Tibbi termini hepatomeqaliya olan qaraciyər böyüməsi qaraciyərə təsir edən hepatit və serroz, anadangəlmə ürək xəstəliyi və metabolik pozğunluqlar nəticəsində qaraciyərin böyüməsi və normal ölçüsünü aşmasıdır. Qaraciyərin böyüməsi səbəbiylə meydana gələ biləcək əlamətlər yorğunluq hissi, qarnın sağ tərəfində epigastralda olan ağrılar, ürəkbulanma, iştahasızlıq, sarılıq, sidik rənginin tünd olması, solğun nəcis, qaşınma, əzələ ağrıları və qaraciyər və dalağın böyüməsidir.
Qaraciyər böyüməsi qaraciyərin normal ölçüsündən kənara çıxdığı bir vəziyyətdir. Bu vəziyyət qaraciyər və ya digər xəstəliklərlə əlaqəli ola bilir. Qaraciyərin böyüməsi öz başına bir xəstəlik deyil. Bu, əsas sağlamlıq probleminin əlaməti olaraq baş verir. Qaraciyər böyüməsinin səbəbləri aşağıdakılardır:
Qaraciyər xəstəlikləri. Qaraciyərin böyüməsinin ən çox görülən səbəbləri qaraciyərin özü ilə bağlı problemlərdir. Qaraciyər problemləri bunlardır:
İnfeksiyalar. Bəzi infeksiyalar qaraciyərin şişməsinə səbəb ola bilər. Bu infeksiyalara misal olaraq mononükleoz, tif, malyariya və brusellyozu qeyd etmək olar.
Metabolik və Sistemli Xəstəliklər. Bəzi metabolik xəstəliklər qaraciyərin böyüməsinə səbəb olur. Bu xəstəliklərə hemokromatoz, Wilson xəstəliyi, protein yığılması olaraq bilinən amiloidozu qeyd etmək olar.
Ürək-damar sistemi problemləri. Qaraciyərin böyüməsi qan axınının pozulduğu hallarda da baş verə bilər. Bu hallara misal olaraq ürək çatışmazlığını, Budd-Chiari sindromunu qeyd etmək olar.
Zəhərlənmə və Dərman İstifadəsi. Bəzi dərmanlar, kimyəvi maddələr və zəhərli maddələr qaraciyərə zərər verər və böyüməyə səbəb ola bilər. Xüsusilə həddindən artıq spirt qəbulu qaraciyərə toksik təsir göstərir.
Bəzi hallarda qaraciyərin yüngül böyüməsi heç bir əlamət göstərmir və başqa bir sağlamlıq problemi üçün müayinə zamanı nəzərə çarpır. Bu səbəbdən deyə bilərik ki, qaraciyər böyüməsinin simptomları çox vaxt qaraciyərin böyüməsinə səbəb olan vəziyyətdən asılı olaraq dəyişir. Sözügedən simptomlar bunlardır:
Qarın Ağrısı və Narahatlıq. Hepatomeqaliyanın ən çox görülən simptomlarından biri qarının yuxarı sağ hissəsində ağrı və ya təzyiqdir. Genişlənmiş qaraciyər ətrafdakı orqanlara təzyiq göstərir və narahatlığa səbəb olur. Bu, xüsusilə yeməkdən və ya dərin nəfəs aldıqdan sonra daha nəzərə çarpır.
Qarın şişməsi. Qaraciyərin böyüməsi qarının yuxarı sağ hissəsində görünən qabarıqlığa səbəb olur. Bu vəziyyət qaraciyərin normal ölçüsündən daha böyük olması və qarın divarına təzyiq göstərməsi səbəbindən baş verir.
Yorğunluq və zəiflik. Qaraciyər orqanizmin enerji mübadiləsini tənzimləyən orqandır. Qaraciyərin böyüməsi tez-tez enerjinin azalmasına və daimi yorğunluq hissinə səbəb olur. Bu simptom qaraciyərin düzgün işləmədiyini və bədəndə toksinlərin yığılmasını göstərən simptomdur.
Sarılıq. Sarılıq dərinin və göz ağlarının sararması ilə özünü göstərir. Qaraciyərin böyüməsi qaraciyərin safra çıxarma və ya öd axını tənzimləmə qabiliyyətinə təsir göstərdikdə sarılığa səbəb olur. Bu, adətən əsas qaraciyər xəstəliyini göstərir.
Arıqlamaq və İştahasızlıq. Hepatomeqaliya səbəbiylə yaranan iştahasızlıq kilo itkisi ilə nəticələnir. Bu simptom adətən qaraciyərin genişlənməsinə səbəb olan xroniki xəstəliklərlə əlaqələndirilir. Xüsusilə yağlı qaraciyər xəstəliyi, serroz və ya şiş kimi hallarda iştahasızlıq tez-tez olur.
Dəridə qaşınma və səpgilər. Qaraciyərin böyüməsi öd axınına təsir etdikdə safra duzları toplana və dəridə qaşınmaya səbəb ola bilər. Qaşınma xroniki qaraciyər xəstəliklərində ümumi bir simptomdur.
