Uzunmüddətli statik yüklər və az hərəki aktivlik (uzun müddət ayaq üstə durmaq, oturaq iş tərzi, ağır yüklərin qaldırılması,hündür dabanlı ayaqqabıların geyilməsi, aşağı ətraf əzələlərinin hərəki aktivliyinin azalması və s.). Venaların varikoz genişlənməsi zamanı venaların elastikliyi azalır, nəticədə onlar dartılaraq ayrı-ayrı hissələrdə əhəmiyyətli dərəcədə genişlənir, venoz düyünlər əmələ gəlir. Genişlənmiş venalarda qanın axın sürəti də azalaraq trombların əmələ gəlməsinə şərait yaradır.Xəstəlik tədricən inkişaf edir. Əsasən səthi dərialtı venalar zədələnir. Genişlənmiş venalar dəri səthinə doğru qabarır. Getdikcə qıvrılaraq düyünlər əmələ gətirir. Xəstəliyin sonrakı inkişaf mərhələlərində zədələnmiş nahiyələrdə tünd rəngli ləkələr meydana çıxır. Dəri qidalanmasının pozulması trofik yaraların əmələ gəlməsinə səbəb olur. Venaların varikoz genişlənməsi əksər hallarda günün sonuna yaxın aşağı ətrafların ödemi və şişkinliyi ilə müşahidə edilir. Hərəkət edərkən ayaqlarda ağırlıq və dartılma hissi, gecə qıcolmaları və s. xroniki venoz çatmamazlığının əsas əlamətləri hesab edilir. Xroniki venoz çatmamazlığın aşağıdakı mərhələləri ayırd edilir:Kliniki əlamətlər mövcud deyil“Ağırlaşmış ayaqlar” sindromu, keçici ödemDavamlı ödem, hiper və ya hipopiqmentasiya, lipodermateroskleroz, ekzemaVenoz trofiki yaralar (açıq və ya sağalan) Venaların varikoz genişlənməsinin aşağıdakı ağırlaşmaları baş verə bilər:Kəskin tromboflebitVenoz düyünün parçalanması və qanaxmaXroniki venoz çatmamazlıq və trofiki yaraların inkişafı Diaqnostika və müayinə Venaların varikoz genişlənməsi xəstəliyindən əziyyət çəkən pasiyentlərin əsas müayinə metodu venaların rəngli doppler ultrasəs müayinəsidir. Bu müayinə metodu klapanların mövcud vəziyyəti, venoz sistemdə hemodinamika barəsində dəqiq və ətraflı məlumat verir. Cərrahi əməliyyata hazırlaşarkən bu müayinə metodundan keçmək vacib mərhələlərdən biridir. Müalicə Venaların varikoz genişlənməsi xəstəliyində aparılan müalicə kompleks şəkildə olub, qan axınını bərpa etmək və ya yaxşılaşdırmaq, ağırlaşmaların qarşısını almaq və s. istiqamətdə aparılmalıdır. Bu zaman cərrahi və konservativ metodlar kombinə edilə bilər. Elastiki corabların, kolqotkaların və bintlərin istifadəsi xəstəliyin konservativ müalicə metodlarına aid edilir. Qan dövranını yaxşılaşdıran və damarların tonusunu artıran dərman preparatları təyin edilir. Hərəki aktivliyi artırmaq məqsədilə müalicəvi gimnastikanın aparılması məqsədəuyğun hesab edilir.Lakin bütün bunlarla yanaşı aşağı ətraf venalarının varikoz genişlənməsində cərrahi müalicə əsas metod hesab edilir. Öz normal funksiyasını yerinə yetirə bilməyən varikoz genişlənmiş venalar artıq patoloji törəmə hesab edilir, buna görə də onların qan dövranından xaric edilməsi (damarın xaric edilməsi və ya sklerozlaşdırılması) venoz axının yaxşılaşmasına səbəb olur. Varikoz venaların xaric edilməsi flebektomiya adlanır. Bu əməliyyat nəinki aşağı ətraflarda olan kosmetik defekti aradan qaldırır, eyni zamanda venoz çatmamazlıq, tromboz və trofik yaralar kimi ağırlaşmaların qarşısını alır. “Premium Clinic”-nin diaqnostik bazası xəstələri, qısa müddət ərzində dəqiq və ətraflı müayinə etməyə, pasientlərin bu xəstəliyin aradan qaldırmasına şərait yaratmaqdadır.

Ozonoterapiya

Ozonoterapiya 100 ildən çox yaşı olan qeyri-ənənəvi müalicə üsullarındandır. Bu üsul ozonun yüksək oksidləşdirici və katalitik xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir. Ozonoterapiya zamanı toxumaların oksigen təmiatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapillyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bütün bunlardan əlavə ozonun bakterisid, virusid və fungisid təsirləri var. Antiseptiklərdən fərqli olaraq ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir. Bu da orqanizmin özünün antioksidant sistemlərə malik olması ilə əlaqədardır. Ozon həm hüceyrə, həm də humoral immuniteti aktivləşdirir. Onun təsirindən limfositlər və monositlər tərəfindən orqanizmin virus infeksiyasına qarşı endogen mübarizə faktorlarından biri olan interferonun sintezi artır. Nəticədə hüceyrə immunitetində iştirak edən T-killerlərin sintezi artır, immunqlobulinlər ha-zırlayan B-limfositlərin funksiyası normallaşır və iltihabi proses aradan qalxır. Hepatitlərin müalicəsi ozonoterapiyanın əsas aspektlərindən biridir. Bu halda müalicənin effekti ozonun həm virus əleyhinə, həm də immunomodulyasiyaedici təsirinə əsaslanır. Ozonoterapiya hepatitlərin bütün tiplərində, xüsusən xronik formalarında daha effektlidir. Ozon virusların kapsulasında olan polipeptid zəncirləri zədələyir, virusun hədəf hüceyrə ilə birləşməsinin qarşısını alır, zülalların sintezində iştirak edən əkstranskriptaza fermentini neytrallaşdırır, nəticədə virusun çoxalmasının qarşı-sını alır. “Premium clinic ” klinikasında ozonoterapiya həyata keçirilir. Ümumiyyətlə ozonoterapiya bir neçə üsulla aparılır. Buraya bitki yağı-nın xüsusi texnologiya ilə ozonlaşması və təmiz ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi də aiddir. Diaqnozdan və xəstəliyin xüsusiyyətindən asılı olaraq böyük hemotransfuziya və ya ozonlaşmış fizioloji məhlulun yeridilməsi istifadə olunur. Çox zaman isə xüsusi sxem üzrə hər iki üsuldan istifadə edilir. Böyük autohemoterapiya zamanı pasientdən qan götürülür və ozonla qarışdırılır. Ozon qanda yalnız bir neçə saniyə qalır. Belə ki, ozon davamsızdır, parçalanaraq müxtəlif kimyəvi reaksiyalara daxil olur, daha davamlı və aktiv birləşmələr əmələ gətirir. Kurs müalicə 3-10 dəfə 3-4 gündən bir aparılır. Ozonoterapiya qanı oksigenlə zənginləşdirir. Adi halda venoz qanda oksigenin parsial təzyiqi 40 mm c. süt. təşkil edir. Aparılan təcrübələr zamanı müəyyən olunmuşdur ki, ozonoterapiyadan sonra oksigenin parsial təzyiqi 20 mm c. süt.-a enir. Bu o deməkdir ki, qandan oksigenin daha çox hissəsi toxumalara keçir. Bu effekti heç bir dərman maddəsi ilə əldə etmək mümkün deyil. Ozonlaşmış fizioloji məhlul hazırlamaq üçün məhlul 20 dəq. ərzində ozonlaşdırılır. Ozonlaşdırıldıqdan sonra məhlul 10-15 dəq. ərzində vena daxilinə köçürülməlidir. Kurs müalicə 5-12 dəfə gündəlik və ya günaşırı aparılır. Ozonlaşmış yağ Ozonlaşmış bitki yağının istifadəsi daha çox mədə-bağırsaq, qaraciyər, öd kisəsi xəstəliklərində istifadə edilərək gözəl nəticələr verir. Ozonlaşmış yağın antiseptik və regenerasiyaedici xüsusiyyətləri ozonlaşmış məhlullardan daha çoxdur. Bu onunla əlaqədardır ki, ozon doymamış yağ turşularının mürəkkəb efirləri ilə birləşərək ozonidlər əmələ gətirir. Ozonidlər davamlı birləşmələr olduğu üçün daha uzun müddət öz təsirini saxlayır. Ozonlaşmış yağ oksigeni toxumalara verərək, qan dövranını yaxşılaşdırır, metabolik prosesləri aktivləşdirir, patoloji ocaqların qranulyasiya və epitelizasiyasını sürətləndirir. Xlamidiya və mikoplazma etiologiyalı genital infeksiyalarda vaginal şamlardan geniş istifadə olunur. Şamın tərkibinə ozonlaşmış zeytun yağı və kakao yağı daxildir. Ozonlaşmış yağ aşağıdakı qaydada istifadə olunur:tampon – per vaginum;mikroimalə - per rectum;aplikasiya – selikli qişaları;daxilə qəbul etmək üçün – per os;kosmetik məqsədlə. Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi isə yerli olaraq piy toxumasının parçalanmasına və beləliklə, insanın arıqlamasına, sellülitdən azad olunmasına şərait yaradır. Sellülitin müalicəsi müasir estetik təbabətin ən aktual problemlərindəndir. Bu dərialtı piy toxumasının patologiyasıdır. Sellülitin əmələ gəlməsinin aşağıdakı səbəbləri vardır:Piy toxumasının irsi xüsusiyyətləri.Dərialtı piy toxumasının mikrosirkulyasiyasının pozulması.Passiv həyat tərzi.Qeyri-rasional qidalanma (qidada heyvani yağlar və xolesterinin çoxluq təşkil etməsi və s.).Endokrin sistemin pozğunluqları.Su-duz mübadiləsinin pozulması. Səbəblərin çoxluğuna baxmayaraq, sellülitin yaranmasının əsasında mikro-sirkulyasiyanın pozulması durur. Ozon yüksək oksidləşdirici olmaqla yanaşı, dərialtı toxumaya vurulduqda aşağıdakı xüsusiyyətlərə malik olması ortaya çıxır:Dərinin və dərialtı toxumanın mikrosirkulyasiyasını yaxşılaşdırır.Davamlı yağları davamsız yağlara çevirərək onların yanmasını asanlaşdırır.Oksigendən asılı prosesləri aktivləşdirir.Fibrinolitik təsirə malik olduğu üçün sellülit düyünlərini əhatə edən fibroz qişaları əridir. Bizim klinikada sellülitin müalicəsində dərialtına ozon-oksigen qarışığı yeridilməsi ilə yanaşı, ozonlaşmış krem, yağ və ya gellə masaj olunur. Müalicədən sonra ayaqlarda yüngüllük hiss olunur, ödem azalır, “portağal qabığı” yox olur, dəri zəif çəhrayı rəng alır, hamar və elastik olur, piy toxuması bərk və kompakt olur. Ozonoterapiyanın bir sıra göstəriş və əks göstərişləri vardır. Göstərişləri: Cərrahiyyə: abses, sepsis, peritonit, trofik və yataq yarası, yanıqlar, xronik osteomielit, tromboflebit, aşağı ətraf damarlarının obliterasiyası və s; Terapiya: xronik qastrit, kolit, mədə və 12 barmaq bağırsağın yarası, xronik hepatit, qaraciyər sirrozu, revmatizm, artrit, artroz, ürəyin işemik xəstəliyi, allergik xəstəliklər, yuxarı tənəffüs yollarının xəstəlikləri, hipertoniya xəstəliyi və s; Endokrinologiya: şəkərli diabet, hipotireoz; Oftalmologiya: görmə sinirinin atrofiyası, torlu qişanın atrofiyası, buynuz qişanın xəstəlikləri və s; İnfeksion xəstəliklər: virus xəstəlikləri, o cümlədən hepatitlər; Urologiya: pielonefrit, sistit, uretrit, prostatit və s; Dermatologiya: furunkulyoz, piodermiya, herpes, göbələk xəstəlikləri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, çəhrayı dəmirov, dermatozlar və s; Kosmetologiya: gənclik sızanaqları, sellülit, lokal lipodistrofiya, alopesiya və s; Mama-ginekologiya: cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, hamiləlik toksikozları, anemiya, dölün hipoksiyası, dölün bətndaxili infeksiyalaşması, sonsuzluq və s; Nevrologiya: beyin qan dövranı pozğunluğu, periferik sinir sisteminin xəstəlikləri, miqren, vegetativ distoniya, işemik insult və s; Stomatologiya: stomatit, paradontoz, pulpit və s; İntensiv terapiya: detoksikasion ozonoterapiya. Əks-göstərişləri:Qanaxma ilə gedən xəstəliklər;Hemorragik insult;Hipertireoz;Qıcolma sindromu;Kəskin alkohol intoksikasiyası;Trombositopeniya;Qanın laxtalanma sisteminin zəifləməsi;Ozona qarşı allergiya. Nəzərə almaq lazımdır ki, ozonoterapiya klinikamız, eləcə də Azərbaycan üçün yeni müalicə üsullarındandır. Lakin aparılan manipulyasiyalar zamanı heç bir ağırlaşma müşahidə olunmamışdır. Ədəbiyyat məlumatlarına baxmayaraq, bizim klinikamızda bu üsula özünəməxsus yanaşma vardır. əminliklə qeyd etmək olar ki, bu üsulun analoqu yoxdur. Klinikaya müraciət etmiş xəstələr, şikayətlərindən asılı olaraq hərtərəfli yoxlanır və hər biri üçün fərdi müalicə planı hazırlanır. Yəni klinikada kompleks müalicə aparılır. Qeyd etmək istəyirəm ki, ozonla böyük autohemoterapiya Azərbaycanda ilk dəfə bizim klinikamızda aparılmışdır. Bizdə ozonoterapiya eliksiroterapiya ilə birlikdə aparılır. Eliksiroterapiya kursu keçmiş xəstələr, bu müalicəni keçməmiş xəstələrdən fərqlənir. Bu fərq qanda özünü göstərir. Belə ki, qanın reoloji xüsu-siyyətləri yaxşılaşır və götürülməsi asanlaşır. Bununla da autohemoterapiyanın aparılma müddəti qısalır.

