Hamiləliyin ilk ayında gələcək ananın orqanizmi bu maraqlı səyahətə dair ilk əlamətləri biruzə verməyə başlayır. Bəzi simptomlar hormonal dəyişikliklərlə kifayət qədər aydınlaşsa da, digərləri daha yumşaq hiss edilir.
Hamiləliyin ilk ayında ən çox görülən simptomlardan biri səhərlər baş verən ürək bulanmasıdır. Gələcək anaların 70% -dən çoxu bu dövrdə ürək bulanması yaşayır. Bu ürəkbulanma adətən səhər saatlarında daha şiddətli olsa da, günün müxtəlif vaxtlarında da hiss olunur. Ürək bulanmasının dəqiq səbəbi bilinməsə də, hormonal dalğalanmalar, xüsusilə hCG (insan xorionik gonadotropin) hormonunun artması bu vəziyyətə təkan verir. Bu dövrdə zəiflik və yorğunluq da tez-tez müşahidə olunur. Progesteron hormonunun artması bədənin enerjisinin böyük hissəsinin körpənin inkişafına yönəldilməsinə səbəb olur. Digər ümumi simptomlara aşağıdakılar daxildir:
Hamiləliyin birinci ayı ana ilə körpə arasında güclü bir əlaqənin qurulduğu dövrdür. Bu proses zamanı yaşanan dəyişikliklərdən xəbərdar olmaq və sağlam həyat tərzinə yiyələnmək hamiləliyin sonrakı ayları üçün möhkəm zəmin yaradır. Unutmayın, bu dövrdə yaşanan hər bir simptom yeni bir həyatın başlanğıcını göstərir.
Hamiləliyin ilk ayında körpəniz bir qrup hüceyrədən insan formasına qədər sürətlə inkişaf edir. Gəlin körpənizin ilk ayda həftədən həftəyə yaşadığı dəyişikliklərə nəzər salaq.
Hamiləlik texniki olaraq son menstruasiya dövrünün ilk günündə başlayır. Bununla belə, mayalanma adətən 2-ci həftə ətrafında baş verir. Bu prosesdə yumurta bir sperma ilə döllənir və zigot adlanan tək hüceyrəli bir quruluş meydana gəlir. Ziqot borular vasitəsilə uşaqlığa doğru hərəkət edərkən sürətlə bölünməyə başlayır. Təxminən 5-6 gün ərzində ziqot uşaqlığın divarına yerləşir və ona embrion deyilir.
Hamiləliyin üçüncü həftəsi körpənizin əsas strukturlarının formalaşmağa başladığı kritik bir dövrdür. Sinir borusu daha sonra beyin və onurğa beyninin inkişaf edəcəyi bir quruluş kimi formalaşmağa başlayır. Eyni zamanda plasenta və amnion kisəsi də əmələ gəlir. Bu, körpənizi qidalandıran və qoruyan strukturların əsasını təşkil edir.
Hamiləliyin dördüncü həftəsi bir çox hamilə qadın üçün unudulmaz bir andır. Bu dövrdə embrionun uzunluğu cəmi 2-3 mm olsa da, ürəyi formalaşmağa başlayır və ilk döyüntülərini edir. Ultrasəs cihazında 6 həftədə kiçik bir işıq kimi yanıb-sönən ürək döyüntüləri gələcək analar və atalar üçün bu səyahətin ən emosional anlarından biridir.
Bu ilk ayda körpənizin həyat dəstək sistemləri inkişaf etməyə başlayır və onun həyati orqanlarının təməlləri qoyulur. Buna görə sağlam qidalanma və həkim müayinəsi çox vacibdir. Unutmayın ki, bu müddət ərzində görəcəyiniz hər bir tədbir körpənizin sağlam bir başlanğıc almasına kömək edəcəkdir.
Hamiləliyin ilk ayında həm ana, həm də körpə üçün sağlam qidalanmanın qurulması böyük əhəmiyyət kəsb edir. Bu dövrdə ananın orqanizmi körpənin inkişafı üçün lazım olan əsas qidaları təmin etməyə başlayır. Buna görə də hamiləliyin ilk günlərindən düzgün qidalanma vərdişləri mühüm rol oynayır.
