Dermatoloji
DERMATOLOGİYA - kliniki təbabətin, dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir.
Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – öyrənmək deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.
Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:
Dəri xəstəlikləri çox yayılmışdır.
Kütləvi araşdırmalar dəri xəstəliklərinin daha da çox yayılmasını göstərir. Əhalinin çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən, 10%-dən azı həkimə müraciət edir. Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Bəzi dəri xəstəlikləri isə, əksinə, başqa orqanların zədələnməsi ilə əlaqədar deyil, lakin adi həyat tərzi aparmağa, idmanla məşğul olmağa imkan vermir, ünsiyyət dairəsini məhdudlaşdırır, bəzən də işləmək imkanından məhrum edir.
Dermatoloji xəstələrin şikayətləri
Dəri xəstəliklərini yaradan səbəblər çoxdur.
Bunlar həmdə müxtəlif virus və infeksiyalar, həmçinin daxili orqanların xəstəlikləri ola bilər. Premium klinikasında olan yüksək ixtisaslı həkim- dermatoloqumuz sizin dəri xəstəliklərinizin probleminin həllinə kömək edəcək, zəruri müayinələr və rasional müalicə təyin edəcək. Dəri xəstəliklərinin terapiyasında hər pasientə fərdi yanaşma, anamnezin dəqiq yığılması, əmək və gündəlik həyatın bütün xüsusiyyətlərinin nəzərə alınması, xəstənin psixiki xüsusiyyətləri vacib əhəmiyyət kəsb edir. Bu cür həkim strategiyası optimaldır və təkcə dermatoloji aspektdə diaqnostik alqoritmin qorunmasına deyil, həm də çox vaxt başqa yanaşı gedən xəstəlikləri, latent fazada, yəni xəstəliyin dönməz xarakter aldığı məqamdan çox əvvəl aşkar etməyə imkan verir.
Dermatoloji patologiyanın müalicəsi medikamentoz, yerli, fizioterapevtik, ümumi bərkidici, müasir üsulların aktiv cəlb olunması ilə təyin olunur.
Akne Vulgaris - yeniyetmə civzələri, dəri piy vəzlərinin irinli iltihabı ilə xarakterizasiya olunan, xroniki, tez-tez residivləşən xəstəlikdir.
Akne, orqanizmdə androgenlərin balansının pozulması və nəticə kimi, piy ifrazının çoxalması nəticəsində əmələ gəlir. Dəri piy vəzlərinin axarları dəri piyi ilə qapanır və qara civzələr-komedonlar yaranır. Qapanmış axarlarda qalan piy çürüməyə başlayır və patogen mikroflora üçün əlverişli qida mühiti yaradır, xüsusi ilə kokkvari, korinebakteriyalar, propionbakterialar üçün.
Əksərən xəstəlik 15-18 yaşında əmələ gəlir ki, bu da cinsi yetişkənliklə əlaqədardır, lakin əlverişsiz amillərin təsiri nəticəsində istənilən yaşda yarana bilər. Aknenin yaranmasına irsi meyl, daxili sekresiya vəzlərinin funksiyasının pozulması, həzm sisteminin pozulması, hipovitaminoz, qeyri rasional qidalanma(çoxlu yağlı, karbohidratlı yemək qəbulu) zəmin yaradır. Əsas kliniki əlamətlər-dəridə komedonların, papulo-pustulyoz səpkilərin əmələ gəlməsi. Adətən komedonun ətrafında iltihab prosessi inkişaf edir:komedon qırmızı və ya göyümtül-qırmızı rəgdə konus formasında papulaya çevrilir. Belə papulanın mərkəzində balaca pustula əmələ gələ bilər-onda papulopustulyoz civzələrdən danışırlar. İltihab prosessi müxtəlif dərinliklə xarakterizasiya olunur, bununla bağlı iki cür civzələr ayırırlar: indurativ civzələr-nahamar səthli geniş yayılmış infiltratlar, və fleqmonoz civzələr-iltihab prosessi dərinin dərin qatlarına toxunur, asta və uzun müddətli inkişaf edir. Bəzi hallarda civzələr birləşməyə meylli olur. Xüsusən nekrotik akne seçilir, bu zaman follikulun dərinliyində toxuma hüceyrələrinin nekrozu inkişaf edir. Fərziyyəyə görə onun inkişafı streptokokk təbiətlidir. Çox vaxt 30-50 yaş arası kişilərdə yaranır, alın və gicgah nahiyəsində yerləşir və hemorragik möhtəviyyatlı pustula təşkil edir. Belə civzələr yox olduqdan sonra dəridə çapıqlar qalır. Akne-keloid –civzələrin ayrıca bir növüdür, əsasən 20-40 yaşlı kişilərdə rast gəlinir. Adətən ənsə və boyunun arxa səthində yerləşir. Onların ətrafında dəri kəskin qalınlaşıb,saçlar topalarla bitir. Özlərindən sonra keloid çapıqlar qoyur.
