Hamiləliyin bu dövrü xüsisi diqqət tələb edən bir dövrdür və bu səbəbdən yazımızda 2 aylıq hamiləlikdə baş verən dəyişikliklər, qidalanma vərdişləri və bu kimi mövzulardan ətraflı danışıcayıq.
Hamiləliyin ikinci ayında hormonal, fiziki və emosional dəyişikliklər özünü göstərir. Bu dəyişikliklər həm anada, həm də körpədə müxtəlif olur. Gəlin, bu dəyişikliklərlə tanış olaq.
Hamiləliyin bu dövründə anada aşağıdakı dəyişikliklər baş verir:
Hormonal Dəyişikliklər. Hamiləliyin ikinci ayında baş verən dəyişikliklərin əksəriyyəti hormonal dalğalanmalardan qaynaqlanır. Bu dövrdə estrogen, progesteron və insan xorionik gonadotropin (hCG) hormonları sürətlə yüksəlir. Bu hormonlar sağlam bir hamiləliyi təmin etsə də, bəzi yan təsirlərə də səbəb ola bilər.
Yorğunluq. Progesteron səviyyəsinin artması bədəndə yorğunluq hissi yaradır. Bu hormon əzələləri rahatlaşdırır, enerjinin azalmasına səbəb olur. Bundan əlavə, körpənin inkişafı üçün artan enerji ehtiyacı gələcək ananın daha çox yorğun olmasına səbəb olur.
Bulantı və qusma. Hamiləliyin ən çox görülən əlamətlərindən biri olan ürəkbulanma adətən ikinci ayda daha sıx hiss olunur. Xüsusilə səhər saatlarında meydana gələn bu vəziyyət bəzi hamilələrdə gün boyu davam edir.
Döş həssaslığı. İkinci ayda döşlərdə böyümə, dolğunluq və həssaslıq tez-tez olur. Bu, bədənin ana südü ilə qidalanma prosesinə hazırlaşmasının nəticəsidir.
Emosional dalğalanmalar. Hamiləliyin hormonal təsiri də gələcək ananın emosional vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hormonal dəyişikliklər hamilə qadında ani əhval dəyişikliyinə səbəb ola bilər. Bu halda sevinc, qorxu, narahatlıq və həssaslıq kimi duyğular arasında sürətli keçidlər baş verir. Həmçinin hamilədə proseslə bağlı narahatlıqlar arta bilər. Bu, ilk hamiləliyi olan qadınlarda xüsusilə daha çox baş verir. Eyni zamanda, bu dövrdə gələcək analar körpələrinə daha güclü bağlılıq hiss etməyə başlayırlar. Bu hiss analıq prosesinin təbii bir hissəsidir.
Hamiləliyin ikinci ayı körpənin inkişafında sürətli və kritik dəyişikliklər dövrüdür. Bu dövrdə embrionun ölçüsü sürətlə böyüyərkən, orqan və sistemlərin əsas strukturları formalaşmağa başlayır. Ürək döyüntülərinin eşidilməsi və mərkəzi sinir sisteminin inkişafı bu ayın ən mühüm hadisələrindəndir. Hamiləliyin bu dövründə körpədə aşağıdakı dəyişikliklər baş verir:
Embrionun fiziki inkişafı. İkinci ayda embrion sürətlə inkişaf edir və ölçüdə əhəmiyyətli artım müşahidə olunur. Hamiləliyin əvvəlində düyü dənəsi böyüklüyündə olan embrion ikinci ayın sonunda təxminən 2-3 sm uzunluğa çatır. Embrion indi "döl" adlanır. Bu dövrdə körpənin üz cizgiləri formalaşmağa başlayır. Gözlər, qulaqlar, burun dəlikləri və çənə kimi strukturlar aydınlaşır. Bundan əlavə, qollar və ayaqlar inkişaf edir və hətta barmaq qönçələri görünür.
