Menopauza qadının həyatının təbii dövrüdür və orqanizmin hormonal və fizioloji balansında əhəmiyyətli dəyişikliklərə səbəb olur. Estrogen səviyyəsi azaldıqca maddələr mübadiləsi zə, kilo alma riski artır və sümük sıxlığı azalır. Bu proses zamanı qidalanma həyat keyfiyyətinin yaxşılaşdırılmasında və menopauza əlamətlərinin idarə olunmasında mühüm rol oynayır. Düzgün qidalanma planı bədənin ehtiyac duyduğu qidaları təmin edərək həm fiziki, həm də ruhi sağlamlığa müsbət təsirlər yaradır. Bu yazıda menopauza zamanı sağlam qidalanmanın önəmini ətraflı müzakirə edəcəyik.
Qeyd etdiyimiz kimi, menopauza qadınların menstrual dövrünün bitdiyi və adətən 45-55 yaşları arasında baş verdiyi prosesdir. Bu dövrdə estrogen və progesteron hormonlarının ifrazı azalır. Hormonal dəyişikliklər aşağıdakı təsirlərə səbəb olur:
Metabolizmanın yavaşlaması: Metabolizmanın yavaşmalasına bağlı olaraq kalori yandırma qabiliyyəti azalır və bu da çəki artımına səbəb olur.
Sümük sıxlığının azalması: Menopauza zamanı qadınlarda osteoporoz riski artır və bu halda sümüklər daha kövrək olur.
Ürək-damar sağlamlığına təsirləri: Estrogenin azalması pis xolesterinin (LDL) səviyyəsinin artmasına səbəb ola bilər.
Hormonal balansı qorumaq və bu təsirləri minimuma endirmək üçün uyğun qidalanma vərdişlərinə yiyələnmək olduqca vacibdir.
Qadınların həyatında önəmli olan bu dövrdə qidalanma önəmli əhəmiyyət kəsb edir. Belə ki, menopauza zamanı bədəndə baş verən hormonal dəyişikliklərə görə qidalanmaya diqqət etmək bu dövrün daha sağlam, daha dinc keçməsində rol oynayır. Menopauza zamanı qidalanmada aşağıdakılar yer almalıdır:
Kalsium və D vitamini. Kalsium və D vitamini qəbulu sümük sağlamlığını qorumaq üçün vacibdir. Bu iki qida maddəsi sümük sıxlığını artırır və osteoporoz riskini azaldır. Süd, qatıq, pendir, badam, brokoli və ispanaq kimi qidalar kalsiumla zəngindir. Gündəlik 1200-1500 mq kalsium qəbul etmək tövsiyə olunur. Hər kəsə məlumdur ki, günəş D vitamini mənbəyidir, lakin onu qidadan da əldə etmək olar. Balıq, yumurta sarısı və D vitamini ilə zənginləşdirilmiş süd yaxşı mənbələrdir. D vitamini çatışmazlığı varsa, həkim nəzarəti altında əlavələr qəbul etmək lazım ola bilər.
Keyfiyyətli Zülallar. Zülallar əzələ kütləsini saxlamaq və maddələr mübadiləsini dəstəkləmək üçün vacibdir. Menopauza zamanı əzələ itkisi çox olduğu üçün protein qəbulu artırılmalıdır. Burada sözügedən həm heyvan mənşəli zülallar, həm də bitki mənzəli zülallardır. Heyvan mənşəli zülallara toyuq, balıq, qırmızı ət, yumurta daxildir. Tərəvəz mənşəli zülallara isə mərci, noxud, lobya və soya məhsulları daxildir. Hər yeməkdə kifayət qədər protein qəbulu əzələ itkisinin qarşısını alır və insana toxluq hissi verir.
Omeqa-3 yağ turşuları və sağlam yağlar. Omeqa-3 yağ turşuları iltihabı azaldır, ürək sağlamlığını dəstəkləyir və əhval-ruhiyyəni yaxşılaşdırır. Omeqa-3 mənbələrinə qızılbalıq, skumbriya, sardina, qoz və kətan toxumu, sağlam yağ mənbələrinə isə zeytun yağı, avokado, fındıq və badam yağları daxildir. Bu yağların müntəzəm istifadəsi xolesterol səviyyələrini tarazlaşdırmağa və dəri sağlamlığını qorumağa kömək edir.
Tərkibində fitoestrogen olan qidalar. Fitoestrogenlər bitki estrogenləridir və menopauzanın simptomlarını yüngülləşdirməyə kömək edir. Fitoestrogenlərin təbii mənbələrinə soya məhsulları (soya südü, tofu, miso şorbası), kətan toxumu, küncüt və taxıllar daxildir. Bu qidalar menopauzanın ən çox baş verən simptomlarından isti basmalarını və gecə tərləmələrini azaltmaqda xüsusilə təsirlidirlər.