Proktologiya

PROKTOLOGİYA- tibbin düz bağırsaq, anal dəlik və pararektal nahiyyənin xəstəlik və patologiyalarını, onların müayinə və müalicə üsullarını öyrənən sahəsidir Proktoloji xəstəliklər əhali arasında çox yayılıb və adətən insanlar bu xəstəliklərlə əlaqədar həkimə müraciət etməyə tələsmirlər. Buna səbəb bir tərəfdən utancaqlıq, bir tərəfdən ağrı- əzıyyət qorxusu, bir tərəfdən də bu xəstəliklərə ciddi bir xəstəlik kimi yanaşmamadır. Lakin bu düzdün yanaşma deyil, çünki bu xəstəliklərdən biri düz bağırsağın xərçəngidir, digər proktoloji xəsrəliklərin də vaxtında müalicə olunmasa çox ciddi fəsadları ola bilər. Proktoloji xəstəliklər əsasən cərrahi üsullarla müalicə olunur. Perianal kandilomalarin konservativ və ya cərrahi yolla tam mualicəsi;polipin ləğviEpitelial büzdüm yollarının tam şəkildə qansız, ağrısız kəsilib göturulməsiParaproktitlərin ,hər növ fistula yollarının tam şəkildə götürülməsiHemorroidentemiya, kallyoz çatın qansız, ağrısız ləğviRektoselenin (duz bağırsağın ön divarının genişlənməsi)ləğvi 0spinkterolevatoroplastika araliğın və sfinkterin doğuş zamanı travmalardan sonra kolpoperineosfinutroplestikasıQəbizlik(tam müalicəsi)Kriptit, proutit, proutosiqmoudit və digər düz bağırsaq xəstəliklərinin tam şəkildə müalicəsi Saqlamlığınızı “Premium Clinic”-in peşakar həkim heyyətinə etibar edin ! “Premium Clinic” - sizlər üçün yarandıq. Tam duzgün diaqnoz və lazım olan müayinələr və mualicə nəticəsində əldə olunan əvəzolunmaz sağlamlıq.

Exokardioqrafiya

"Premium clinic" müasir exokardioqrafiyanın imkanları ürəyin təsvirinin alınması üçün exokardioqrafiya və ya ürəyin ultrasəs müayinəsi əsas üsullardan biri hesab edilir. Demək olar ki bugünki gün exokardioqrafiya üsulu kardiologiya sahəsində yaranmış bir çox problemləri həll etməyə imkan yaradır. Onlardan məsələn ürək boşluqlrının, habelə ürək əzələsinin qalınlığının ölçülməsi, ürəyin yığılma qabiliyyəti, ürək qapaqlarının funksiyası, boşluqlarda trombun olması haqqında və digər funksiyalarını qeyd etmək olar. Exokardioqrafiya - anadangəlmə və sonradan qazanılma ürək qüsurları haqqında ən dəqiq və eyni zamanda qeyri invaziv müayinə üsulu hesab edilir.Ürəyin ultrasəs müayinəsini aparmaq üçün əsas göstərişlər aşağadakılardır: ExokardioqrafiyaAnadangəlmə və ya sonradan qazanılma ürək qüsurlarına şübhə olduqda.Ürəkdə hər hansı bir küy eşidilərsə.Adi kardioqramma zamanı dəyişiklk tapılarsaMiokard infarktına şübhə olduqda habelə infarktı keçirmiş xəstələrXəstələrdə ürək nahiyyəsində ağrılar, tənginəfəslik olduğu zamanQan təzyiqinin yuxarı və ya aşağı olarsaKeçirilən ürək əməliyyatlarından sonrakı nəzarət məqsədi ilə. Hal-hazırda müasir exokardioqrafiya bir neçə variantlarda aparıla bilərSadə B-rejimli exokardioqrafiya- adından bəlli olduğu kimi ürəyin və onun müxtəlif hissələri(qapaqlar, ürək boşluğu) adi olaraq görməyə imkan yaradıM-rejim burada ürəyin yoxlanılması xüsusi qrafik formasında alınmış təsvirin üzərində aparılır.Köməkşi üsul hesab edilir və əksəriyyət hallarda birinci üsul ilə birlikdə aparılırDoppler exokardioqrafiya müxtəlif formalarını özündə birləşdirərək(impulsdalğalı, fasiləsizdalğalı, rənqli, enerqetik, toxum doppler) sonda ürəkdaxili və ürəkdən çıxan maqistral damarlarda gedən qan dövranı haqqında, habelə ürək əzələsinin zəif hərəkət edən və gizli qalan sahələrini aşkar etmək imkanı yaradır.Stress exokardioqrafiya-bu zaman ürəyin ultrasəs müayinəsi xəstəyə müxtəlif fiziki sınaqlar və ya yüklənmələr verilərək aparılır. Əsasən geniş istifadə olunur ürəyin işemik xəsliyindən əziyyət çəkən xəstələrdə.Damardaxili ultrasəs xüsusi damara yeridilmiş ötürücünün köməkliyi ilə ürəyin koronar damarlarının yoxlanılması .İnvaziv üsul hesab edilir və bir çox hallarda koronaroqrafiya ilə birlikdə aparılır. Bu üsulları özündə cəmləşdirən müasir exokardioqrafiya ürəyin istər anatomik istərsə də onun qan dövranı haqqında çox dəqiq informasiya toplamaq imkanı və beləcə xəstəyə əlavə invaziv üsullarla aparılan müayinələrdən yan keçməyə imkan yaradır.

Neyrosonoqrafiya

Neyrosonoqrafiya – baş beynin ultrasəs müayinəsi. Neyrosonoqrafiya 1 yaşa kimi uşaqların (əmgək açıq olan) baş beyninin ultrasəs müayinəsidir. Neyrosonoqrafiya keçən əsrin 60-cı illərindən tətbiq olunan bu müayinə sinir sistemi haqqında məlumat almaq üçün istifadə olunan qeyri invaziv və informativ müayinələrdəndir.Neyrosonoqrafiya xüsusi datçiklər vasitəsilə akustik pəncərələrdən(əmgəkdən) aparılan bu müayinə baş beyindəki bir çox strukturlar barəsində bizə məlumat verir. Neyrosonoqrafiya müayinə vasitəsilə beyindəki anadangəlmə qüsurlar, hidrosefaliya, kəllədaxili təzyiq, kəllədaxili qansızmalar, beynin hipoksik-işemik zədələnmələri və s. kimi patalogiyalar haqqında məlumat almaq mümkündür. Ən mühüm üstünlüklərdən biri də odur ki, bu müayinə yenidoğulmuş uşaqlara da heç bir şüalanma qorxusu olmadan aparılır.

Doppleroqrafiya

Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks olunan siqnalların tezliyi qan dövranının sürətinə proporsional olaraq dəyişilir. Doppleroqrafiya qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barədə dəqiq informasiya verir, arterial və venoz sistemdə əmələ gələn patologiyaları aşkar edir. Damarlarda əmələ gələn stenozun dəqiq lokalizasiyasını göstərir. Hamiləlik vaxtı dopplertoqrafiya vasitəsi ilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barədə dəqiq informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında aşkarlamaq üçün doppleroqrafiya əvəzsiz bir metoddur. Yuxu arteriyalarının, vertebral arteriyaların – Ekstrakranial doppler, doppleroqrafiya qarın aortası və onun şaxələri, yuxarı və aşağı ətraf arteriyaları və venaların doppleroqrafiyası Klinkamızda doppleroqrafiya bir neçə rejimdə həyata keçirilir:Rəngli rejim, yüksək sürətli rəngli və energetik (o cümlədən iki istiqamətli) doppleroqrafiya.Toxuma doppleroqrafiyası rejimi.Fasiləsiz dalğalı doppleroqrafiya rejimi.Dupleks və tripleks variantlı impuls dalğalı doppleroqrafiya rejimi.Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar. Ultrasəs müayinə üzrə proseduraların siyahısıHamiləlikdə ultrasəs müayinə3D/4DDoppler müayinəsiAyrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdəUşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi “Premium Clinic “ – də aşağıdakı müayinələr aparılır:Yuxu arteriyalarının və vertebral arteriyaların doppler müayinəsiAşağı və yuxarı ətraf arteriyalarının doppler müayinəsiAşağı və yuxarı ətraf venalarının doppler müayinəsiDiz oynağının müayinəsiYenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)

