whatsapp

Premium Clinic

Mama-ginekologiya

“Premium Clinic” digər tibbi sahələr kimi, ginekologiya sahəsində də ixtisaslaşmış, etibarlı və hərtərəfli xidmətlər təklif edən sağlamlıq mərkəzidir. Bizim Ginekologiya  şöbəmiz qadınların həyatının hər mərhələsində sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün müxtəlif xidmətlər təklif edir. Klinikamızda qadınların sağlam həyat sürməsi və sağlam nəsillər yetişdirməsi üçün müasir tibbi texnologiyaları və təcrübəli həkimləri bir araya gətiririlib.

“Premium Clinic”-də sizə təqdim etdiyimiz ginekologiya xidmətlərimiz aşağıdakılardır:

1. Müntəzəm Ginekoloji Müayinələr: Qadınların reproduktiv sağlamlığının qorunması və hər hansı problemin erkən aşkarlanması üçün mütəmadi olaraq ginekoloji müayinələr böyük əhəmiyyət kəsb edir. Klinikamızda Pap smear testi, HPV testi və ultrasəs müayinəsi, kolposkopiya, histerosalpinqoqrafiya (boruların yoxlanması), uşaqlıq boynu eroziyalarınradiodalğa apparatla yandırma (surqitron DF-12.0)  kimi müxtəlif diaqnostik üsullarla ətraflı müayinələr aparılır.

2. Doğuşun Planlaşdırılması və Hamiləliyin Təqibi: Hamiləliyi planlaşdıran qadınlara doğuşa nəzarət və hamiləlikdən əvvəl hazırlıq üzrə məsləhət xidmətləri göstərilir. Hamiləlik dövründə ana və körpələrin sağlamlığını qorumaq üçün mütəmadi olaraq müayinələr, ultrasəs müayinəsi və digər zəruri müayinələr aparılır. Hamiləlik doppkeru müayinəsi yüksək səviyyədə edilir, süd vəzilərin USM-si

 

5. Menopozun idarə edilməsi: Klinikamızda menopoz zamanı qadınların yaşadığı hormonal dəyişikliklər və sağlamlıq problemləri üçün dəstəkləyici müalicə və məsləhət xidmətləri göstərilir. Bu prosesdə qadınların sağlamlığının qorunması və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün fərdi müalicə planları yaradılır.

Yaşla bağlı, doğuş travmaları ilə bağlı sidik qaçırmaları , onların yüksək səviyyədə həlli. TOT əməliyyatlar, vaginoplastika, uşaqlıq yolu sallanmalarının əməliyyatı

 

Həmçinin qeyd edək ki, “Premium Clinic”-də sonsuzluq problemi yaşayan cütlüklər üçün müasir və effektiv müalicə üsulları təklif edilir. 

“Premium Clinic”-in Ginekologiya şöbəsi qadın sağlamlığının bütün aspektlərini əhatə edən xidmətlər təklif edir. Mütəxəssis həkimlər və ən müasir tibbi cihazlarla pasiyentlərimizə ən keyfiyyətli tibbi xidmət göstərməyi hədəfləyirik. Bunun üçün də hər bir qadının sağlam və xoşbəxt həyat sürməsinə dəstək olmaq üçün biz fərdi ehtiyaclara uyğun müalicə və qulluq xidmətləri təklif edirik.

HPV- vaksini (qardasil-9) icra edilir

Bütün növ infeksiya

Yaxmanın mikroskopik müayinəsi, yaxmanın bakterioloji müayinəsi , mikoplazma, ureaplazma parvum, ureaplazma urealiticum PZR müayinəsi, bütün növ hormonal analzilər

figure

Əlaqə nömrəsi

+99450 430 05 01

İş saatlarımız

  • Həftəiçi: 09:00 - 18:00
  • Bazar günü: Bağlıdır

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!

The #1 medical tourism platform