Lifli Qidalar. Lifli qidalar həzm sisteminə müsbət təsir göstərir və menopauza zamanı çəkiyə nəzarət etməyə kömək edir. Lifli qidalar toxluq hissi verir, qan şəkərini balanslaşdırır. Qeyd edək ki, gündəlik lif qəbulunun artırılması menopauza zamanı bağırsaq nizamının qorunmasına kömək edir.
Menopauza zamanı faydalı olan qidalar kimi zərərli qidalar da var. Daha əvvəldə qeyd etdiyimiz qidalar menopauzanın simptomlarını yüngülləşdirirdisə, indi qeyd edəcəyimiz qidalar tam əksinə, bu dövrün daha da ağır keçməsinə səbəb olur. Sözügedən qidalar aşağıdakılardır:
Şəkər və Rafinə olunmuş karbohidrat. Rafinə olunmuş şəkər və ağ un kimi işlənmiş qidalar qan şəkərində qəfil dalğalanmalara səbəb olur. Bu isə hormonların dəyişdiyi menopuaza dövründə simptomların daha da şiddətlənməsinə gətirib çıxara bilər. Belə qidalardan uzaq durmağın üstünlükləri bunlardır:
Şirniyyat yemək istəyəndə isə meyvə və ya tünd şokolad sağlam alternativ ola bilər.
Duz. Menopauza zamanı həddindən artıq duz qəbulu yüksək təzyiq riskini artıra və sümük sağlamlığına mənfi təsir göstərə bilər. Gündəlik duz qəbulu 5 qr-dan çox olmamalıdır. Yeməklərdə duz yerinə müxtəlif ədviyyatlardan istifadə etməklə ləzzəti artırmaq olar. Qeyd edək ki, qidalanmada duzun azaldılması ümumi sağlamlığa müsbət təsir göstərir.
Alkoqol və Kofein. Bəzi qadınlarda alkoqol və kofein menopauza əlamətlərini ağırlaşdırır. Xüsusilə isti basmaları və yuxu problemi yaşayan qadınlar bu mövzuda diqqətli olmalıdırlar. Qəhvə və çay yerinə bitki çaylarına üstünlük vermək olar. Spirt və kofeinin azaldılması yuxu rejimini yaxşılaşdırmağa və sinir sistemini rahatlamağa kömək edir.
Menopauza zamanı hormonal dalğalanmalar orqanizmin su balansına təsir edir. Bu dönəmdə kifayət qədər su qəbulu həm ümumi sağlamlığın qorunmasında, həm də menopauza əlamətlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Yetərsiz su qəbulu aşağıdakı problemlərə səbəb ola bilər:
Dəridə quruluğun yaranması və elastikliyin itirilməsi. Menopauza zamanı estrogen səviyyəsinin düşməsi dərinin qurumasına və elastikliyini itirməsinə səbəb ola bilər. Su qəbulu dərinin nəm balansını qoruyaraq daha sağlam və gənc görünüşünü qorumağa kömək edir.
Maddələr mübadiləsinin yavaşlaması: Su metabolik proseslərin nizamlı işləməsi üçün lazımdır. Kifayət qədər miqdarda su içmək maddələr mübadiləsini sürətləndirərək çəki nəzarətinə kömək edir.
Sözügedən dönəm ani istilik basmaları ilə xarakterizə olunur və bu hal bədəndə maye balansının pozulması ilə daha da ağırlaşa bilir. Məhz bu səbəbdən də su qəbulunu düzgün tənzimləməyin bir sıra üstünlükləri də var:
Bədən istiliyi tarazlaşır: Su bədəndən artıq istiliyi çıxararaq isti basmalarının şiddətini və tezliyini azaldır.
Tərləmə nəticəsində itirilən maye bərpa edilir: İsti basmaları zamanı itirilən mayenin əvəz edilməsi yorğunluq və susuzluğun qarşısını alır. Su ehtiyacınızı qarşılayarkən adi su ilə yanaşı, təbii mineral su, şəkərsiz bitki çayları və yüksək su tərkibli meyvə-tərəvəz (məsələn, xiyar, qarpız) kimi alternativlərdən də faydalana bilərsiniz.
Bu dövr üçün yemək vərdişlərini uyğun şəkildə tənzimləmək simptomları aradan qaldırmağa və ümumi sağlamlığı qorumağa kömək edir. Aralıq dənizi pəhrizi və bitki əsaslı pəhrizlər menopauza əlamətlərini idarə etmək üçün effektivdir.
Aralıq dənizi pəhrizi bol tərəvəz, meyvə, tam taxıl, zeytun yağı, balıq və qoz-fındıq ehtiva edən bir qidalanma modelidir. Bu pəhriz menopauzda olan qadınlar üçün bir çox fayda təmin edir:
Ürək Sağlamlığını Qoruyur: Estrogen səviyyələrinin azalması menopauza zamanı ürək xəstəlikləri riskini artırır. Aralıq dənizi pəhrizi tərkibindəki sağlam yağlar və omeqa-3 yağ turşuları ilə bu riski azaldır.