Qidalarla yanaşı olaraq bəzi vitamin və minerallar var ki, hamiləliyin ilk ayında mütləq qəbul edilməlidir. Həmçinin uzaq durulması mühim olan qidalar da var ki, yazımızın bu hissəsində həm faydalı olan qidalardan, həm də zərərli olacaq qidalardan danışacayıq.
Hamiləliyin ilk ayında balanslı və faydalı qidalanmaq vacibdir. Bu müddətdə qidalanmanıza aşağıdakıları daxil etməlisiniz:
Bu qidalarla yanaşı hamiləlik dövründə bəzi vitamin və mineralların qəbulu xüsusilə vacibdir. Bu vitaminlərə fol turşusu, dəmir əlavəsi daxildir.
Fol turşusu. Hamiləliyin ilk ayında fol turşusu beyin və onurğa beyni kimi sinir sistemi strukturlarının inkişafını dəstəkləyir. Fol turşusu çatışmazlığı spina bifida kimi ciddi doğuş qüsurlarına səbəb ola bilər. Bu səbəbdən həkim təyin etdiyi miqdarda və müddətdə fol turşusu əlavəsi qəbul etmək mütləqdir.
Dəmir. İlk ayda dəmir körpənin oksigen daşıyan qırmızı qan hüceyrələrinin meydana gəlməsində mühüm rol oynayır. Həm də ananın artan qan həcmini dəstəkləyir.
Araşdırmaya görə, hamilə qadınların 80%-i birinci trimestrdə vitamin əlavələrindən istifadə edir. Yəni bu, hamiləlik müddətində normal olan bir haldır və həkiminiz hansısa qida əlavəsi və vitamin təyin edərsə, bunları axsatmadan qəbul edin.
Hamiləliyin ilk ayı orqanizmin yeniliyə adaptasiya olmağa başladığı aydır və bu müddətdə bəzi qidalardan qaçınmaq lazımdır. Bu qidalar aşağıdakılardır:
1 aylıq hamiləlikdə su qəbulunu artırmaq lazımdır. Belə ki, gündə ən az 2-3 litr su içmək bədəninizin maye balansını qoruyur. Həmçinin müntəzəm müayinələrdə olmaq və yüngül gəzintilər etmək lazımdır.
Qeyd edək ki, hamiləliyin ilk ayında düzgün qidalanma və sağlam vərdişlər həm ananın, həm də körpənin sağlamlığına müsbət təsir göstərir. Unutmayın ki, bu proses zamanı həkiminizin tövsiyələrinə əməl etmək və balanslaşdırılmış qidalanma yaratmaq hamiləliyinizi daha asan və sağlam edəcək.
Hamiləliyin ilk ayı həm ana, həm də körpənin sağlamlığı üçün kritik bir dövrdür. Bu dövrdə atılan addımlar körpənizin sağlam inkişaf prosesinin əsasını qoyur. Zərərli vərdişlərdən uzaq durmaq, daha əvvəl istifadə edilən dərmanların isttifadəsində həkimdən məsləhət almaq həyati əhəmiyyət kəsb edir.
Hamiləlik dövründə siqaret və spirt kimi zərərli vərdişlər gələcək ananın və körpənin sağlamlığına ciddi təsir göstərə bilər. Siqaret körpənin kifayət qədər oksigen almasına mane olur və az çəki və vaxtından əvvəl doğuş kimi riskləri artırır. Eyni şəkildə, spirt qəbulu körpənin orqanlarının inkişafına təsir göstərərək fetal spirt sindromu kimi ciddi doğuş qüsurlarına səbəb ola bilər.
Hamiləlik dövründə dərman istifadəsi xüsusilə ilk ayda çox həssas bir məsələdir. Körpənin orqanlarının inkişaf etməyə başladığı bu dövrdə bəzi dərmanlar teratogen təsir göstərə bilər (anadangəlmə qüsurlara səbəb olur). Hamiləlik zamanı hətta ağrıkəsicilər və soyuqdəymə dərmanları da həkim nəzarətində qəbul edilməlidir. Yekun olaraq hamiləlik dövründə aşağıdakılarla bağlı diqqətli olmaq lazımdır:
Hamiləliyin ilk ayı qadının yeniliklərə ataptasiya olmağa başladığı bir aydır və bu səbəbdən müxtəlif sualları yaranır. Gəlin 1 aylıq hamiləlikdə tez-tez verilən suallara cavab tapaq.