Ürək döyüntüsünün başlanğıcı. İkinci ayda ən maraqlı hadisələrdən biri də körpənin ürəyinin döyünməyə başlamasıdır. Ürək bu ayın əvvəlində iki kameralı bir quruluşa malikdir və ultrasəs zamanı döyünən ürək kimi görünə bilər. Ayın sonunda ürək dörd kameralı quruluşunu formalaşdırmağa başlayır. Bu dövrdə körpə öz qanını pompalamağa başlayır. Qan dövranı orqanların inkişafında və qidalanmasında mühüm rol oynayır. Ürək döyüntüsü adətən dəqiqədə 100-150 vuruş arasında dəyişir və ultrasəsdə asanlıqla aşkar edilir.
Körpənin orqan formalaşması. İkinci ay körpənin orqan sistemlərinin əsas strukturlarının formalaşdığı bir dövrdür. Bu proses "orqanogenez" adlanır və bu dövrdə beyin, onurğa beyni və digər orqanların inkişafı başlayır. Bu dövrdə mərkəzi sinir sistemi sürətlə inkişaf edir. Beyin üç əsas bölgəyə (ön beyin, orta beyin, arxa beyin) bölünməyə başlayır və sinir hüceyrələri sürətlə çoxalır. Onurğa beyni sinir siqnallarını daşımaq üçün inkişafını davam etdirir və bu prosesdə sinir borusunun tam bağlanmasına nail olur. Həmçinin həzm sistemi ağız və yemək borusunun əmələ gəlməsi ilə başlayır. Qaraciyər və mədəaltı vəzi kimi mühüm orqanlar da bu dövrdə inkişaf etməyə başlayır. Tənəffüs sistemi ilk addımlarını nəfəs borusu və bronxların əmələ gəlməsi ilə atır. Bu dövrdə əzələ toxumaları və sümük strukturları da formalaşmağa başlayır. Sümüklər hələ tam bərkiməsə də, körpənin əsas skelet quruluşu formalaşma mərhələsindədir.
Digər inkişaflar. Dəri təbəqəsi nazik və şəffaf olsa da, bu dövrdə inkişaf etməyə başlayır. Dırnaqların ilk əlamətləri də bu dövrdə görünür. Bu dövrdə körpənin cinsi orqanları inkişaf etməyə başlasa da, adətən bu ayın sonunda belə ultrasəs müayinəsində cinsi müəyyən etmək mümkün olmur.
Hamilə qadının bu müddət ərzində həkim müayinələrini laqeyd etməmələri, körpənin sağlam inkişafı üçün fol turşusu və digər zəruri vitaminlər qəbul etmələri çox vacibdir. Bu sürətli dəyişiklik və böyümə dövrü gələcək analar üçün maraqlı, lakin vacib bir prosesdir.
Hamiləliyin 2-ci ayında adekvat və balanslaşdırılmış qidalanma hamilənin ehtiyaclarını ödəməklə yanaşı, körpənin orqan və toxumalarının inkişafına da birbaşa təsir göstərir. Bu dövrdə gələcək ananın qidalanması protein, karbohidratlar, sağlam yağlar, vitaminlər və minerallar baxımından balanslaşdırılmış olmalıdır. Belə ki, yumurta, balıq, toyuq, ət və paxlalılar kimi zülal qaynaqları körpənin hüceyrə və toxuma inkişafı üçün lazımdır. Həmçinin bütün taxıllar, tərəvəzlər və meyvələr həzmi dəstəkləyir və qəbizlik kimi ümumi hamiləlik problemlərinin qarşısını alır. Tərkibində omeqa-3 yağ turşuları olan balıq, qoz və kətan toxumu da körpənin beyin və göz inkişafını dəstəkləyir.
Yuxarıda sadalanan qidalarla yanaşı fol turşusunun və digər vitaminlərin əhəmiyyətini də vurğulamaq lazımdır. Fol turşusu hamiləliyin ikinci ayında ən vacib vitaminlərdən biridir. Bu vitamin körpənin sinir sisteminin inkişafı və sinir borusu qüsurlarının qarşısının alınması üçün çox vacibdir. Yaşıl yarpaqlı tərəvəzlər, portağal və bütün taxıllar fol turşusu ilə zəngindir. Fol turşusu ilə yanaşı dəmir, kalsium da qəbul edilməlidir.