Ürəkbulanma və Qusma. Hepatomeqaliya həzm sisteminin işinə təsir edə və ürəkbulanma və ya qusma kimi simptomlara səbəb ola bilər. Bu simptomlar adətən qaraciyərin bədəndən toksinləri çıxarmaq üçün funksiyasının pozulması nəticəsində yaranır.
Qabaqcıl mərhələdəki simptomlar. Qaraciyərin böyüməsi irəlilədikdə ayaqlarda və qarın boşluğunda mayenin yığılması (astsit), qanaxma meyli və zehni çaşqınlıq (hepatik ensefalopatiya) kimi ciddi simptomlar yarana bilər.
Qaraciyər böyüməsi ilə bağlı simptomlar müşahidə edildikdə əsas səbəbləri müəyyən etmək və müalicə etmək üçün həkimə müraciət edilməlidir. Qaraciyər zədələnməsinin inkişafının qarşısını almaq və ümumi sağlamlığı qorumaq üçün erkən müdaxilə çox vacibdir.
Qaraciyərin böyüməsinin diaqnostik prosesi xəstənin şikayətlərinin qiymətləndirilməsi ilə başlayır və fiziki müayinə, laboratoriya testləri və görüntüləmə üsulları ilə dəstəklənir. Qaraciyər böyüməsinin diaqnozunda ümumi olaraq aşağıdakı addımlar izlənilir:
Tibbi anamnez və Fiziki Müayinə. Diaqnostik prosesin birinci mərhələsi xəstənin xəstəlik tarixinin və mövcud simptomların ətraflı qiymətləndirilməsidir. Həkim bu amillərə diqqət yetirir:
Fiziki müayinə zamanı həkim qarın nahiyəsini palpasiya yolu ilə yoxlayır. Qaraciyərin normadan böyük olub-olmaması və həssaslığı qiymətləndirilir.
Laboratoriya Testləri. Qan testləri qaraciyər funksiyasını və böyümənin mümkün səbəblərini qiymətləndirmək üçün vacib bir vasitədir. Diaqnostika zamanı aşağıdakı testlər edilir:
Görüntüləmə üsulları. Qaraciyərin ölçüsünü, strukturunu və mümkün anormallıqları qiymətləndirmək üçün aşağıdakı görüntüləmə testləri aparılır:
Biopsiya. Laboratoriya və görüntüləmə nəticələri kifayət qədər məlumat vermirsə, qaraciyər biopsiyası aparıla bilər. Bu prosedur qaraciyər toxumasından nümunə götürmək və mikroskop altında araşdırmaqdan ibarətdir. Qaraciyər xəstəliklərinin qəti diaqnozunda biopsiya son dərəcə effektivdir.
Diaqnostika prosesi əsas xəstəliyi müəyyən etmək və müvafiq müalicəyə başlamaq üçün lazımdır. Erkən diaqnoz qaraciyərin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Qaraciyər böyüməsi (hepatomeqaliya) əsas səbəblərdən asılı olaraq müalicə olunan bir vəziyyətdir. Buna görə də, müalicə prosesi böyümənin mənbəyinin müəyyən edilməsi ilə başlayır və əsas xəstəliyi aradan qaldırmaq və ya idarə etmək məqsədi daşıyır. Müalicə dərmanlardan tutmuş həyat tərzi dəyişikliyinə və inkişaf etmiş hallarda cərrahiyyəyə qədər müxtəlif yanaşmaları əhatə edir.
Əsas Xəstəliyin Müalicəsi. Əsas xəstəliyin müalicəsi dedikdə aşağıdakı şərtlər nəzərdə tutulur:
Qidalanma və həyat tərzi dəyişiklikləri. Qaraciyər böyüməsi olan xəstələrdə həyat tərzi dəyişiklikləri qaraciyərin sağlamlığını qorumaq üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, qidalanmaya diqqət edilməli, spirtli içkinin qəbulu dayandırılmalı və aktiv həyat tərzinə keçid edilməlidir.
Dərman müalicəsi. İnfeksiya nəticəsində yaranan qaraciyər böyüməsində antibiotiklər və antiviral dərmanlar istifadə olunur. Qaraciyər funksiyasını dəstəkləmək və zədələnməni azaltmaq üçün bəzi dərmanlar təyin oluna bilər.
Qabaqcıl hallarda cərrahiyyə və qaraciyər transplantasiyası. Qaraciyərin genişlənməsinə ağır qaraciyər çatışmazlığı və ya bədxassəli şiş səbəb olarsa, qaraciyər transplantasiyası tələb olunur. Bu vəziyyətdə transplantasiya xəstənin həyatını xilas edə bilər.
Qaraciyər böyüməsinin müalicəsi böyümənin səbəbindən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılıdır. Erkən diaqnoz və düzgün müalicə qaraciyərin zədələnməsinin qarşısını almaq və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir. Müalicə prosesi bir mütəxəssis tərəfindən idarə edilməlidir.