Sümük Sağlamlığını Dəstəkləyir: Zeytun yağı və yaşıl yarpaqlı tərəvəzlər kalsiumun udulmasını artıraraq osteoporoz riskini azaldır.
İltihabı azaldır: Pəhrizin zəngin antioksidant tərkibi orqanizmdə iltihabı azaldır və ümumi sağlamlığa müsbət təsirlər yaradır.
Aralıq dənizi pəhrizi həzm sisteminə də müsbət təsir göstərir və çəki nəzarətini dəstəkləyir. Bu pəhrizin yüksək lif tərkibi toxluq hissini artırır və maddələr mübadiləsini tənzimləyir.
Bitki əsaslı pəhrizlər tərəvəz, meyvə, paxlalılar, taxıl və qoz-fındıq tərkibli olur. Bu pəhriz də aşağıdakı faydalarına görə seçilən pəhrizlərdəndir:
Fitoestrogen mənbələri ehtiva edir: Bitki mənşəli pəhrizlərdə tez-tez rast gəlinən soya məhsulları və kətan toxumu kimi qidalar estrogenə bənzər birləşmələri ehtiva edir. Bu birləşmələr istilik basmaları və gecə tərləmələri kimi simptomları aradan qaldırmağa kömək edir.
Hormonal Balansı Dəstəkləyir: Bitki əsaslı pəhrizlər qan şəkəri və insulin səviyyələrini tarazlayır, bu da hormon balansına müsbət təsir göstərir.
Xərçəng riskini azaldır: Tərkibindəki yüksək antioksidant sayəsində hüceyrə yenilənməsini dəstəkləyir və postmenopozal dövrdə artan bəzi xərçəng növləri riskini azaldır.
Aralıq dənizi pəhrizi və bitki mənşəli pəhrizlər menopauza zamanı sağlam həyat tərzi keçirmək istəyən qadınlar üçün güclü zəmin yaradır. Bu pəhriz nümunələri sağlam yağlar, lif və antioksidantlarla doludur, simptomların idarə olunmasında və ümumi sağlamlıqda əhəmiyyətli faydalar təmin edir.
Hamiləlikdə ağ axıntı bir çox qadında görülən ümumi və normal bir vəziyyətdir. Bu axıntı tibbdə "leykoreya" adlanır və hamiləlik zamanı baş verən hormonal dəyişikliklər səbəbindən bəzən artır. Xüsusilə, artan estrogen səviyyələri vaginal divarlarda qan axınını artırır və ağ axıntıya səbəb olur. Bu axıntı bədənin infeksiyalara qarşı qoruyucu mexanizmi rolunu oynayır və vaginal bölgəni təmiz saxlamağa kömək edir. Ancaq pis qoxu, qaşınma və ya rəngin dəyişməsi kimi əlamətlərlə müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.
Hemoroid kimi tanınan babasil anus və düz bağırsağın ətrafındakı damarların genişlənməsi və iltihabı nəticəsində yaranan sağlamlıq problemidir. Hemoroidin səbəbləri arasında bir çox səbəblər var. Yazımızın davamında babasilin səbəbləri, babasilin müalicəsi ilə bütün daha ətraflı tanış olacayıq. Lakin daha əvvəldən də qeyd edək ki, babasil müalicə olunmazsa, xroniki hala gələ və gündəlik həyata mənfi təsir edə bilən bir haldır.
Böyrəklərdə duz kristalları adətən sidikdə mineralların həddindən artıq yığılması və kifayət qədər su istehlakı nəticəsində əmələ gəlir. Bu kristallar böyrəklərdə sərtləşərək daşa çevrilə bilər. Duz kristallarının əmələ gəlməsinin əsas amilləri arasında kifayət qədər su içməmək, həddindən artıq duzlu və ya zülalla zəngin qidalardan istifadə, genetik meyl və sidiyin turşu balansının pozulması daxildir. Böyrəklərdə duz kristallarının yığılması sidik yollarının infeksiyalarına, şiddətli bel ağrılarına və sidikdə qana səbəb ola bilər. Erkən diaqnoz və düzgün müalicə ilə bu vəziyyətin qarşısını almaq mümkündür.
Talassemiya orqanizmin kifayət qədər sağlam hemoqlobin istehsal etməməsinə səbəb olan genetik qan xəstəliyidir. Talassemiya daşıyıcıları adətən aşkar simptomlar göstərməsələr də, daha ağır formalarda anemiya, yorğunluq və dalaq böyüməsi kimi simptomlar meydana gələ bilər. Bu, genetik xəstəlik olduğundan ailəsində talassemiya xəstəliyi olan şəxslərin genetik məsləhət alması tövsiyə olunur.
Müayinə üçün həkimə ehtiyacınız var?