Funksional diaqnostika

Funksional diaqnostika rentgen müayinə. Döş qəfəsi orqanlarının rentgenoskopiyası. Funksional diaqnostika Döş qəfəsi orqanlarının rentgenoqrafiyası bir proyeksiyada. Funksional diaqnostika Döş qəfəsi orqanlarının rentgenoqrafiyası iki proyeksiyada. Qarın boşluğunun rentgenoqrafiyası (icmal) Funksional diaqnostika günümüzdə çox vacib bir sahə halına gəlmişdir.Rentgenoskopiyanın CD-yə yazılmasıSÜMÜK- OYNAQ SİSTEMİKəlləKəllə sümükləri düz proyeksiyadaKəllə sümükləri yan proyeksiyadaKəllə hər iki proyeksiyadaTürk yəhəriOrbita düz proyeksiyadaOrbita yan proyeksiyadaBurun sümükləriBurun ətrafı ciblərAşağı çənə sağdanAşağı çənə soldanAşağı çənə bütovMəməyəbənzər çıxıntının şüller rentgenoqrafiyasıQabırğalarDöş qəfəsi düz proyeksiyadaDöş qəfəsi yan proyeksiyadaDöş qəfəsi hər iki proyeksiyadaYuxarı ətraflarÇiyin oynağı düz proyeksiyadaÇiyin oynağı yan proyeksiyadaBazu sümüyü düz proyeksiyadaBazu sümüyü yan proyeksiyadaKörpücük sümüyü düz proyeksiyadaKörpücük sümüyü yan proyeksiyadaSaid sümükləri düz proyeksiyadaSaid sümükləri yan proyeksiyadaSaid sümükləri hər iki proyeksiyadaDirsək oynağı düz proyeksiyadaDirsək oynağı yan proyeksiyadaDirsək oynağı hər iki proyeksiyadaMil-bilək oynağı düz proyeksiyadaMil-bilək oynağı yan proyeksiyadaMil-bilək oynağı hər iki proyeksiyadaƏl-daraq sümükləri düz proyeksiyadaƏl-daraq sümükləri yan proyeksiyadaƏl-daraq sümükləri hər iki proyeksiyadaAşağı ətraflarCanaq sümükləriBud- çanaq oynağı düz proyeksiyadaBud- çanaq oynağı yan proyeksiyadaBud sümüyü düz proyeksiyadaBud sümüyü yan proyeksiyadaBud sümüyü hər iki proyeksiyadaDiz oynağı düz proyeksiyadaDiz oynağı yan proyeksiyadaDiz oynağı hər iki proyeksiyadaBaldır sümükləri düz proyeksiyadaBaldır sümükləri yan proyeksiyadaBaldır sümükləri hər iki proyeksiyadaAşıq-baldır oynağı düz proyeksiyadaAşıq-baldır oynağı yan proyeksiyadaAşıq-baldır oynağı iki proyeksiyadaAyaq düz proyeksiyadaAyaq yan proyeksiyadaAyaq hər iki proyeksiyadaOnurğa-sütunuBoyun fəqərələri düz proyeksiyadaBoyun fəqərələri yan proyeksiyadaBoyun fəqərələri iki proyeksiyadaDöş fəqərələri düz proyeksiyadaDöş fəqərələri yan proyeksiyadaDöş fəqərələri hər iki proyeksiyadaBel- oma fəqərələri düz proyeksiyadaBel-oma fəqərələri yan proyeksiyadaBel-oma fəqərələri hər iki proyeksiyadaOnurğa sütunu bütövlükdə düz proyeksiyada (skolioza görə)Büzdüm düz proyeksiyadaKONTRASTLI RENTGENKontrast maddənin qiyməti rentgen müayinənin qiymətinə daxildir.Mədə-bağırsaq traktının R-kontrast müayinəsiEzofaqoqrafiya(qida borusunun rentgenoqrafiyası)Qida borusunun kontrastlaşdırılması ilə döşboşluğu orqanlarının rentgenoskopiyasıQida borusu, mədə və onikibarmaq bağırsağın rentgenoskopiyasıQida borusu, mədə və onikibarmaq bağırsağın rentgenoskopiyası və rentgenoqrafiyasıNazik bağırsağın rentgenoskopiya ilə dinamik müayinəsi 1 saat ərzindəİrriqoskopiya və irriqoqrafiya(”Fortrans”imalədən sonra)UretrasistoqrafiyaFistuloqrafiyaİcmal uroqrafiyaEkskretor uroqrafiyaHisterosalpinqoqrafiya (kontrast ilə)SistoqrafiyaLakrimoduktoqrafiya

Terapiya

Terapiya (therapeia) – yunan sözüdür, qulluq etmə, müalicə etmə deməkdir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir. Terapiya  qeyri-cərrahi təbabətin geniş sahəsini əhatə edir:ürək-damar xəstəlikləri (revmatizm, ÜİX, hipertoniya xəstəliyi, aritmiyalar, ürək çatışmazlığı və s), Terapiyasıtənəffüs orqanları xəstəlikləri (qrip, traxeit, bronxit, pnevmoniya, bronxial astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri və s) Terapiyamədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit )revmatik xəstəliklər (birləşdirici toxumanın sistem xəstəlikləri, artroz, artrit və s.)Terapiyaifrazat sistemi xəstəlikləri (qlomerulonefrit, börəklərin digər autoimmun patologiyalar nəticəsində zədələnmələri və s.)Terapiyasıendokrinoloji xəstəliklər (şəkərli diabet, tireoid xəstəlikləri)Terapiyası Terapevtə nə vaxt müraciət olunur?əgər səhhətinizlə əlaqədar hər hansı bir şikayət əmələ gəlibsəhansı mütəxəssisə müraciət etməli olduğunuza əmin deyilsinizsəmüstəqil analiz vermisinizsə və nəticələri şəhr etmək lazımdırsa Terapevtin qəbulunda nə baş verir? Terapevt pasientin müraciət etməli olduğu ilk həkimdir. O, pasientin şikayətlərini dinləyir,anamnez toplamalı (xəstəliyin tarixi, pasientin həyat tərzi, irsiyyəti, kecirdiyi xəstəliklər, allergik reaksiyaların olması) yani məlumat toplamalıdır.Baxış keçirir (pasientin halını qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqi ölçür, ürəyə və ağ ciyərlərə qulaq asır, qarını əlləyir)Lazım gəldikdə əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s ) təyin edirNəticədə diaqnozu müəyyənləşdirərək müalicə təyin edir və lazımi tibbi sənədləşmə aparır.Terapiya klinikamızın peşəkar və təcrübəli həkimləri tərəfindən həyata keçirilir. Öz terapevtinizi Premium klinikasında seçin. Saqlamlığınızı Premium klinikasının peşakar həkim heyyətinə etibar edin! Premium clinic - sizlər üçün yarandıq. Tam duzgün diaqnoz və lazim olan müayinələr və müalicə nəticəsində əldə olunan əvəzolunmaz sağlamlığ.

Kardiologiya

Ürək-damar sisteminin xəstəlikləri bu günə qədər yaşlı insanların ölüm səbəbində və xəstəlikləri arasında birinci yerdədir. Ürəyin və damarların quruluşunu bilmək vacibdir, çünki normanı bilmədən patologiya haqqında fikir yürütmək olmaz. Həmçinin bu elm ürək-damar sisteminin xəstəliklərinin səbəblərini də öyrənməklə məşğuldur. Bu və ya digər xəstəliyin səbəbi bilinməzsə, xəstəliklə mübarizə aparmaq çətindir. Əlbəttə pasiyentlərə simptomatik müalicə aparılır (yəni xəstəliyin simptomlarına təsirn göstərilir məsələn yüksək arterial təzyiqə, ürəkdə ağrıya), lakin əsas məqsəd konkret xəstəliyin səbəbini aşkar etmək və bununla mübarizə aparmaqdır. Premium klinikasında konsultasiya zamanı kardioiloq sizin sağlamlığınızın vəziyyətini kompleks şəkildə qiymətləndirəcək, lazım olan müayinələri məsləhət görəcək, bu da müalicənin düzgün və dəqiq aparılmasına gətirəcək.

Qastroenterologiya

“Premium Clinic” qastroenteroloji xəstəliklərin diaqnostikası və müalicəsində ixtisaslaşmış, etibarlı və hərtərəfli səhiyyə xidmətləri göstərir. Qastroenterologiya şöbəmiz həzm xəstəliklərinin diaqnostikası, müalicəsi və qarşısının alınması üçün müasir tibbi texnologiya və təcrübə ilə təchiz edilmişdir. Məqsədimiz xəstələrimizin sağlamlığını qorumaq və onların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. “Premium Clinic”-də qastroenterologiya sahəsində təklif olunan xidmətlər aşağıdakılardır: 1. Endoskopik Müayinələr: Mədə və bağırsaqlarda olan xəstəliklərin erkən diaqnozu üçün endoskopik müayinələr aparılır. Qastroskopiya, kolonoskopiya və digər endoskopik prosedurlar həzm sistemi problemlərinin tez və dəqiq diaqnozunu təmin edir. 2. Həzm Sistemi Xəstəliklərinin Müalicəsi: Mədə xorası, qastro-ezofaqeal reflyuks  xəstəliyi, irritabl (qıcıqlanmış)bağırsaq sindromu (İBS) kimi həzm sistemi xəstəliklərinin müalicəsində müasir və effektiv üsullardan istifadə edilir. Müalicə planları pasiyentin sağlamlıq vəziyyətlərinə əsasən fərdiləşdirilir. 4. Mədəaltı vəzi Xəstəlikləri: Mədəaltı vəzinin iltihabi xəstəliklərinin diaqnostikası və müalicəsi mütəxəssis qastroenteroloqlar tərəfindən həyata keçirilir.   5. Bağırsaq Sağlamlığı: Klinikamızda xoralı kolit və digər iltihablı bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi üçün xüsusi xidmətlər təklif olunur. Bağırsaq xəstəliklərinin müalicəsi xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və xəstəliyin simptomlarına nəzarət etmək məqsədi ilə aparılır.   Biz “Premium Clinic”-də pasiyentlərimizin sağlamlığını qorumaq və həzm problemlərini effektiv müalicə etmək üçün kompleks şəkildə yanaşırıq. Hər bir pasiyent üçün xüsusi müalicə planları yaradılır və onların sağlamlıq vəziyyətinə və ehtiyaclarına uyğun qulluq xidmətləri göstərilir. “Premium Clinic”-in qastroenterologiya sahəsində təqdim etdiyi yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə pasiyentlərin etibarını qazanmışdır. Həzm sistemi sağlamlığı üçün hərtərəfli və innovativ həllər təklif edərək xəstələrimizin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyirik.