Hamiləliyin ilk ayında ağır yük qaldırma, həddindən artıq gərgin məşqlər və yüksək riskli idmanlardan uzaq durmalısınız. Bundan əlavə, saunalar və isti vannalar kimi həddindən artıq isti mühitlər düşük riskini artıra bilər. Radiasiyaya məruz qalma kimi halların da qarşısı alınmalıdır.
Körpənizin ürək döyüntüləri adətən hamiləliyin 6-cı həftəsində aydın eşidilməyə başlayır. Lakin ilk ayda da ürək döyüntüsünü az da olsa eşitmək mümkündür. Lakin unutmayın ki, hər hamiləlik fərqlidir.
1 aylıq hamiləlikdə yüngül ləkə implantasiya əlaməti ola bilər. İmplantasiya qanaması tünd rəngi axıntıdır. Lakin davamlı qanaxma varsa, mütləq həkimə müraciət edin.
Hamiləliyin ilk dönəmlərində ürək bulantısı sıx rastlanan bir haldır. Bunun üçün tez-tez və kiçik ölçülü yeməklər yeyərək ürək bulanmasının qarşısını ala bilərsiniz.
Bəli, hamiləliyin ilk aylarında fol turşusu və digər vitamin əlavələri və mineralların qəbulu körpənin inkişafı üçün vacibdir. Lakin unutmayın ki, bunları mütləq həkiminiz təyin etməlidir.
Boru hamiləliyi döllənmiş yumurtanın uşaqlıq boşluğu yerinə fallop borusuna implantasiyası zamanı meydana gələn ektopik hamiləliyin, yəni uşaqlıqdankənar hamiləliyin bir növüdür. Normal hamiləliklərdə döllənmiş yumurta uşaqlıq borusu vasitəsilə uşaqlıq boşluğuna çatır və orada inkişafına davam edir. Amma boru hamiləliyində bu proses uşaqlıq borusunda baş verir. Bu, ciddi problemlərə səbəb ola bilər, çünki uşaqlıq borusu çox dardır və böyüməkdə olan embrion üçün kifayət qədər yer və dəstək təmin etmək üçün uyğun olmayan bir quruluşa malikdir.
Uşaqlıq fiziki, əqli və emosional inkişafın sürətlə inkişaf etdiyi bir dövrdür. Bu proses zamanı ortaya çıxan nevroloji problemlər uşağın həyat keyfiyyətinə ciddi təsir göstərir. Sinir sistemi ilə əlaqəli xəstəliklər və pozğunluqlar beyin, onurğa beyni və sinirlərə müxtəlif təsir göstərir. Nevroloji problemlər doğuşdan yaranır və ya daha sonra ətraf mühit faktorları və ya genetik meyllər səbəbindən inkişaf edir.
Sünnət tarix boyu həm dini, həm də tibbi əhəmiyyət kəsb edən bir əməl olmuşdur. İslam və Yəhudilik kimi dinlərdə daha çox dini bir tələb olaraq yerinə yetirilsə də, sağlamlıq baxımından faydaları səbəbiylə bir çox mədəniyyətdə də tətbiq edilir. Sünnət oğlan uşaqlarında doğuşdan qısa müddət sonra və ya sonrakı yaşlarda cinsiyyət orqanının ucundakı dəri (prepus) təbəqəsinin cərrahi yolla çıxarılması prosesidir. Tibbi baxımdan sünnət sidik yolları infeksiyalarının qarşısının alınması, gigiyena qaydalarına riayət edilməsi və bəzi cinsi yolla keçən xəstəliklərin riskinin azaldılması kimi faydalara malikdir. Dini və mədəni bir mərasim kimi sünnət fərdi və ailə üçün mühüm sosial mərhələdir.
Müayinə üçün həkimə ehtiyacınız var?