whatsapp

Travmatologiya-ortopediya

Ana səhifə/Tibbi bölümlər/Travmatologiya-ortopediya

Travmatologiya-ortopediya

“Premium Clinic”-də hərtərəfli və innovativ səhiyyə xidmətləri göstərən travmatologiya və ortopediya xidmətləri göstərilir. Travmatologiya və Ortopediya şöbəmiz sümük, əzələ və oynaq sistemləri ilə bağlı zədə və xəstəliklərin diaqnostikası və müalicəsi üçün ən müasir texnologiyalardan istifadə edir. Klinikamız pasiyentlərin tez bir zamanda və effektiv şəkildə sağalmasını təmin etmək üçün fərdi müalicə planları təklif edir.

Travmatologiya-Ortopediya xidmətlərimiz bunlardır:

1. Sınıq və burxulma: Sınıqların müalicəsində xəstələrin tez sağalmasını təmin etmək üçün ənənəvi üsullarla yanaşı, minimal invaziv cərrahi üsullar da tətbiq edilir. Həmçinin burxulmaları müalicə etmək üçün də müasir üsullardan istifadə olunur.

2. Ortopedik Cərrahiyyə: Ortopedik cərrahiyyə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və onların hərəkətliliyini bərpa etmək üçün həyata keçirilir.

3. Reabilitasiya Xidmətləri: Klinikamızda travma sonrası fizioterapiya və reabilitasiya xidmətləri ilə pasiyentlərin sağalma prosesləri dəstəklənir. Reabilitasiya xüsusi olaraq pasiyentin zədədən sonra normal fəaliyyətə qayıtmasını sürətləndirmək üçün nəzərdə tutulmuşdur.

4. Xroniki Oynaq Xəstəlikləri: Osteoartrit,osteoartroz, revmatoid artrit kimi xroniki oynaq xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hərtərəfli xidmətlər təklif olunur. Xroniki oynaq xəstəliklərinin idarə edilməsi xəstələrin ağrılarını azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün fərdi müalicə planları ilə həyata keçirilir.

6. Ankilozlaşan spondilit-Bexterev xəstəliyi: Bexterev xəstəliyi çox ağır xroniki irəliləyən, birləşdirici toxumanın sistem xəstəliyidir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələr arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri biri ilə bitişir. Bu da öz növbəsində onurğanın hərəkətliliyini xeyli azalırdır. Ağır formalarda onurğa praktik olaraq hərəkətsiz olur və xəstənin hətta əlilliyinə səbəb olur. Xəstəlik zamanı əsasən oma-büzdüm, fəqərəarası oynaqlar zədələnir. Bəzi xəstələrdə ətraf oynaqlar və daxili orqanlar da prosesə qoşulur. Bu xəstəlik klinikamızda peşəkar həkimlər tərəfindən müalicə olunur.

7. Sakroileit: Sakroileit çanaq oynaqlarında iltihab, ağrı və sərtlik ilə özünü biruzə verir. “Premium Clinic”-də sözügedən xəstəlik də erkən diaqnoz və müalicə ilə idarə olunur.

“Premium Clinic”-in travmatologiya və ortopediya şöbəsində mütəxəssis həkimlər və təcrübəli cərrahlar çalışır. Hər bir pasiyent üçün fərdi müalicə planı yaratmaqla xəstələrin rahatlığı və sağalma prosesi maksimuma çatdırılır.

“Premium Clinic” travmatologiya və ortopediya sahəsində təklif etdiyi yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə pasiyentlərinin etibarını qazanmışdır. Pasiyentlərimizin sağlamlığı və məmnuniyyəti bizim əsas prioritetimizdir. Mütəxəssis komandamız daim təlim alır və hər bir pasiyentə ən yaxşı müalicə və qayğı göstərmək üçün ən son tibbi inkişafları izləyir.

figure

Əlaqə nömrəsi

+99450 430 05 01

İş saatlarımız

  • Həftəiçi: 09:00 - 18:00
  • Bazar günü: Bağlıdır

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!