Endokrinologiya

Endokrin sistemin quruluşu, funksiyaları, xəstəlikləri bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika diaqnostika və müalicəsi ilə məşğul olan klinik sahədir. Endokrin sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki, bütün həyatı vacib proseslərinə rəhbərlik edən bioloji aktiv maddələrdir. Boy, çəki, cinsi yetişkənlik, nəsilartırma (reproduksiya) funksiyası və bütün orqan və sistemlərin birgə fəaliyyətinin keyfiyyəti, qandakı və ya digər hormonların miqdarı ilə təyin olunur. Hipertireoz, akromeqaliya, şəkərli diabet və piylənmə, osteoporoz, və erkən menopauza, diffuz toksik zob, hipotalamik sindrom və endokrin mənşəli sonsuzluq və s. kimi problemlərlə peşakar endokrinoloqlarımız məşğul olurlar. Müalicə kliniki situasiyadan asılı olaraq, pəhrizdən, konservativ cərrahi, neyrocərrahi və ömür boyu davam edəcək əvəzləyici hormon terapiyadan ibarət ola bilər. Premium klinikamızda endokrinologiya şobəsi, aşağıdakı müayinə və müalicələri həyata keçirir.Şəkərli diabetGizli şəkərHamiləlik və diabetŞəkərli diabet , təxirəsalinmaz hallarÇəkisi artıq olan uşaqlarHipofiz vəzi və onun xəstəlikləriBöyrək üstü vəz və xətəlikləriQalxanvari vəz və onun xəstəlikləriArtıq çəki və piylənməOsteoporozMikrokristallik artritlerMastopatiya

Nevrologiya

Nevrologiya mərkəzi və periferik sinir sisteminin xəstəlikləri ilə məşğul olan kliniki tibbi sahədir. Insan yaşlandıqca onun nevroloji xəstəliklərə tutulma ehtimalı artır, lakin müasir gənclər də sinir sistemi xəstəliklərinə kifayət qədər tez-tez məruz qalırlar. Xüsusilə yol-nəqliyyat qəzaları hesabına artan travmaları qeyd etmək olar. Nevroloji xəstəliklərə nevritlər, polimiozitlər, işemik və hemorragik insultlar və insult nəticəsində baş verən ifliclər, miqren, osteoxondrozlar, epilepsiya, Alsheymer xəstəliyi, qocalıq ağılzəifliyi, posttravmatik hallar radikulutlər kimi çox yayılmış xəstəliklər aiddir ki, demək olar ki, hər bir insan bunlardan hansısa birindən əziyyət çəkir. Premium klinikasinda təcrübəli nevrapotoloqlar, həmçinin uşaq nevrapotoloqları sizə bu xəstəliklərə qarşı kompleks müalicə, eyni zamanda profilaktik müayinə proqlamları təklif edir. Vaxtinda aparilmış profilaktik müayinə, müalicə, lazım olarsa həyat tərzinin dəyişməsi, zərərli adətlərdən imtina kimi tədbirlərlə ölüm və əlilliklə nəticələnən işemik insultun qarşısını almaq mümkündür.ƏsəbilikXroniki yorğunluq sindromuYuxusuzluqAutizmGərginlik baş ağrılarıKlaster baş ağrılarıNevrozMigrenMigrenin müalicəsiMedikamentoz dərman blokadalarıHipertoniya və insultOsteoxondrozİnsultİşemik və hemorragik insultİnsultların profilaktikası

Dermatologiya

Dermatoloji DERMATOLOGİYA - kliniki təbabətin, dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir. Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – öyrənmək deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər. Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s.)Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s.)Dəri xəstəlikləri çox yayılmışdır. Kütləvi araşdırmalar dəri xəstəliklərinin daha da çox yayılmasını göstərir. Əhalinin çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən, 10%-dən azı həkimə müraciət edir. Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Bəzi dəri xəstəlikləri isə, əksinə, başqa orqanların zədələnməsi ilə əlaqədar deyil, lakin adi həyat tərzi aparmağa, idmanla məşğul olmağa imkan vermir, ünsiyyət dairəsini məhdudlaşdırır, bəzən də işləmək imkanından məhrum edir. Dermatoloji xəstələrin şikayətləriQaşınmaGöynəmə(yandırma)Ağrı,sancılarDəridə müxtəlif səpkilərin yaranması Dəri xəstəliklərini yaradan səbəblər çoxdur. Bunlar həmdə müxtəlif virus və infeksiyalar, həmçinin daxili orqanların xəstəlikləri ola bilər. Premium klinikasında olan yüksək ixtisaslı həkim- dermatoloqumuz sizin dəri xəstəliklərinizin probleminin həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək. Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması, əmək və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması, xəstənin psixiki xüsusiyyətləri vacib əhəmiyyət kəsb edir. Bu cür həkim strategiyası optimaldır və təkcə dermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri, latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir. Dermatoloji patologiyanın müalicəsi medikamentoz, yerli, fizioterapevtik, ümumi bərkidici, müasir üsulların aktiv cəlb olunması ilə təyin olunur. Akne Vulgaris - yeniyetmə civzələri, dəri piy vəzlərinin irinli iltihabı ilə xarakterizasiya olunan, xroniki, tez-tez residivləşən xəstəlikdir. Akne, orqanizmdə androgenlərin balansının pozulması və nəticə kimi, piy ifrazının çoxalması nəticəsində əmələ gəlir. Dəri piy vəzlərinin axarları dəri piyi ilə qapanır və qara civzələr-komedonlar yaranır. Qapanmış axarlarda qalan piy çürüməyə başlayır və patogen mikroflora üçün əlverişli qida mühiti yaradır, xüsusi ilə kokkvari, korinebakteriyalar, propionbakterialar üçün. Əksərən xəstəlik 15-18 yaşında əmələ gəlir ki, bu da cinsi yetişkənliklə əlaqədardır, lakin əlverişsiz amillərin təsiri nəticəsində istənilən yaşda yarana bilər. Aknenin yaranmasına irsi meyl, daxili sekresiya vəzlərinin funksiyasının pozulması, həzm sisteminin pozulması, hipovitaminoz, qeyri rasional qidalanma(çoxlu yağlı, karbohidratlı yemək qəbulu) zəmin yaradır. Əsas kliniki əlamətlər-dəridə komedonların, papulo-pustulyoz səpkilərin əmələ gəlməsi. Adətən komedonun ətrafında iltihab prosessi inkişaf edir:komedon qırmızı və ya göyümtül-qırmızı rəgdə konus formasında papulaya çevrilir. Belə papulanın mərkəzində balaca pustula əmələ gələ bilər-onda papulopustulyoz civzələrdən danışırlar. İltihab prosessi müxtəlif dərinliklə xarakterizasiya olunur, bununla bağlı iki cür civzələr ayırırlar: indurativ civzələr-nahamar səthli geniş yayılmış infiltratlar, və fleqmonoz civzələr-iltihab prosessi dərinin dərin qatlarına toxunur, asta və uzun müddətli inkişaf edir. Bəzi hallarda civzələr birləşməyə meylli olur. Xüsusən nekrotik akne seçilir, bu zaman follikulun dərinliyində toxuma hüceyrələrinin nekrozu inkişaf edir. Fərziyyəyə görə onun inkişafı streptokokk təbiətlidir. Çox vaxt 30-50 yaş arası kişilərdə yaranır, alın və gicgah nahiyəsində yerləşir və hemorragik möhtəviyyatlı pustula təşkil edir. Belə civzələr yox olduqdan sonra dəridə çapıqlar qalır. Akne-keloid –civzələrin ayrıca bir növüdür, əsasən 20-40 yaşlı kişilərdə rast gəlinir. Adətən ənsə və boyunun arxa səthində yerləşir. Onların ətrafında dəri kəskin qalınlaşıb,saçlar topalarla bitir. Özlərindən sonra keloid çapıqlar qoyur. Aknenin müalicəsi Müalicə kompleks olur. Diaqnostika xəstəliyin kliniki əlamətləri əsasında aparılır və adətən çətinlik təşkil etmir. Diaqnozun təstiqi üçün patohistoloji müayinə tətbiq oluna bilər. Differensial diaqnoz rozaseanın pustulyoz mərhələsi ilə pustulyoz civzəli sifilid ilə aparılır. Müalicə üçün xəstəyə antibakterial preparatlar, həmçinin,dəri piy vəzlərinin ifrazını idarə edən(roakkutan), antibiotiklər(tetrasiklin), aromatik retinoidlər, antiandrogen preparatlar təyin olunur. Kandidozun qarşısını almaq üçün antibakterial terapiyanı nistatinin qəbulu ilə birləşdirirlər. Ağır hallarda(uzun müddetli gedişdə və ya ağır kliniki əlamətlər zamanı) immunokorreksiya edən(dekaris) və mikrob əleyhinə(metronidazol) vasitələr təyin olunur. Yerli göstərişlər:tərkibində antibiotik, kükürd, rezorsin, salisil turşusu, Vidal südü, differin olan piysizləşdirici və dezinfeksiya edici məhlullarla dərinin təmizlənməsi. Dərman preparatlarından əlavə A,C,E,B qruppu vitaminlər, mikroelementlər təyin olunur. Fizioterapevtik prosedurlar tövsiyyə olunur:Ultrabənövşəyi şüalanma, elektrokoaqulyasiya, elektroforez, krioterapiya. Müalicə kursu 2-3 ay davam edir, sonra 2-3 ay ərzində köməkçi terapiya olur. Aknenin profilaktikası vaxtı vaxtında yağlı seboreyanın aşkarlanması və müalicəsi, həmçinin dərinin gigiyenik vəziyyətdə saxlanmasıdır. Sağlamlığinizi Premium klinikasının peşakar həkimlərinə etibar edin . Kosmetoloji Sizcə, xoşbəxt olmaq üçün nə lazımdır! Doğrudur- yalnız özünə güvənən xoşbəxt olur! Qadın öz gözəlliynə əmin ola bilirsə, ətrafında hər kəsi heyran etməyə qadirdi. Yalnız özünə qüvənən kişi, karyerasında zirvələrə qalxa və şəxsi həyatında uğurlara nail ola bilər. Amma öz nöqsan və qüsürlarını bildikdə bu güvənliyi necə əldə etmək olar. Biz hal hazırda xasiyyətdən söhbət açmaq isəmirik, lakin xarici görünüşlə bağlı çox şeylər deyə bilərik... Premium klinikasinda, fikirlərimizdə hələ yalnız ideya şəklində olanda, qərara gəldik ki, həqiqətən də, dəyərli bir şey yaratmaq üçün, prioritetləri müəyyən etməliyik. Çünki bizə gələn insanlar ən vacib, ən qiymətli olan öz gözəlliklərini və sağlamlıqlarını bizə etibar edəcəklər! Ona görədə də, biz dəqiq bilirik ki, bizim üçün ən vacibi nədir:Bizim müştərilərimiz!Xidmətlərin keyfiyyəti!Daim inkişaf və təkmilləşmə!Sizi “premium clinic” ın lazer epilyasiyası və kosmetologiya mərkəzinə dəvət edirk. Əlbətdə, desək ki, biz birdəfəyə sizi xoşbəx edəcəyik bir az şişirdilmiş olardı, amma öz bədəninizlə hormoniyada olmağda mütləq sizə kömək edəcəyik! “Premium clinic” yalnız professional avadanlıq və pasiyentlərin sağlamlığı üçün faydalı olan preparatlardan istifadə edir. Burada çoxlu prosedurlar keçirilir. Bu prosedurlar həm müalicəvi həm də kosmetoloji effektlər verir. Biz müştərilərə üz və bədənə qulluq edən ən təhlükəsiz və effəktiv prosedurlar, dərinin və saçların sağlamlığını bərpa edən müalicələr təklif etməyə hazırıq. Mərkəzimiz müassir avadanlıqlara malik olduğu üçün, bizim mütəxəssislər bədəninizin qurluşunu formaya salmaq, uzunuzu korreksiya etmək, lazer epilasiyası keçirmək imkanındadır Bundan əlavə biz yenitörəmələrin götürülməsi xidmətini göstəririk (xal, papiloma,ziyil). Bu prosedurlardan sonra sizin dəriniz təmiz, sağlam və iltihabsız olacaq. Üzün lazerlə cavanlaşdırılmasından sonra, yaşınıza galib gələcəksiz. Öz cavanlığınızı uzada bilərsiz, idi bu doğurdan da yüngül və mümkün işdir! Bir çox xəstə öz təhlükəsizliyinə əmin olmaq üçün sertifik və lisensiya tələb edirlər. Demək istəyirik ki, bu çox düzgün tələbdir. Təkrar sığorta hələ heç kimə zərər verməyib. “Premium clinic ” klinikasında olan bütün aparatlar sənəd və sertifikatlara, mütəxəssisislər isə müxtəlif diplom və lisenziyalara malikdirlər. Biz əminik ki, yalnız sağlam gözəllik əsl gözəllikdir, yalnız bu gözəllik uzun müddətli ola bilər, yalnız belə gözəllik öz sahibkarına (həm kişi, həm qadına) özünə güvənmə və xöşbəxtlik gətirə bilər! Bizim mütəxəssislərin qəbuluna yazılın və bu şansdan mütləq isifadə edin! Epilyasiya Candela GentleLase PRO, Kişilər üçün lazer epilyasiyası, Qadınlar üçün lazerepilyasiyası Aleksandrit lazeri, Fotoepilyasiya, mum epilyasiyasi, Kosmetologiya, Mezoterapiya, Biorevitalizasiya, Bioarmirovaniye, Kontur plastikası, Mezosaplar Kimyevi pilinq, Üz massajı, Чистка лица, Cihaz kosmetologiyasi, Elektrokoagulyasiya Kapilyarlarin mualicəsi, Lazerlə dəri yeniləmə, Capiq, yaniq izlərinin itirilməsi, Fototerapiya, Mikrocərəyan liftinqi, Döymələrin pozulması, Radiodalga liftinqi Ultrasəs temizləmə, Lazer biorevitalizasiyası, Magnitlazer terapiyası Müalicə Piqmentasiya mualicəsi, Akne mualicəsi, Aknesonrası mualicə, Kuperoz mualicəsi Лечение гемангиомы, Bədənin korreksiyası, Ultrasəs liposaksiyası (Kavitasiya) Miostimulyasiya, Vakuum masajı, VelaShape