Hamilələr bu dönəmdə maye qəbulunu da axsatmamalıdır. Belə ki, gündə ən az 8-10 stəkan su içmək orqanizmi nəmləndirir və körpənin amniotik mayesini dəstəkləyir. Bundan əlavə, su ürəkbulanmanı azalda və toksinlərin bədəndən çıxmasına kömək olur.
Hamiləliyin ikinci ayında zərərli vərdişlərdən və ekoloji risk faktorlarından uzaq durmaq böyük əhəmiyyət kəsb edir. Hamiləliyin bu mərhələsində hamilələrin aşağıda qeyd edilənlərdən uzaq durmasında fayda vardır:
Tütün məmulatları. Siqaret çəkmək, ümumiyyətlə tütün qəbul etmək körpənin oksigen qəbulunu azaldır və bu, düşük, vaxtından əvvəl doğuş və aşağı çəki kimi ciddi risklərə səbəb olur. Bundan əlavə, hətta siqaret tüstüsünə məruz qalma körpənin sağlamlığına mənfi təsir göstərə bilər.
Alkoqol. Hamiləlik dövründə spirt qəbulu dölün inkişafına ciddi təsir göstərir və fetal spirt sindromuna səbəb ola bilər. Bu sindrom körpənin fiziki və zehni inkişafında qalıcı problemlər yarada bilər.
Kofein. Yüksək miqdarda kofein qəbulu düşük riskini artıra bilər. Hamilələrin kofein qəbulunu gündə 200 mq (bir fincan qəhvə) ilə məhdudlaşdırması tövsiyə olunur.
Güclü məşq. Ağır yük qaldırma, yüksək templi məşqlər və ya qəfil hərəkətlər tələb edən fəaliyyətlərdən çəkinmək lazımdır. Bu cür fəaliyyətlər körpənin bətnindəki vəziyyətinə təsir edə bilər və ya ananın sağlamlığını riskə ata bilər.
Stres. Yüksək stres hamilədə hormonal balanssızlığa səbəb ola bilər ki, bu da körpənin sağlamlığına mənfi təsir göstərə bilər. Stresin idarə edilməsi üçün rahatlama texnikaları və adekvat istirahət vacibdir.
Kimyəvi maddələr. Təmizləyici məhsullar, pestisidlər, boyalar və ya ağır metallar olan materiallar kimi kimyəvi maddələrdən qaçınmaq lazımdır. Bu maddələr körpənin orqan inkişafına mənfi təsir göstərə bilər.
Ətraf mühit faktorları. Havanın çirklənməsi, həddindən artıq səs-küy və ya radiasiya kimi ekoloji risk faktorlarından qaçınmaq tövsiyə olunur. Bundan əlavə, həddindən artıq isti mühitlər və ya saunalar kimi vəziyyətlər də körpənin sağlamlığı üçün təhlükə yarada bilər.
Hamilələr bu proses zamanı həkimin tövsiyələrinə əməl etməli və sağlam hamiləlik üçün lazımi tədbirlər görməlidirlər. Bu diqqətli yanaşma körpənin sağlam inkişafı üçün ideal bir mühit təmin edəcəkdir.
Hamiləliyin 2-ci ayı ilə bağlı tez-tez verilən suallar var. Bu sualları və sualların cavablarını təqdim edirik.
Hamiləliyin ikinci ayında səhər bulantıları, yorğunluq, döşlərdə həssaslıq və tez-tez sidiyə getmə normal simptomlardır. Hormonal dəyişikliklər nəticəsində yaranan bu əlamətlər adətən hamiləliyin son aylarında azalır.
