Endokrin cərrahiyyə – hormon sintez edən orqanların xəstəliklərinin endokrin cərrahiyyə müalicəsi ilə məşğul olan bir sahədir “Premium Clinic”- da qalxanabənzər vəzinin, qalxanabənzər ətraf vəzilərin, böyrəküstü vəzilərin xəstəliklərinin cərrahi müalicəsi aparılır.
Qalxanabənzər vəz xəstəlikləri, diffuz toksiki ur, düyünlü zob, döş sümüyü arxası zob və s. endokrin cərrahiyyə xəstəliklərin dəqiq və düzgün müalicəsi həyata keçirilir.
Xəstələrin müayinəsi zamanı aşağıdakı laborator və instrumental diaqnostika metodlarından istifadə edilir:
Hormonal və biokimyəvi müayinələr – qanda tireotrop (TSH), total və sərbəst T3, T4 hormonlarının, tireoqlobulin və tireoperoksidazaya qarşı və tireoid mikrosomal antitellərin təyini.
Qalxanabənzər vəzinin ultrasəs müayinəsi və ya doppleroqrafiyası.
Qalxanabənzər vəzin nazik iynə biopsiyası
Tireotoksikoz
Tireotoksikoz – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Endokrin cərrahiyyə bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya qazanmış düyünlər xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Endokrin cərrahiyyə bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.
Tireotoksikozdan əziyyət çəkən xəstələrin əsas şikayətləri aşağıdakılardır:
Endokrin cərrahiyyə xəstənin müayinəsi zamanı sinus taxikardiyası, qulaqcıq səyriməsi, xırda tremor, isti, nəm dəri örtüyü, palmar eritema (əlin ovuc hissəsinin qızarması), onixoliz (dırnaqların zədələnməsi), qaşınma, övrə, diffuz alopesiya (saçların tökülməsi), əzələ zəifliyi əlamətləri aşkar edilə bilər. Həmçinin diffuz toksiki zobdan əziyyət çəkən xəstələr üçün gözün zədələnməsi – oftalmopatiya da xarakterikdir: gözdə quruluq və ağrı hissi, göz almalarının qabarması, hərəkətliliyinin zəifləməsi və s.
Diaqnostika
Tireotoksikozun diaqnostikasında əsas müayinə metodu qanda qalxanabənzər vəzi hormonlarının miqdarının təyin olunmasıdır. Bu zaman qanda TSH-ın (hipofiz tərəfindən sintez olunan tireostimullaşdırıcı hormon) miqdarı kəskin azalır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının miqdarı isə artır. Digər müayinələrin aparılmasında məqsəd isə tireotoksikozun əmələ gəlməsinə səbəb olan amili aşkar etməkdən ibarətdir. Əlavə olaraq digər laborator müayinələr, tireoid vəzinin USM-i, sintoqrafiyası,nazik iynə biopsiyası aparıla bilər.
Operativ müalicə.
Diffuz toksiki zob, çoxlu düyünlü zob zamanı qalxanabənzər vəzinin tam çıxarılması əməliyyatı aparılır. Toksiki adenomalar zamanı vəzinin düyün olan payının yarı hissəsi rezeksiya olunur. Endokrin cərrahiyyə xəstəliyin maliqnizasiyasına şübhə olduqda (bədxassəli şiş) vəzi regionar limfatik düyünlərlə birlikdə xaric edilir. Standart halda əməliyyat adətən 90 dəq. müddətində davam edir. Son illər kosmetik nöqteyi-nəzərdən əməliyyat nahiyəsinin daha az bilinməsi üçün qısa kəsiklərdən istifadə olunur. Əməliyyatdan artıq 1 ay sonra yara yeri demək olar ki, heç bilinmir.
Endokrin cərrahiyyə adətən əməliyyata hazırlıq müddəti 1 neçə saatdan 1 neçə həftəyə qədər davam edə bilər. Bu müddət qalxanabənzər vəzinin funksional vəziyyətindən, xəstənin yaşından və yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Əməliyyata hazırlıq dövründə xəstə daha dəqiq müayinə olunur, qanda hormonların miqdarı təyin olunur, tireoid vəzinin USM-i , boyun nahiyəsinin 3D rekonstruksiyalı maqnit-rezonans tomoqrafiyası aparılır. Endokrin cərrahiyyə bəzi hallarda diaqnozu daha da dəqiqləşdirmək üçün ssintoqrafik müayinə metotundan istifadə edilir. Tireotoksikoz zamanı əməliyyatdan öncə 3–6 həftə müddətində xüsusi medikamentoz terapiya aparılır.
Dəqiq və ətraflı müayinənin aparılması, xəstələrin əməliyyat öncəki hazırlığının yüksək səviyyədə həyata keçirilməsi sayəsində əməliyyatdan sonrakı müddətdə pasiyentlər 1 sutka ərzində stasionarda yatırlar. Bu müddət ərzində xəstə həkim nəzarəti altında olur. Stasionarın bir nəfərlik komfortlu palataları sputnik TV-yə, telefona və süni iqlim sisteminə malikdir. Əməliyyat olunmuş xəstələr 1 il müddətində həkim nəzarətində olub, vaxtaşırı profilaktik müayinələr və müalicələr aparılır. Bütün bunların nəticəsində residiv riski minimuma enir. “Premium Clinic”- nın ən müasir avadanlıqlarla təchiz olunmuş diaqnostik bazası və həkimlərin birgə fəaliyyəti xəstələrin problemlərini vaxtında və kompleks şəkildə həll etməyə imkan verir.
Müayinə üçün həkimə ehtiyacınız var?