Fizioterapiya

Fizioterapiya nədir? Fizioterapiya əsas məqsəd bölümün əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığını bərpa edib normal həyat keçirməsinə imkan yaradır. Premium klinik–də Fizioterapiya aşağıdakı müayinə və müalicəsi həyata keçirilir. Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktoprların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir. Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə edilir:hava vannalarsu ilə müalicəmineral sularla müalicəsüni günəş işığı vasitəsilə müalicəisti və ya soyuqla müaicəelektriklə müalicəelektromaqnitlə müalicətəzyiqlə müalicə (baroterapiya) mexaniki təsirlərlə müalicəmassajbanka qoymamüalicə bədən tərbiyəsibuğa verməFizioterapiyanın aşağıdakı şöbələri vardır:lazerlə müalicədiadinmoterapiyaamplipulsterapiya transkranial və mikropolyarizasiyamiostimulysiyamüxtəlif nexaniki təsirlərlə qızdırıcı şüalanmakrioperatiya Fizioterapiyanın yuxarıda sadalanan bütün şöbələrinin hərəsinin özünəməxsus müalicə üsulları vardır. Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi isə fizioterpiya və farmokolgiya sahaləri arasında qalan müalicə vasitəsidir Belə ki, bu müalicə zamanı dərman preparatları insan orqanizminə elektriklə dəridən ötürülür. Müalicə zamanı dərialtı toxumalara ultrasəs və ya elektriklə dərman preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahəsinə yerli olaraq tətbiq edilir. Fizioterapiya müaalicəsi biologiya, fizika, kimya, elektro-radiotexnika, biofizika, biokimya və kurort müalicələri ilə bağlı olan bir sahədir. Fizioterpiya müalicəsinin məqsədi hansısa bir xəstəliyin müalicəsini ən yüksək şəkildə əldə etməkdir. Bu zaman müalifə fiziki faktorlarla həyata keçirilməsinə baxmayaraq istifadə olunan dərman preparatlarının normada olmaması müalicənin effektini azaldır. Bu zaman hətta xəstələrdə yanaşı təsirlər də meydana çıxmağa başlayır. Bəzi xəstəliklər vardırki, onları müalicəsi zamanı fizioterapiyadan istifadə eləmək xəstəni cərrahi əməliyyatlardan xilas edir. Uzun müddət fizioterapevtik və reabilitasiya müalicəsi xəstəni cərrah blıçağından xilas edə bilir. Müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Fizioterapiya müalcəsi zamanı digər müalicələr kimi hər şey qeyd olunmalı və diqqətdə saxlanılmalıdır:* xəstəliyin adı* xəstəliyin ağırlıq dərəcəsi* xəstəliyin tarixi və xəstənin vəziyyəti* xəstənin yaşı, cinsi* xəstənin fiziki və psixi xüsusiyyətləri * xəstənin yaşayış yeriGinekologiya, urologiya və zöhrəvi xəstələrə fizioterapevtik müalicə tətbiq edildikdə onlara fərdi yanaşılır. Müalicənin müddəti xəstəliyin başlanma tarixindən və ağırlıq dərəcəsindən asılı olur. Hamilələrə və azyaşlı uşaqlar diqqətlə yanaşma tələb olunur. Fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadlar meydana gəlir. Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir. Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtlif massaj növlərindən (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.)istifadə edilir. Fizioterapiya Lazeroterapiya, elektrofarez, inhalasiya, aerozol terapiyası ( nebulayzer inhalasiya apparatı), elektrostimulasiya, vaporizasiya, ultrabənövşəyi şualarla müalicə, infraqırmızı şüalarla müalicə, maqnitoterapiya, elektosonoqrafiya, refleksoterapiya, dasanvalla müalicə, qisa dalğalı diatermiya (UVÇ apparatı) Reabilitasiya Osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, lordoz, kifoz, ətraf əzələlərin asteniyası, onurğa sütununu bərpa etmək, post travmatik reabilitasiyalar (sınıqlar menisk yırtıqları, çapıqlar və s.) Lor xəstəlikləri ( tonzilitlər, aııerqik rinitlər, qaymorit və s. ) Ağ ciyər xəstəliklərini (bronxial astma, xroniki bronxitlər, pnevmoniya )

Ümumi cərrahiyyə

“Premim clinic”- da aparılan cərrahi əməliyyatlar geniş profilli olub həm endocərrahi, həm də klassik metodların tətbiqi ilə həyata keçirilir. Ümumi cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir:Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)Hepatopankeatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri)Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq)Proktoloji xəstəliklər (hemorroy, anal fistula, anal çat və s.)Yırtıq cərrahiyyəsiSüd vəzisi xəstəlikləriDəri və yumşaq toxumaların cərrahi xəstəlikləriLaparoskopik cərrahiyyəQastrointestinal sistem cərrahiyyəsi Qida borusunun axalaziya, lipoma, leyomiyoma kimi xoşxassəli törəmələri, divertikulu, mədə və on iki barmaq bağırsağın deşilmə, qanaxma, mədə çıxacağının stenozu kimi ağırlaşmaları, nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, bezoarlar, fistulalar, keçməməzlik, Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, qeyri-spesifik xoralı kolit), perianal fistulalar, hemorroidlər, anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir. Hepato-pankreatiko-biliar cərrahiyyə Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit, exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir. ÜMUMİ CƏRRAHİYYƏ NƏDİR?   Ümumi Cərrahiyyə, bədəndə sistemik və yerli fəsadların cərrahi üsullarla müalicəsi ilə bir yerdə, ümumi (yara yaxşılaşması, yaralanmaya metabolik və endokrin cavabı kimi) məsələləri əhatə edən və onların inkişafı baxımından bir çox cərrahi və əsas tibb sahəsinə birbaşa təsir etmiş bir texniki intizamdır. Ümumi Cərrahiyyə xəstələrinin böyük bir hissəsi müxtəlif tipdə xərçəng xəstəliklərindən ibarətdir. Bu xəstələr üçün diaqnostik, əməliyyat və sonrakı müalicə mərhələlərinin planlaşdırılması Qastroenteroloji, Radyologiya/ icraedici Radyologiya, Patologiya, Medikal və Radiasiya Onkologiyası ilə əməkdaşlıq içində  fəaliyyət göstərir. Ümumi Cərrahiyyənin bir digər maraq sahəsi də travmatologiyadır. Travmalı xəstələrdə tez-tez orqan   yaralanmalarının yaranması səbəbiylə Ortopedik,Neyrocərrahiyyə, Urologiya, Ürək    və Damar Cərrahiyyəsi hissələri ilə birlikdə hərəkət edilir. Xüsusilə şiddətli çoxlu orqan yaralanmalarında, bütün bu tibb sahələrinin koordinasiyasını Ümumi Cərrahiyyə Bölümü daşımaqdadır. Ümumi Cərrahiyyə xəstələrinin müalicəsində ən əhəmiyyətli mərhələlərdən biri də əməliyyat sonrasında xəstənin ən qısa müddətdə əvvəlki həyatına dönəcək hala gəlməsidir. Bu da Fiziki Müalicə və Reabilitasiya bölümü ilə yaxın əməkdaşlıq içində olmaqla həyata keçirilir. Həkimlik tətbiqlərinə aid müalicə edici cərrahi tətbiqlərin daxil olması ilə birlikdə “Cərrahlıq” ayrı bir həkimlik sahəsi olaraq mənimsənmiş ancaq, o dövrlərdəki cərrahi üsulların məhdud olması səbəbi ilə bütün cərrahi sahələr “Ümumi Cərrah” adı altında ələ alınmışdır. Halbuki inkişaflara paralell olaraq gedərək ayrı orqan və ya sistem cərrahi tətbiqləri ümumi cərrahiyyənin bölünüb fərqli cərrahi sahələrin yaranmasına səbəb olmuşdur. Bu mənada qiymətləndirdiyimizdə beyin cərrahiyyəsi, qulaq-burun-boğaz, göz, ağciyər cərrahiyyəsi, ürək və damar cərrahiyyəsi, urologiya (böyrəklər, sidik yolları məsanə və kişi genital orqanları), qadın-doğum, ortopediya, plastik cərrahiyyəsi, uşaq cərrahiyyəsi kimi cərrahi sahələr Ümumi Cərrahiyyədən ayrılmışdır. Bu gün “Ümumi Cərrahiyyə” deyilincə: tiroid cərrahiyyəsi, məmə cərrahiyyəsi, yemək borusu, mədə, incə və qalın bağırsaqlar, makat xəstəlikləri (hemorroid …), qaraciyər, pankreas, öd kisəsi və öd yolları, yırtıq cərrahiyyəsi anlaşılmaqdadır. Göründüyü kimi, günümüzdə ümumi cərrahiyyə mövzularını əhatə edən tək ümumi cərrahiyyə təhsili olmaqla birlikdə,daha çox meylilik ümumi cərrahiyyə mütəxəssisliyindən sonra daha spesifik sahələr üzrə ixtisaslaşma olduğu yönündədir. Deməli,Ümumi Cərrahiyyəni Hepato-pankreato-biliyar Sistem və ya Qaraciyər-pankreas-öd kisəsi və Yolları Cərrahiyyəsi, Gastro-bağırsaq cərrahiyyəsi və ya Həzm Sistemi Cərrahiyyəsi (yemək borusu, mədə, incə və qalın bağırsaqlar və makat bölgəsi xəstəlikləri) və Tiroid (endokrin) – döş Cərrahiyyəsi olaraq ələ almaq ümumi bir tətbiqdir. Yırtıq cərrahiyyəsi “Premim clinic”- da ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır, yırtıq plastikası üçün orqanizmə tam inert, reaksiya verməyən ən son texnologiyalarla hazırlanmış və araşdırmalarla zərərsizliyl təsdiq olunmuş alloplastik materialdan istifadə olunur.