Aknenin müalicəsi
Müalicə kompleks olur. Diaqnostika xəstəliyin kliniki əlamətləri əsasında aparılır və adətən çətinlik təşkil etmir. Diaqnozun təstiqi üçün patohistoloji müayinə tətbiq oluna bilər. Differensial diaqnoz rozaseanın pustulyoz mərhələsi ilə pustulyoz civzəli sifilid ilə aparılır.
Müalicə üçün xəstəyə antibakterial preparatlar, həmçinin,dəri piy vəzlərinin ifrazını idarə edən(roakkutan), antibiotiklər(tetrasiklin), aromatik retinoidlər, antiandrogen preparatlar təyin olunur. Kandidozun qarşısını almaq üçün antibakterial terapiyanı nistatinin qəbulu ilə birləşdirirlər. Ağır hallarda(uzun müddetli gedişdə və ya ağır kliniki əlamətlər zamanı) immunokorreksiya edən(dekaris) və mikrob əleyhinə(metronidazol) vasitələr təyin olunur. Yerli göstərişlər:tərkibində antibiotik, kükürd, rezorsin, salisil turşusu, Vidal südü, differin olan piysizləşdirici və dezinfeksiya edici məhlullarla dərinin təmizlənməsi. Dərman preparatlarından əlavə A,C,E,B qruppu vitaminlər, mikroelementlər təyin olunur. Fizioterapevtik prosedurlar tövsiyyə olunur:Ultrabənövşəyi şüalanma, elektrokoaqulyasiya, elektroforez, krioterapiya. Müalicə kursu 2-3 ay davam edir, sonra 2-3 ay ərzində köməkçi terapiya olur.
Aknenin profilaktikası vaxtı vaxtında yağlı seboreyanın aşkarlanması və müalicəsi, həmçinin dərinin gigiyenik vəziyyətdə saxlanmasıdır. Sağlamlığinizi Premium klinikasının peşakar həkimlərinə etibar edin .
Kosmetoloji
Sizcə, xoşbəxt olmaq üçün nə lazımdır! Doğrudur- yalnız özünə güvənən xoşbəxt olur! Qadın öz gözəlliynə əmin ola bilirsə, ətrafında hər kəsi heyran etməyə qadirdi. Yalnız özünə qüvənən kişi, karyerasında zirvələrə qalxa və şəxsi həyatında uğurlara nail ola bilər.
Amma öz nöqsan və qüsürlarını bildikdə bu güvənliyi necə əldə etmək olar. Biz hal hazırda xasiyyətdən söhbət açmaq isəmirik, lakin xarici görünüşlə bağlı çox şeylər deyə bilərik...
