whatsapp

Premium Clinic

Anesteziologiya-reanimatologiya

“Premium Clinic” anesteziologiya və reanimatologiya sahəsində aparıcı səhiyyə müəssisəsidir. Klinikamız cərrahi müdaxilələr zamanı pasiyentləri rahatlığını və təhlükəsizliyini təmin etmək üçün ən son texnologiya və təcrübə ilə təchiz edilmiş mərkəzdir. Anesteziologiya və Reanimatologiya şöbəmiz pasiyentlərin əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonrakı ehtiyaclarını ödəmək üçün hərtərəfli xidmətlər təklif edir.

Anesteziologiya-Reanimatologiya xidmətlərimiz bunlardır:

1. Ümumi Anesteziya: Cərrahi müdaxilələr zamanı xəstələrin tamamilə ağrısız və huşsuz olmasını təmin etmək üçün ümumi anesteziya tətbiq edilir. Böyük cərrahi əməliyyatlar üçün ümumi anesteziyaya üstünlük verilir və xəstələrin əməliyyat boyunca rahat olmasını təmin edir.

2. Regional Anesteziya: Bədənin müəyyən hissələrini keyitmək üçün spinal anesteziya, epidural anesteziya və sinir bloku kimi üsullardan istifadə edilir. Bu növ anesteziya xüsusilə   aşağı ətrafların əməliyyatları və bəzi ortopedik prosedurlar üçün uyğundur.

3. Yerli Anesteziya: Kiçik cərrahi əməliyyatlar və bəzi tibbi prosedurlar zamanı lokal anesteziya yalnız müalicə olunacaq nahiyəni uyuşdurmaq üçün tətbiq edilir. Lokal, yəni yerli anesteziya minimal invaziv müdaxilələr üçün idealdır və pasiyentlərə prosedurdan sonra tez sağalmağa imkan verir.

4. Əməliyyat Sonrası Baxım: Klinikamızda anesteziyadan sonrakı dövrdə xəstələrin ağrısız və rahat olmasını təmin etmək üçün əməliyyatdan sonrakı baxım xidmətləri göstərilir. Anesteziyadan sonrakı baxım bölməmizdə, yəni reanimasiyada xəstələrin həyati funksiyaları daim nəzarətdə saxlanılır və lazım gəldikdə tibbi müdaxilələr edilir.

“Premium Clinic”-in anesteziologiya və reanimatologiya şöbəsində peşəkar anestezioloqlar və reanimatoloqlar çalışır. Hər bir pasoyentə fərdi yanaşılır, onların sağlamlıq vəziyyətinə və cərrahi ehtiyaclarına uyğun anesteziya planları hazırlanır. Klinikamızda istifadə olunan ən müasir avadanlıq və müasir tibbi üsullar sayəsində pasiyentlərimizin təhlükəsizliyi və rahatlığı ən yüksək səviyyədə təmin edilir.

“Premium Clinic”-in mütəxəssis komandası davamlı olaraq təlimlər alır və pasiyentlərə ən yaxşı tibbi xidmət göstərmək üçün ən son tibbi inkişafları izləyir. 

figure

Əlaqə nömrəsi

+99450 430 05 01

İş saatlarımız

  • Həftəiçi: 09:00 - 18:00
  • Bazar günü: Bağlıdır

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!

The #1 medical tourism platform