Plastik cərrahiyyə

Plastik cərrahiyyə komplekslərdən azad və özündən əmin olaraq xərclənmiş cazibədarlığın qaytarılmasıdır. Plastik cərrahiyyə  Rinoplastika, abdominoplastika, mamoplastika, çapıq və piqmentlərin götürülməsi, tük əkilməsi, otoplastika, dodaqların böyüdülməsi, üzün dartılması, süd vəzilərinin böyüdülməsi və kiçildilməsi, liposaksiya, septoplastika, rinoseptoplastika, qaşların qaldırılması, botoks (botulotoksin), piy və silikon inyeksiyası, ayaqların dartılması, boynun dartılması, çənənin uzadılması, buxağın liposaksiyası, açıq əməliyyat üçün, lazer, laparoskopiya, endoskopiya və.s daxildir. Plastik cərrahiyyə üçün əlavə məlumat. Premium Klinikasında bütün növ plastik əməliyyatlar Plastik cərrahiyyə Plastik cərrahlar tərəfindən icra olunur. Bu əməliyyatlara aşağıdakılar daxildir: Burunda estetik əməliyyatlar, o cümlədən rino və septoplastika; Qaş və göz qapağı əməliyyatları; Üz və dodaq əməliyyatları; Lipisaksiya əməliyyatı-Qarın nahiyyəsində piylərin götürülməsi; Bədən nahiyyəsində hər cür kontur plastikası; Süd vəzilərinin böyüdülməsi, kiçildilməsi və dikləşdirilməsi; Qadınlarda hamiləlikdən sonra qarın nahiyyəsinin sallanması zamanı düzgün formaya salınması; Ayaqlarda artıq piylərin götürülməsi, baldırda əyriliklərin düzəldilməsi və sairə Anadangəlmə əl deformasiyaları: Dovşandodaqlıq, qurdağızlıq; Plazqulaqların düzəldilməsi; Süd vəzilərinin assimetriyaları; Anadangəlmə bitişik barmaqlar; Dəri ilə əlaqədar bütün cərrahi əməliyyatlar, o cümlədən: Yanıqdan sonra əmələ gələn kontrakturalar, dəri dartınmaları, yanıqdan sonra əmələ gələn estetik əməliyyatlar; Plastik cərrahiyyə əməliyyatları Premium Clinic-də ən müasir anesteziya və yüksək səviyyədə təchiz edilmiş əməliyyatxanalarda peşəkar personalın iştiraki ilə icra olunur. Ən son texnologiyalar Premium Clinic-də təkcə avadanlıqlarla və anesteziya ilə məhdudlaşmır. Plastik cərrahiyyə xəstə məmnunluğu ən çox diqqət yetirilən məqamdır. Klinika həm də özünün yüksək səviyyəli gigiyenası, xəstələrə xüsusi qulluq prinsipi ilə seçilir. Əvvəllər plastik əməliyyat olunan pasient 3-5 gün xəstəxanada yatırdısa, indi Premium Cinic-də texnologiyalar sayəsində 1-2 gün stasionarda yatır. Sonra evə yazılaraq qısa müddətdə həyat keyfiyyətini bərpa edir. Plastik cərrahiyyə günümüzdə öz inkişaf prespektivləri ilə klinikamızda Plastik cərrahiyyə bölməsinin inkişafı Plastik cərrahlar tərəindən həyata keçirilir.  Damar cərrahiyyəsi Urologiya Kardiologiya Laboratoriya Endokrinologiya

Urologiya

“Premium Clinic” -da urologiyaya aid poliklinika, təcili yardım və stasionar şəraitdə bütün növ tibbi xidmət göstərilir. Urologiya şöbəsində uşaq urologiyasından yaşlı insanlarda uro-androloji xəstəliklərə qədər bütün müalicə prosedurları icra edilir. “Premium Clinic”- nın ixtisalı mütəxəssisləri tərəfindən hər cür uroloji və androloji əməliyyatlar icra edilir. Klinikada uroloji əməliyyatların icrası üçün ən müasir əməliyyatxana, anesteziologiya və hər cür komplektasiyada unikal cərrahi alətlər mövcuddur. Uroloji bölümümüzdə hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir. Uroloji cərrahiyyə üçün klinikamız tam ideal vəziyyətə gətirilmişdir. Uroloji cərrahiyyə sahəsində uğurlarımız göz qabağındadır. Buna görə də Uroloji Cərrahiyyə sahəsində yeniliklərə davam edirik. Uroloji əməliyyatlardan prostat vəzin adenoması, böyümələri zamanı prostat vəzin TUR(transuretral rezeksiya) əməliyyatları yüksək müvəffəqiyyətlə həyata keçirilir. Həmçinin klinikamızda büzüşmüş böyrəklərdə, böyrək kistlərində laparaskopik böyrək əməliyyatları icra olunur. Androloq uroloqlarımız tərəfindən şiddətli erektil disfunksiyalar(cinsi zəiflik) zamanı uğurlu penis protezləri əməliyyatları da həyata keçirilir. "Uroloji cərrahiyyə" uroloji bölümümüzdə hər növ müayinə və uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir. Uroloji cərrahiyyə günümüzdə yayqın bir sahəyə çevrilmişdir.

Travmatologiya-ortopediya

“Premium Clinic”-də hərtərəfli və innovativ səhiyyə xidmətləri göstərən travmatologiya və ortopediya xidmətləri göstərilir. Travmatologiya və Ortopediya şöbəmiz sümük, əzələ və oynaq sistemləri ilə bağlı zədə və xəstəliklərin diaqnostikası və müalicəsi üçün ən müasir texnologiyalardan istifadə edir. Klinikamız pasiyentlərin tez bir zamanda və effektiv şəkildə sağalmasını təmin etmək üçün fərdi müalicə planları təklif edir. Travmatologiya-Ortopediya xidmətlərimiz bunlardır: 1. Sınıq və burxulma: Sınıqların müalicəsində xəstələrin tez sağalmasını təmin etmək üçün ənənəvi üsullarla yanaşı, minimal invaziv cərrahi üsullar da tətbiq edilir. Həmçinin burxulmaları müalicə etmək üçün də müasir üsullardan istifadə olunur. 2. Ortopedik Cərrahiyyə: Ortopedik cərrahiyyə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və onların hərəkətliliyini bərpa etmək üçün həyata keçirilir. 3. Reabilitasiya Xidmətləri: Klinikamızda travma sonrası fizioterapiya və reabilitasiya xidmətləri ilə pasiyentlərin sağalma prosesləri dəstəklənir. Reabilitasiya xüsusi olaraq pasiyentin zədədən sonra normal fəaliyyətə qayıtmasını sürətləndirmək üçün nəzərdə tutulmuşdur. 4. Xroniki Oynaq Xəstəlikləri: Osteoartrit,osteoartroz, revmatoid artrit kimi xroniki oynaq xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hərtərəfli xidmətlər təklif olunur. Xroniki oynaq xəstəliklərinin idarə edilməsi xəstələrin ağrılarını azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün fərdi müalicə planları ilə həyata keçirilir. 6. Ankilozlaşan spondilit-Bexterev xəstəliyi: Bexterev xəstəliyi çox ağır xroniki irəliləyən, birləşdirici toxumanın sistem xəstəliyidir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələr arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri biri ilə bitişir. Bu da öz növbəsində onurğanın hərəkətliliyini xeyli azalırdır. Ağır formalarda onurğa praktik olaraq hərəkətsiz olur və xəstənin hətta əlilliyinə səbəb olur. Xəstəlik zamanı əsasən oma-büzdüm, fəqərəarası oynaqlar zədələnir. Bəzi xəstələrdə ətraf oynaqlar və daxili orqanlar da prosesə qoşulur. Bu xəstəlik klinikamızda peşəkar həkimlər tərəfindən müalicə olunur. 7. Sakroileit: Sakroileit çanaq oynaqlarında iltihab, ağrı və sərtlik ilə özünü biruzə verir. “Premium Clinic”-də sözügedən xəstəlik də erkən diaqnoz və müalicə ilə idarə olunur. “Premium Clinic”-in travmatologiya və ortopediya şöbəsində mütəxəssis həkimlər və təcrübəli cərrahlar çalışır. Hər bir pasiyent üçün fərdi müalicə planı yaratmaqla xəstələrin rahatlığı və sağalma prosesi maksimuma çatdırılır. “Premium Clinic” travmatologiya və ortopediya sahəsində təklif etdiyi yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə pasiyentlərinin etibarını qazanmışdır. Pasiyentlərimizin sağlamlığı və məmnuniyyəti bizim əsas prioritetimizdir. Mütəxəssis komandamız daim təlim alır və hər bir pasiyentə ən yaxşı müalicə və qayğı göstərmək üçün ən son tibbi inkişafları izləyir.

Anesteziologiya-reanimatologiya

“Premium Clinic” anesteziologiya və reanimatologiya sahəsində aparıcı səhiyyə müəssisəsidir. Klinikamız cərrahi müdaxilələr zamanı pasiyentləri rahatlığını və təhlükəsizliyini təmin etmək üçün ən son texnologiya və təcrübə ilə təchiz edilmiş mərkəzdir. Anesteziologiya və Reanimatologiya şöbəmiz pasiyentlərin əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonrakı ehtiyaclarını ödəmək üçün hərtərəfli xidmətlər təklif edir. Anesteziologiya-Reanimatologiya xidmətlərimiz bunlardır: 1. Ümumi Anesteziya: Cərrahi müdaxilələr zamanı xəstələrin tamamilə ağrısız və huşsuz olmasını təmin etmək üçün ümumi anesteziya tətbiq edilir. Böyük cərrahi əməliyyatlar üçün ümumi anesteziyaya üstünlük verilir və xəstələrin əməliyyat boyunca rahat olmasını təmin edir. 2. Regional Anesteziya: Bədənin müəyyən hissələrini keyitmək üçün spinal anesteziya, epidural anesteziya və sinir bloku kimi üsullardan istifadə edilir. Bu növ anesteziya xüsusilə   aşağı ətrafların əməliyyatları və bəzi ortopedik prosedurlar üçün uyğundur. 3. Yerli Anesteziya: Kiçik cərrahi əməliyyatlar və bəzi tibbi prosedurlar zamanı lokal anesteziya yalnız müalicə olunacaq nahiyəni uyuşdurmaq üçün tətbiq edilir. Lokal, yəni yerli anesteziya minimal invaziv müdaxilələr üçün idealdır və pasiyentlərə prosedurdan sonra tez sağalmağa imkan verir. 4. Əməliyyat Sonrası Baxım: Klinikamızda anesteziyadan sonrakı dövrdə xəstələrin ağrısız və rahat olmasını təmin etmək üçün əməliyyatdan sonrakı baxım xidmətləri göstərilir. Anesteziyadan sonrakı baxım bölməmizdə, yəni reanimasiyada xəstələrin həyati funksiyaları daim nəzarətdə saxlanılır və lazım gəldikdə tibbi müdaxilələr edilir. “Premium Clinic”-in anesteziologiya və reanimatologiya şöbəsində peşəkar anestezioloqlar və reanimatoloqlar çalışır. Hər bir pasoyentə fərdi yanaşılır, onların sağlamlıq vəziyyətinə və cərrahi ehtiyaclarına uyğun anesteziya planları hazırlanır. Klinikamızda istifadə olunan ən müasir avadanlıq və müasir tibbi üsullar sayəsində pasiyentlərimizin təhlükəsizliyi və rahatlığı ən yüksək səviyyədə təmin edilir. “Premium Clinic”-in mütəxəssis komandası davamlı olaraq təlimlər alır və pasiyentlərə ən yaxşı tibbi xidmət göstərmək üçün ən son tibbi inkişafları izləyir. 

