whatsapp

Premium Clinic

Doppleroqrafiya

Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks olunan siqnalların tezliyi qan dövranının sürətinə proporsional olaraq dəyişilir.


Doppleroqrafiya qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barədə dəqiq informasiya verir, arterial və venoz sistemdə əmələ gələn patologiyaları aşkar edir. Damarlarda əmələ gələn stenozun dəqiq lokalizasiyasını göstərir. Hamiləlik vaxtı dopplertoqrafiya vasitəsi ilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barədə dəqiq informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında aşkarlamaq üçün doppleroqrafiya əvəzsiz bir metoddur. Yuxu arteriyalarının, vertebral arteriyaların – Ekstrakranial doppler, doppleroqrafiya qarın aortası və onun şaxələri, yuxarı və aşağı ətraf arteriyaları və venaların doppleroqrafiyası


Klinkamızda doppleroqrafiya bir neçə rejimdə həyata keçirilir:

  • Rəngli rejim, yüksək sürətli rəngli və energetik (o cümlədən iki istiqamətli) doppleroqrafiya.
  • Toxuma doppleroqrafiyası rejimi.
  • Fasiləsiz dalğalı doppleroqrafiya rejimi.
  • Dupleks və tripleks variantlı impuls dalğalı doppleroqrafiya rejimi.

Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.


Ultrasəs müayinə üzrə proseduraların siyahısı

  1. Hamiləlikdə ultrasəs müayinə
  2. 3D/4D
  3. Doppler müayinəsi
  4. Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə
  5. Uşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi


“Premium Clinic “ – də aşağıdakı müayinələr aparılır:

  • Yuxu arteriyalarının və vertebral arteriyaların doppler müayinəsi
  • Aşağı və yuxarı ətraf arteriyalarının doppler müayinəsi
  • Aşağı və yuxarı ətraf venalarının doppler müayinəsi
  • Diz oynağının müayinəsi
  • Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)


figure

Əlaqə nömrəsi

+99450 430 05 01

İş saatlarımız

  • Həftəiçi: 09:00 - 18:00
  • Bazar günü: Bağlıdır

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!

The #1 medical tourism platform