EÇS (Erythrocyte Sedimentation Rate), yəni Eritrositlərin Çökmə Sürəti qırmızı qan hüceyrələrinin (eritrositlərin) bir saat ərzində nə qədər tez çökməsini ölçən qan testidir. Bədəndə iltihab olduqda bu hüceyrələr daha tez dağılır. EÇS testi infeksiyalar, iltihablı xəstəliklər və ya immun sistem pozğunluqları kimi şərtləri müəyyən etməyə kömək edir.
Qrip tənəffüs yollarına təsir edən yoluxucu bir xəstəlikdir. Adətən qəfil başlayan yüksək hərarət, halsızlıq, əzələ ağrıları, quru öskürək və boğaz ağrısı kimi əlamətlərlə özünü göstərir. Qrip virusu yoluxmuş şəxs asqıran, öskürən və ya danışan zaman havaya buraxılan damcılar vasitəsilə ötürülür. Bundan əlavə, virusun olduğu səthlərə toxunduqdan sonra əllərinizi yumadan üzünüzə toxunmaq da qrip virusuna yoluxmağınıza səbəb olur.
Talassemiya orqanizmin kifayət qədər sağlam hemoqlobin istehsal etməməsinə səbəb olan genetik qan xəstəliyidir. Talassemiya daşıyıcıları adətən aşkar simptomlar göstərməsələr də, daha ağır formalarda anemiya, yorğunluq və dalaq böyüməsi kimi simptomlar meydana gələ bilər. Bu, genetik xəstəlik olduğundan ailəsində talassemiya xəstəliyi olan şəxslərin genetik məsləhət alması tövsiyə olunur.
Diareya olaraq da bilinən ishal bağırsaqlar normaldan daha tez-tez və sulu nəcis çıxardıqda baş verən ümumi bir həzm problemidir. Bu duruma səbəb olaraq infeksiyalar, çirklənmiş qida və suyun istifadəsi, gigiyena qaydalarına riayət edilməməsi və ya bəzi dərmanlar qeyd etmək olar. İshal sadə bir problem kimi görünsə də, əslində riskləri olan durumdur. Bu səbəbdən ishal yaradan amilləri aşkar edib buna qarşı mübarizə aparmaq, ishalı qısa müddətdə aradan qaldırmaq lazımdır.
Hemoroid kimi tanınan babasil anus və düz bağırsağın ətrafındakı damarların genişlənməsi və iltihabı nəticəsində yaranan sağlamlıq problemidir. Hemoroidin səbəbləri arasında bir çox səbəblər var. Yazımızın davamında babasilin səbəbləri, babasilin müalicəsi ilə bütün daha ətraflı tanış olacayıq. Lakin daha əvvəldən də qeyd edək ki, babasil müalicə olunmazsa, xroniki hala gələ və gündəlik həyata mənfi təsir edə bilən bir haldır.
Müayinə üçün həkimə ehtiyacınız var?