Mama-ginekologiya

“Premium Clinic” digər tibbi sahələr kimi, ginekologiya sahəsində də ixtisaslaşmış, etibarlı və hərtərəfli xidmətlər təklif edən sağlamlıq mərkəzidir. Bizim Ginekologiya  şöbəmiz qadınların həyatının hər mərhələsində sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün müxtəlif xidmətlər təklif edir. Klinikamızda qadınların sağlam həyat sürməsi və sağlam nəsillər yetişdirməsi üçün müasir tibbi texnologiyaları və təcrübəli həkimləri bir araya gətiririlib. “Premium Clinic”-də sizə təqdim etdiyimiz ginekologiya xidmətlərimiz aşağıdakılardır: 1. Müntəzəm Ginekoloji Müayinələr: Qadınların reproduktiv sağlamlığının qorunması və hər hansı problemin erkən aşkarlanması üçün mütəmadi olaraq ginekoloji müayinələr böyük əhəmiyyət kəsb edir. Klinikamızda Pap smear testi, HPV testi və ultrasəs müayinəsi, kolposkopiya, histerosalpinqoqrafiya (boruların yoxlanması), uşaqlıq boynu eroziyalarınradiodalğa apparatla yandırma (surqitron DF-12.0)  kimi müxtəlif diaqnostik üsullarla ətraflı müayinələr aparılır. 2. Doğuşun Planlaşdırılması və Hamiləliyin Təqibi: Hamiləliyi planlaşdıran qadınlara doğuşa nəzarət və hamiləlikdən əvvəl hazırlıq üzrə məsləhət xidmətləri göstərilir. Hamiləlik dövründə ana və körpələrin sağlamlığını qorumaq üçün mütəmadi olaraq müayinələr, ultrasəs müayinəsi və digər zəruri müayinələr aparılır. Hamiləlik doppkeru müayinəsi yüksək səviyyədə edilir, süd vəzilərin USM-si   5. Menopozun idarə edilməsi: Klinikamızda menopoz zamanı qadınların yaşadığı hormonal dəyişikliklər və sağlamlıq problemləri üçün dəstəkləyici müalicə və məsləhət xidmətləri göstərilir. Bu prosesdə qadınların sağlamlığının qorunması və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün fərdi müalicə planları yaradılır. Yaşla bağlı, doğuş travmaları ilə bağlı sidik qaçırmaları , onların yüksək səviyyədə həlli. TOT əməliyyatlar, vaginoplastika, uşaqlıq yolu sallanmalarının əməliyyatı   Həmçinin qeyd edək ki, “Premium Clinic”-də sonsuzluq problemi yaşayan cütlüklər üçün müasir və effektiv müalicə üsulları təklif edilir.  “Premium Clinic”-in Ginekologiya şöbəsi qadın sağlamlığının bütün aspektlərini əhatə edən xidmətlər təklif edir. Mütəxəssis həkimlər və ən müasir tibbi cihazlarla pasiyentlərimizə ən keyfiyyətli tibbi xidmət göstərməyi hədəfləyirik. Bunun üçün də hər bir qadının sağlam və xoşbəxt həyat sürməsinə dəstək olmaq üçün biz fərdi ehtiyaclara uyğun müalicə və qulluq xidmətləri təklif edirik. HPV- vaksini (qardasil-9) icra edilir Bütün növ infeksiya Yaxmanın mikroskopik müayinəsi, yaxmanın bakterioloji müayinəsi , mikoplazma, ureaplazma parvum, ureaplazma urealiticum PZR müayinəsi, bütün növ hormonal analzilər

Stomatologiya

Kariesin müalicəsi, dişlərin ağardılması, pulpitin müalicəsi, periodontitdən müalicə, çıxan və çıxmayan protezlər, diş daşlarından və diş çöküntülərindən təmizlənmə, damaq müalicəsi (gingivit, parodontoz, stomatit), qeyri-karies xəstəliklərdən müalicə (flüoroz, pazabənzər defekt) Aparatlar Bormaşın, skeler, plombun yapışdırılması üçün lazer, mikromotor Əlavə məlumat “Premium Clinic” də stomatoloji xidmətlərə ortopediya, endodontiya, paradontiya, ortodontiya və terapiya daxildir. “Premium Clinic” də ən son texnologiyaya malik olan Yapon və Alman avadanlıqları istifadə edilir. İstifadə edilən dərman preparatları və gigiyenik vasitələr də müasir standartlara cavab verir. Bizim klinikamızda stomatologiya kabinetində sterilizasiyaya ciddi əməl olunur. Yüksək keyfiyyətli İtaliya istehsalı olan sterilizasiya aparatımız-avtoklav mövcuddur. Bütün cihazlarımız hər birisi avtoklavda gündəlik sterilizasiya olunur. Şöbəmiz dişlərdə mövcud problemləri aşkar etmək üçün vizioqraf aparatına malikdir. Parodontoloji xidmətlər “Premium Clinic” da tam ağrısız və iynəsiz aparılır. Hal-hazırda dünya səhiyyəsində iynə ilə aparılan dişəti müalicəsi köhnəlmiş hesab edilir. Daha təkmil üsullar irəli sürülməkdədir. İlk öncə tərəfimizdən düzgün diaqnoz təyin edilir. Patoloji dişəti ciblərinin aşkar edilməsi, selikli qişanın müayinəsi əsasında antibiotik və digər iynəsiz müalicə olunur. Çox dərin və professional təmizləmə aparılır. Şöbəmizdə arı məhsullarından istifadə etməklə kompleks müalicədən istifadə edilir. Həm yerli, həm də daxilə qəbul edilən terapiyadan istifadə edilir. Ağır tipli paradontozlarda selikli qişa açılır. Dişlər kökünə qədər təmizlənir və parodontoloji tikişlərlə bağlanır. PREMİUM CLİNİC də stomatologiyanın ən son nailiyyətləri tətbiq edilir. Bura cərrahi, terapevtik və ortopedik fəaliyyət də daxildir. Cərrrahi fəaliyyət olaraq implantologiya (Dişlərin əkilməsi) kimi implantologiya nəzərdə tutulur. Şöbəmizdə İsveçrə, Almaniya və İtaliyanın ən son texnologiyalarını tətbiq edərək endoprotezlər qoyuruq. Ortopedik sahədə isə metal və metalsız keramika, qızıl keramika və son texnologiya olan sirkonium keramikadan istifadə etməklə diş sırası qüsurlarını bərpa edirik. Xüsusilə qeyd etmək istərdik ki, son zamanlar aktual bir problemə çevrilən hüdudlanan diş qüsurlarında dayaq dişlərini yonmamaqla mikro protezlərdən, merilend körpülərdən və plomblar vasitəsilə ribbonddan istifadə etməklə diş qüsurlarını bərpa edirik. Estetik stomatologiyada son zamanlar daha çox yayılan vinirlərdən də istifadə edirik. Bunun köməyilə diş bütövlükdə yonulmadan, onun yalnız emal hissəsi yonularaq çox yüksək səviyyədə estetik görünüş alınır. Biz terapevtik vinirlərdən istifadə edirik ki, bunlar da tez düzəlir və pasientlər üçün ucuz başa gəlir. Endodontik müalicədə vizioqrafiya aparatının və apex lokatorun köməyilə biz sinir çıxarıldıqdan sonra dişləri son dərəcə dəqiqliklə doldurub gələcəkdə heç bir problem çıxmamasına zəmanət veririk. Saqlamlığınızı “Premium Clinic”-in peşakar həkim heyyətinə etibar edin ! “Premium Clinic” - sizlər üçün yarandıq. Tam duzgün diaqnoz və lazım olan müayinələr və mualicə nəticəsində əldə olunan əvəzolunmaz sağlamlıq.

Pediatriya

Uşaq yaşında gələcək illər üçün sağlamlığın fundamentinin təməli qoyulur. Bu dövrdə kənar fəsadları olmayan, orqanizmin müdafiə qüvvələrini aktivləşdirən effektli alternativ müalicə üsulları təklif olunur. Klinikada balaca pasiyentlərə adi soyuqdəymədən tutmuş hiperaktivlik problemlərinə qədər – istənilən xəstəliyin müalicəsinə kömək edilir. MəsələnUşaqlarda sümük əzələ sistemiRaxitQızılcaZökəmMəxmərəkUşaq serebral ifliciSuçiçəyiTəbii çiçəkSkarlatinaDifteriyaGöyöskürəkEpidemik ParotitUşaq infeksiyalarıDiatezlərSpazmafiliyaQurd invaziyası.Körpələrdə tər suluqları və bişməcələr və s.

Şüa diaqnostikası

RentgenolojiUltrasəs müayinəsi Ultrasəs müayinəsi. Ultrasəs aparatının iş prinsipi - səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır. Ultrasəs müayinəsi burdakı səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi səs dalğalarıdır. Ultrasəs-tibbin bütün sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur. Səs dalğaları olduğuna görə bütün insanlar, həmçinin hamilələrdə və yeni doğulan körpələrdə istifadəsi zərərsizdir. Ultrasəs müayinəsi qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin müayinəsi, damarların rəngli doppleri, həyata keçirir. Ultrasəs müayinəsi Premium klinikdə ultrasəslə müayinə kabineti tibbin ən son metodları ilə təchiz olunub. Klinakada tətbiq edilən unikal, funksional “GE LOGİC S 7” ultrasəs aparatı ,xəstəliklər haqda dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların Ultrasəs müayinəsi geniş istifadə edilir. Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir. Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar. Ultrasəs müayinə üzrə proseduraların siyahısıHamiləlikdə ultrasəs müayinə3D/4DDoppler müayinəsiAyrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdəUşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi "Premium clinic"-də aşağıdakı orqan və sistemlərin USM-i aparılır:Qarın boşluğu orqanlarıSidik-ifrazat sistemi orqanlarıQadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri.Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pancreasTimus vəzinin müayinəsiYenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)

Oftalmologiya

Premium clinic-də aşağıdakı müayinələr aparılır.Göz yaşı aparatının müayinəsiAutorefraktometriyaGözdaxili təzyiqin ölçülməsiGöz dibinin müayinəsiGözdən yad cismin çıxarilmasıGözə inyeksiyaKipriklərin dibinin masajıYeni doğulmuşlarda dakriosistit (Müayinə)Gözdə xalaziona inyeksiyaPterigium ğötürülməsiSkioskopiyaHirudoterapiyaKerafometriyaPresbiopik eynəkPleoptik müalicəXalazion çixarılmasıKatarakta , çəpgözlük əməiyyatları