Hepatomeqaliya əsas xəstəliklər nəticəsində baş verdiyinə görə qaraciyərin sağlamlığını qorumaq və hepatomeqaliyanın qarşısını almaq üçün sağlam həyat tərzini mənimsəmək və risk faktorlarını idarə etmək lazımdır. Qaraciyərin böyüməsinin qarşısını almağın yolları bunlardır:
Sağlam qidalanma vərdişlərinə yiyələnmək. Qaraciyərin sağlam fəaliyyəti düzgün qidalanma ilə dəstəklənir. Doymuş yağlar və trans yağlar qaraciyəri yükləyir. Bunun əvəzinə təzə tərəvəz, meyvə, tam taxıl və sağlam yağlara üstünlük verilməlidir. Həmçinin yüksək şəkər qəbulu qaraciyərin yağlanmasına səbəb ola bilər. Bu səbəbdən şəkərli içkilər və işlənmiş qidalardan uzaq durmaq lazımdır.
Daha əvvəldə də bildirdiyimiz kimi, alkoqol qaraciyərin zədələnməsinin və böyüməsinin ən çox yayılmış səbəblərindən biridir. Alkoqol qəbulunu tamamilə dayandırmaq qaraciyərin sağlamlığının qorunmasında vacib bir addımdır.
Daimi Məşq etmək. Fiziki fəaliyyət yağlı qaraciyərin qarşısını alır və maddələr mübadiləsini yaxşılaşdırır. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə məşq etmək tövsiyə olunur. Daimi məşq çəkini nəzarət altında saxlayır və qaraciyər funksiyalarını dəstəkləyir.
Həddindən artıq çəki almamaq. Piylənmə qaraciyər yağlanmasının və hepatomeqaliyanın mühüm səbəbidir. Sağlam bir çəki saxlamaq qaraciyər sağlamlığını qorumaq üçün vacibdir. Pəhriz və idmanla çəki nəzarətinə nail olmaq olar.
İnfeksiyalardan qorunmaq. Viral hepatitlər (Hepatit B və C) qaraciyər böyüməsinin ümumi səbəbləridir. Hepatit B peyvəndi olunaraq, steril olmayan iynələrdən və qorunmasız cinsi əlaqədən (çox partnyorlu şəxslər) qaçınaraq infeksiya riskini azaltmaq olar.
Dərman və Kimyəvi Maddələrdən Uzaq Durmaq. Bəzi dərmanlar və zəhərli maddələr qaraciyərə zərər verə bilər. Həkim resepti olmadan dərman istifadə etməkdən və kimyəvi toksinlərə məruz qalmaqdan çəkinmək lazımdır.
Daimi Sağlamlıq Yoxlamalarında olmaq. Qaraciyərinizin sağlamlığını izləmək üçün mütəmadi olaraq həkimə müraciət etmək vacibdir. Qan testləri və görüntüləmə üsulları ilə qaraciyər funksiyaları qiymətləndirilə və erkən dövrdə tədbir alına bilər.
Yekun olaraq olaraq qeyd edək ki, qaraciyər böyüməsinin qarşısını almaq sağlam həyat tərzinə riayət etməklə mümkündür. Balanslaşdırılmış qidalanma, nizamlı idman, spirtli içkilərdən və zərərli maddələrdən uzaq durmaq, infeksiya riskini azaltmaq və mütəmadi olaraq sağlamlıq müayinəsindən keçmək qaraciyərin sağlamlığını qorumaq üçün əsas addımlardır. Bu vərdişlər təkcə qaraciyərin böyüməsinin deyil, digər qaraciyər xəstəliklərinin də qarşısını alır.
Prostat xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir və onun müalicəsi xərçəngin mərhələsi, xəstənin ümumi sağlamlıq vəziyyəti və şəxsi üstünlükləri kimi faktorlardan asılı olaraq dəyişir. Prostat vəzi xərçənginin müalicəsində cərrahiyyə, radioterapiya, hormon terapiyası, kimyaterapiya kimi müxtəlif üsullardan istifadə edilir. Müalicə variantlarının müvəffəqiyyət nisbəti ümumiyyətlə erkən diaqnozla artır. Buna görə də müntəzəm müayinələr və PSA testləri böyük əhəmiyyət kəsb edir.
Talassemiya orqanizmin kifayət qədər sağlam hemoqlobin istehsal etməməsinə səbəb olan genetik qan xəstəliyidir. Talassemiya daşıyıcıları adətən aşkar simptomlar göstərməsələr də, daha ağır formalarda anemiya, yorğunluq və dalaq böyüməsi kimi simptomlar meydana gələ bilər. Bu, genetik xəstəlik olduğundan ailəsində talassemiya xəstəliyi olan şəxslərin genetik məsləhət alması tövsiyə olunur.
Hemoroid kimi tanınan babasil anus və düz bağırsağın ətrafındakı damarların genişlənməsi və iltihabı nəticəsində yaranan sağlamlıq problemidir. Hemoroidin səbəbləri arasında bir çox səbəblər var. Yazımızın davamında babasilin səbəbləri, babasilin müalicəsi ilə bütün daha ətraflı tanış olacayıq. Lakin daha əvvəldən də qeyd edək ki, babasil müalicə olunmazsa, xroniki hala gələ və gündəlik həyata mənfi təsir edə bilən bir haldır.
Müayinə üçün həkimə ehtiyacınız var?