Hamiləliyin ikinci ayının sonunda körpənin uzunluğu təxminən 2-3 sm-ə çatır. Bu dövrdə körpə hələ embrion mərhələsindədir, lakin onun əsas orqanları sürətlə inkişaf etməyə başlayır.
Bəli, körpənin ürək döyüntüsü adətən ikinci ayda ultrasəsdə eşidilə bilər. Ürək bu dövrdə işləməyə başlayır və körpənin orqanlarına qan vurmağa başlayır.
Hamiləliyin 2-ci ayda gündə 400 mkq fol turşusu qəbul etmək məsləhət görülür. Fol turşusu körpənin sinir borusu inkişafı üçün vacibdir və sinir borusu qüsurlarının qarşısını alır. Lakin bu rəqəm hər hamilə üçün fərqli ola bilər.
Bəli, yüngül məşqlər etmək olar. Gəzinti, yoqa və nəfəs məşqləri kimi yüngül fəaliyyətlər gələcək ananın sağlamlığını dəstəkləyir. Bununla belə, intensiv məşqlərdən qaçınmaq lazımdır.
Kiçik porsiyalarla tez-tez yemək, zəncəfil çayı içmək, yağlı və ya ədviyyatlı qidalardan uzaq durmaq ürəkbulanmanı aradan qaldıra bilər. Həkimin tövsiyəsi ilə ürəkbulanma əleyhinə dərmanlardan istifadə etmək olar.
Xeyr, hamiləlik dövründə spirt qəbulundan tamamilə çəkinmək lazımdır. Alkoqol körpənin inkişafına mənfi təsir göstərir və fetal spirt sindromu kimi ciddi problemlərə səbəb olur.
Mərkəzi sinir sistemi (MSS) bədənin əsas idarəetmə və ünsiyyət mərkəzidir. İnsan bədəninin bütün funksiyalarını tənzimləyən bu sistem beyin və onurğa beynindən ibarətdir. Beyin düşüncə, yaddaş, duyğu, hisslər və şüur kimi mürəkkəb funksiyaları idarə edərkən onurğa beyni məlumatı bədəndən beyinə və beyindən bədənə daşıyan bir siqnal şəbəkəsi kimi fəaliyyət göstərir. Mərkəzi sinir sistemi orqanizmin ətraf mühitin qıcıqlandırıcılarına uyğun reaksiya verməsini təmin etmək üçün periferik sinir sistemi ilə birlikdə işləyir.
Hamiləlikdə hematoma hamiləlik dövründə uterusda qan yığılmasına aiddir və adətən ilk trimestrdə müşahidə olunur. Bu vəziyyət plasenta ilə uşaqlıq divarı arasındakı əlaqənin zəifləməsi və ya zədələnməsi nəticəsində baş verir. Hamiləliklərin təxminən 20%-də rast gəlinən hematoma adətən vaginal qanaxma, qarın ağrısı kimi əlamətlərlə özünü göstərir.
Uşaqlıq fiziki, əqli və emosional inkişafın sürətlə inkişaf etdiyi bir dövrdür. Bu proses zamanı ortaya çıxan nevroloji problemlər uşağın həyat keyfiyyətinə ciddi təsir göstərir. Sinir sistemi ilə əlaqəli xəstəliklər və pozğunluqlar beyin, onurğa beyni və sinirlərə müxtəlif təsir göstərir. Nevroloji problemlər doğuşdan yaranır və ya daha sonra ətraf mühit faktorları və ya genetik meyllər səbəbindən inkişaf edir.
Körpənin cinsi mayalanma zamanı genetik olaraq müəyyən edilir. Sperma hüceyrəsi tərəfindən daşınan X və ya Y xromosomu embrionun oğlan və ya qız olacağını müəyyən edir. Ancaq bu genetik məlumat hamiləliyin erkən mərhələlərində xaricdən müşahidə olunmur. Körpənin cinsini öyrənmək üçün adətən hamiləliyin müəyyən həftəsini gözləmək lazımdır.
Müayinə üçün həkimə ehtiyacınız var?