Premium klinikasinda, fikirlərimizdə hələ yalnız ideya şəklində olanda, qərara gəldik ki, həqiqətən də, dəyərli bir şey yaratmaq üçün, prioritetləri müəyyən etməliyik. Çünki bizə gələn insanlar ən vacib, ən qiymətli olan öz gözəlliklərini və sağlamlıqlarını bizə etibar edəcəklər! Ona görədə də, biz dəqiq bilirik ki, bizim üçün ən vacibi nədir:
Sizi “premium clinic” ın lazer epilyasiyası və kosmetologiya mərkəzinə dəvət edirk. Əlbətdə, desək ki, biz birdəfəyə sizi xoşbəx edəcəyik bir az şişirdilmiş olardı, amma öz bədəninizlə hormoniyada olmağda mütləq sizə kömək edəcəyik!
“Premium clinic” yalnız professional avadanlıq və pasiyentlərin sağlamlığı üçün faydalı olan preparatlardan istifadə edir. Burada çoxlu prosedurlar keçirilir. Bu prosedurlar həm müalicəvi həm də kosmetoloji effektlər verir.
Biz müştərilərə üz və bədənə qulluq edən ən təhlükəsiz və effəktiv prosedurlar, dərinin və saçların sağlamlığını bərpa edən müalicələr təklif etməyə hazırıq. Mərkəzimiz müassir avadanlıqlara malik olduğu üçün, bizim mütəxəssislər bədəninizin qurluşunu formaya salmaq, uzunuzu korreksiya etmək, lazer epilasiyası keçirmək imkanındadır
Bundan əlavə biz yenitörəmələrin götürülməsi xidmətini göstəririk (xal, papiloma,ziyil). Bu prosedurlardan sonra sizin dəriniz təmiz, sağlam və iltihabsız olacaq.
Üzün lazerlə cavanlaşdırılmasından sonra, yaşınıza galib gələcəksiz. Öz cavanlığınızı uzada bilərsiz, idi bu doğurdan da yüngül və mümkün işdir! Bir çox xəstə öz təhlükəsizliyinə əmin olmaq üçün sertifik və lisensiya tələb edirlər. Demək istəyirik ki, bu çox düzgün tələbdir. Təkrar sığorta hələ heç kimə zərər verməyib. “Premium clinic ” klinikasında olan bütün aparatlar sənəd və sertifikatlara, mütəxəssisislər isə müxtəlif diplom və lisenziyalara malikdirlər. Biz əminik ki, yalnız sağlam gözəllik əsl gözəllikdir, yalnız bu gözəllik uzun müddətli ola bilər, yalnız belə gözəllik öz sahibkarına (həm kişi, həm qadına) özünə güvənmə və xöşbəxtlik gətirə bilər! Bizim mütəxəssislərin qəbuluna yazılın və bu şansdan mütləq isifadə edin!
Epilyasiya
Candela GentleLase PRO, Kişilər üçün lazer epilyasiyası, Qadınlar üçün lazerepilyasiyası
Aleksandrit lazeri, Fotoepilyasiya, mum epilyasiyasi, Kosmetologiya,
Mezoterapiya, Biorevitalizasiya, Bioarmirovaniye, Kontur plastikası, Mezosaplar
Kimyevi pilinq, Üz massajı, Чистка лица, Cihaz kosmetologiyasi, Elektrokoagulyasiya
Kapilyarlarin mualicəsi, Lazerlə dəri yeniləmə, Capiq, yaniq izlərinin itirilməsi,
Fototerapiya, Mikrocərəyan liftinqi, Döymələrin pozulması, Radiodalga liftinqi
Ultrasəs temizləmə, Lazer biorevitalizasiyası, Magnitlazer terapiyası
Müalicə
Piqmentasiya mualicəsi, Akne mualicəsi, Aknesonrası mualicə, Kuperoz mualicəsi
Лечение гемангиомы, Bədənin korreksiyası, Ultrasəs liposaksiyası (Kavitasiya)
Miostimulyasiya, Vakuum masajı, VelaShape
Müayinə üçün həkimə ehtiyacınız var?