Otorinolarinqologiya

Otorinolarinqologiya - qulaq, burun, boğaz (udlaq, qırtlaq, traxeya) xəstəliklərini öyrənir və onların müalicə-profilaktikası ilə məşğul olur. Bu orqanların hər üçünün bir ad altında birləşdirilməsinin səbəbi onların anatomik yaxınlığı ilə bağlıdır. Aşağıda qeyd olunan xəstəliklər LOR xəstəliklərinə aiddir:AdenoidFaringit, laringit, traxeitBurun çəpərlərinin əyriliyiKəskin və xroniki rinitlərAllergik və vazomotor rinitlərSinusitXarici otitDaxili otitNeyrosensor ağıreşitməAnginaTonzilitMenyer xəstəliyi və s. LOR xəsətliklərinin simptomları:Burun tənəffüsünün çətinləşməsi;Burunətrafı hissədə təzyiq hissi;Qaşüstü və yanaq nahiyədə şişkinlik;İybilmə qabiliyyətinin azalması və ya tamamilə itməsi;Burundan ifrazatın axması;Burunda quruluq;Eşitmənin azalması və ya tam itməsi;Qulaqda küy;Baş ağrıları və ya baş gicəllənmələri;Qulaqdan ifrazatın axması;Öskürək;Səsin batması və ya xırıltılı olması;Boğazda qıcıqlanmalar;Çənəaltı limfa vəzilərinin böyüməsi və ya ağrılı olması. LOR-xəstəliklərinin diaqnostikası:Endoskopik;Ultrasəs;Laborator üsullarla aparılır.Haymorit (sinusit) yuxarı çənənin burunətrafı (haymor) boşluqlarda inkişaf edən iltihabi xəstəlikdir. Zökəmin vaxtında müalicə olunmaması, soyuqdəymələr, xəstə dişlər, skarlatina, burun çəpərinin əyriliyi, burun boşluğunun anadangəlmə qüsurları, qrip və digər infeksion xəstəliklərin fəsadları haymoritə səbəb ola bilər. Hər hansı bir infeksiyanın olması haymoritin yaranmasına təkan verir. Bu zaman bakterial və ya virus infeksiyası burun boşluğundan, həmçinin qandan daxil olaraq, güclü iltihabi proses yaradır və haymoritin inkişafı başlanır. Haymoritin diaqnostikası burun boşluğuna baxış, burunətrafı boşluqların rentgen şəkli və ya kompüter tomoqrafiyası əsasında aparılır. Haymor boşluğunun selikli qişasının inkişaf edən iltihabi proses nəticəsində şişməsi, haymor boşluğundan burun boşluğuna gedən keçidin tədricən bağlanması, boşluqda selik yığılmasına görə təzyiqin artması nəticəsində ağrılar baş verir. Seliyin xaric olmasının pozulmasına görə o, baş ağrısı, yüksək hərarət, ümumi halsızlıq yaradan toksinləri ifraz edən bakteriya və virusların inkişafı üçün qidalı mühitə çevrilir. İltihab və axıntının mümkünsüzlüyünə görə selik tədricən irinə çevrilir. İrinin konsistensiyası qatı olduğuna görə onun xaric olması bəzən problemli olur. Əgər vaxtında prosesin qarşısı alınmasa və adekvat müalicə aparılmasa iltihab qonşu nahiyələrə keçdiyi üçün göz çuxurunun fleqmonası, meningit və iltihabın yuxarı çənə sümüklərinə keçməsi kimi ciddi fəsadlar yarada bilər. Haymoritin müalicəsi burunun selikli qişasının ödeminin aradan qaldırılmasından və haymor boşluğu ilə burun boşluğu arasında keçidin bərpa olunmasından ibarətdir. Bu, boşluq ifrazatın xaric olmasını bərpa etməyə və iltihabın yayılmasının qarşısını almağa imkan verir. Selikli qişanın ödemini aradan qaldırmaq üçün, sprey, damcı və aerozol formasında buraxılan müxtəlif preparatlar istifadə olunur. Bu qrup preparatlar damar daraldan təsirə malikdir və ödemi aradan qaldırmağa kömək edir. Xəstəliyin ağırlığından və mərhələsindən asılı olaraq, 7 gündən 10 günə qədər antibiotiklər, antibiotiklərlə eyni vaxtda, selikli qişanın ödemini azaltmağa kömək edən, antihistamin preparatlar qəbul olunur. Aparılan dərman terapiyası ilə paralel, immuniteti gücləndirən, iltihabı azaldan, ifraz olunan irinin daha yaxşı xaric olunmasına kömək edən, homeopatik preparatlar da istifadə oluna bilər. Güclü ağrı sindromu, həmçinin normadan artıq irin ifrazı zamanı, haymor boşluqlarının “yerdəyişən maye” üsulu ilə yuyulması təyin edilir. Yuyulma üçün antiseptik məhlullardan istifadə olunur və burunətrafı boşluqlara ultrayüksək gərginlikli təsir, burun boşluğunun ultrabənövşəyi şüalanması, iltihabın nəticələrinin aradan qaldırılması və aparılan dərman terapiyasının effektinin gücləndirilməsi üçün lazer terapiyası kimi müxtəlif fizioloji prosedurlar aparılır. Haymorit xəstələri arasında belə bir fikir var ki, haymor boşluğunu bir dəfə deşəndə və ya punksiya edəndə gələcəkdə onu vaxtaşırı requlyar etmək lazım olacaq. Lakin bu həqiqətə uyğun deyil və məhz boşluqda qalan irin gələcəkdə xəstəliyin residivlərinə səbəb ola bilər. Deşilmə əslində ona görə edilir ki, haymor boşluğundan irin xaric olsun, boşluq antiseptik məhlulla yuyulsun, antibiotiklər və iltihab əleyhinə dərmanlar yeridilsin. Prosedur zamanı xoşagəlməz hissiyatlar onun yüksək effektivliyi ilə tam kompensasiya olunur. Yalnız bir prosedurdan sonra artıq pasient əhəmiyyətli yaxşılaşma hiss edir və sağalma gedir. Haymoritin tez və effektiv müalicəsi üçün özünümüalicə ilə məşğul olmaq yox, mütləq LOR həkiminə müraciət etmək lazımdır. Xroniki tonzillit - ocaqlı infeksiyanın damaq badamcıqlarında yerləşərək, xroniki iltihabı proses yaratdığı ümumi infeksion xəstəlikdir. Buna görə də xroniki tonzillitin səbəbi autoinfeksiya, yəni şəxsi infeksiya olur, onu saxlayan amil isə immunitetdir. Uşaqlarda virus infeksiyası çoxluq təşkil edir. Xroniki tozillit həmdə angina kimi yoluxucu xəstəlikdir. Xəstə insanın mikroflorası yüksək aktivliyə malikdir. Buna görə də valideynlər də uşaqların yoluxma mənbəyi ola bilər. Xroniki tonzillit çox vaxt keçirilmiş anginadan sonra inkişaf edir. İnkişaf nəticəsində iltihab prosesi gizli davam edərək, xroniki prosesə keçir. Lakin bir sıra hallarda xroniki tonzillit qabaqca angina olmadan yaranır. Xəstəlik zamanı insanlar zəiflikdən, tez yorulmaqdan, halsızlıqdan, baş ağrısından, yüksək hərarətdən şikayətlənir. Çox vaxt bu əlamətlər anginaya da xas olur. Müalicə də buna görə oxşar təyin oluna bilər. Bütün bunlar orqanizmin tonzillogen intoksikasiyasından və allergizasiyasından irəli gəlir. Yerli əlamətlərdən əsas şikayətlər udma zamanı boğaz ağrısından, ağızda çürümə iyindən, quru öskürəkdən, tez-tez olan anginalardan, böyümüş və ağrılı regionar limfa düyünlərindən olur. Otit- orta qulağın iltihabıdır. Qulaq-yalnız, qulaq seyvanından, xarici qulaq keçidindən və onu orta qulaqdan ayıran, təbil pərdəsindən ibarət xarici qulaqdır. Orta qulaq-içində, səs dalğasını daxili qulağa ötürən sümük mexanizmi xırdaca boşluqdur. Daxili qulaq- səs dalğalarını beyinə gedən impulslara çevirir. Qulaq ağrısı, xarici qulaq keçidindən irinli ifrazat, həmçinin yüksək hərarət-kəskin irinli orta otitin, yəni orta qulağın iltihabının əlamətləridir. Adətən xəstəlik, atıcı(döyüntülü) kimi təzahür oluna bilən ağrıdan başlayır(hələ danışa bilməyən uşaqlar,ağrı qəfil güclənən zaman ağlayır və,azalan zaman sakitləşirlər). Hərarət yüksəlir və 1-3 gündən sonra qulaqdan irin ifraz olunur. Adətən bu zaman xəstənin vəziyyəti yaxşılaşır, hərarət enir, ağrı bir qədər sakitləşir və ya tamamilə yox olur. İrinin axması onun təbil pərdəsini deşib keçməsi ilə bağlıdır. Aparılan müalicənin fonunda pərdədəki yarıq bitişir, eşitmə qabiliyyəti pozulmur. Lakin həmişə belə olmur. Bəzən irin çıxış tapmır ki, bu da infeksiyanın daxilə, kəllə-beyin boşluğuna yayılması ilə nəticələnir. Bu halda, meningit və beyin absessi inkişaf edə bilər. Məhz buna görə otitin ilk əlamətləri yarandıqda, müalicəni vaxtında başlamaq üçün LOR həkiminə müraciət etmək lazımdır. Saqlamlığınızı “Premium Clinic”-in peşakar həkim heyyətinə etibar edin ! “Premium Clinic” - sizlər üçün yarandıq. Tam duzgün diaqnoz və lazım olan müayinələr və mualicə nəticəsində əldə olunan əvəzolunmaz sağlamlıq.

Laboratoriya

"Premium Clinic"-in laboratoriyası müasir tibbin bütün tələblərinə cavab verən Almaniya istehsalı olan tam avtomat qapalı sistem analizatorlarla təchiz olunub. Laboratoriyamızda bütün növ kliniki, pzr, analizlər olunur. Laboratoriya - (lat. laboratorium, laboro - "işləyirəm") müxtəlif xüsusi tədqiqatların (kimyəvi, fiziki, texniki və mexaniki) aparılması üçün müxtəlif cihaz və alətlərlə təchiz olunmuş otaq. Laboratoriyalardan ali məktəblərdə, istehsalat və tədqiqat müəssisələrində istifadə olunur.elmi və ya texniki təcrübələr, tədqiqat aparmaq ücün xüsusi avadanlıqla təchiz olunmuş bina və ya otaq, belə təcrübə, tədqiqat aparılan müəssisə – təcrübə müəssisəsi;yaradıcılıqla məşğul olanların fəaliyyət sahəsi;elmi-tədqiqat müəssisələrində və s. müxtəlif eksperimentlər aparılan şöbə və ya bölmə; xüsusi avadanlıqla təchiz olunur;elmi tədqiqatlar, tədris məşğələləri üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq, yer; həmçinin eksperimental-tədqiqat işi aparan təşkilat;məcazi mənada kiminsə, nəyinsə daxili fəaliyyəti, daxili prosesləri. Bütün nəticələr yüksək həssaslıq və dəqiqliklə ən qısa zamanda pasientlərə təqdim olunur. Bu avadanlıqlar Bioscreen, Roche, Sysmex, Nikon kimi məşhur brendlərə məxsusdur. Laboratoriya xidmətinin başlıca məqsədi həkimi vaxtında, dəqiq ve etibarlı informasiya ilə təyin etməkdir. Məhz bunun nəticəsində müalicə həkimi hər hansı bir patoloji prosesin olması və ya olmaması, xəstəliyin inkişaf mərhələlərində həkimə müraciət edərkən, gizli gedişə malik bir xəstəliklər zamani ilkin müayinə metodudur. Bizdə öz işimizdə çalışırıq ki, bu müayinələri maksimal dərəcədə dəqiq yerinə yetirilsin və qısa müddət ərzində həkimə və pasiyentə çatdırılsın. "Premium Clinic" – də laboratoriya şöbəsində 300-dən artıq geniş spektrli müxtəlif testlər aparılır. Laborator diaqnostika aşağidakı bölümlərdən ibarətdir .KlinikiBiokimyəviKoaqulopatolojiHematolojSerolojiImmunoloji və allerqolojiHormonlar, onkomarkerlər, antitellərMikrobioloji –bakteriolojiInfeksion və zooinfeksion xəstəliklərin imunoferment analizi

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!