whatsapp

Premium Clinic

Gecə Yatarkən Öskürək Hansı Xəstəliyin Əlamətidir?

Yuxu bədənimizin özünü yenilədiyi və istirahət etdiyi həyati bir prosesdir. Ancaq gecə yatarkən öskürək kimi narahatlıq bu istirahət müddətini kəsə və əsas sağlamlıq probleminin əlaməti ola bilər. Bəs, gecə yatarkən öskürək hansı xəstəliyin əlamətidir? Bu sual çoxlarını narahat edir.

Gecə öskürəklərinə çox vaxt diqqət yetirilməsə də, astmadan tutmuş reflüyə qədər geniş bir pozğunluğa işarə edə bilər. Gecə öskürəyinin səbəblərini başa düşmək həm keyfiyyətli yuxu, həm də ümumi sağlamlıq üçün çox vacibdir. Bu yazımızda gecə yuxu zamanı baş verən öskürəyin əsas səbəblərindən danışacayıq. 


Gecə yatarkən öskürəyə səbəb nə olur?


Gecə yatarkən öskürmək bir sıra tibbi duruma bağlı olaraq baş verir. Belə ki, gecələr baş verən quru, bələmsiz öskürək adətən yuxarı tənəffüs yollarının viral infeksiyası və ya allergiya ilə əlaqədardır. Postnazal damcı, sinüzit və qastroözofageal reflü səbəbiylə öskürək yuxuya getdikdən dərhal sonra başlayır. İdman, hərəkət, gülmə və ağlama ilə artan öskürək isə astmaya işarə edir.

Ümumi olaraq isə gecələr baş verən öskürəyin əsas səbəblərdən bəziləri bunlardır:

  • Astma
  • Reflüks
  • Yuxu Apnesi
  • Allergik reaksiyalar
  • İnfeksiyalar

Bu problemlərin hər birinin özünəxas əlavə simptomları, müalicə variantları var. İndi isə onlarla tanış olaq.


Astma səbəbilə gecə yatarkən öskürmək

Astma gecə yatarkən öskürəyin ən çox görülən səbəblərindən biridir. Statistikaya görə, astma xəstələrinin 75%-i gecə öskürəklərindən şikayətlənir. Bu, gecə saatlarında tənəffüs yollarının daha həssas olması ilə izah edilir. Bəs niyə gecələr astma bu qədər təsirli olur? Bunun əsas səbəbi gecə tənəffüs həssaslığının artmasıdır. Belə ki, gün ərzində azalan kortizol səviyyələri gecə daha sıx hiss olunur. Həmçinin yataq otağında olan toz gənələri, ev heyvanlarının tükləri və ya polen də gecələr astma simptomlarından olan öskürəyin artmasına səbəb olur.

Astmaya bağlı olaraq gecə öskürmələrindən savayı həmçinin bu xəstəlik zamanı gecələr nəfəs almaq çox çətinləşir.

İndi isə sizə astmaya bağlı öskürəyi azaltmaq üçün bir sıra praktiki məsləhətlər təqdim edək. Belə ki, sözügedən öskürəyin olmaması üçün yataq otağınızın havasını təmiz saxlayın. Hava təmizləyicilərindən istifadə edən pasiyentlər 60 % daha rahat yatdığını bildirirlər.

Həmçinin gecələr tənəffüs yollarınızı açıq saxlamaq üçün həkiminizin təyin etdiyi dərmanları istifadə etməyi unutmayın. 

Əgər daha əvvəldə astma ilə bağlı şikayətiniz olmayıbsa, mütəxəssis həkimə müraciət edərək və yuxarıdakı tövsiyələrə əməl etməklə bu vəziyyəti idarə edə bilərsiniz. Unutmayın, keyfiyyətli yuxu keyfiyyətli həyat deməkdir.


Reflü səbəbilə gecə yatarkən öskürmək

Gecə yatarkən öskürəyin səbəblərindən biri reflüdür. Araşdırmalara görə, reflü xəstələrinin 40%-i gecə öskürəklərindən əziyyət çəkir. Bu vəziyyət mədə turşusunun yemək borusuna sızması və boğazı qıcıqlandırması nəticəsində yaranır. Lakin reflüksün öskürəyə səbəb olması çox vaxt diqqətdən kənarda qalır. Ancaq gecə boyu təkrarlanan öskürəklər sağlamlığınıza ciddi təsir edə bilər. 

Bəs, reflüks və gecə öskürəkləri necə əlaqəlidir? Yuxu zamanı üfüqi vəziyyətdə olmaq mədə turşusunun yemək borusuna sızma ehtimalı artır. Nəticədə isə qıcıqlanan boğaz gecə boyu diskomfort və öskürəyə səbəb olur.

Problemi aradan qaldırmaq üçün aşağıdakı addımları izləməkdə fayda var:

  • Yemək vaxtlarınıza fikir verin: yatmazdan ən az 3 saat əvvəl yeməyi dayandırın.
  • Hündür yastıqdan istifadə edin: Yatarkən başınızı yüksək tutaraq mədə turşusunun yemək borusuna daxil olmasının qarşısını ala bilərsiniz.
  • Qıcıqlandırıcı qidalardan uzaq durun: Portağal, qəhvə və ədviyyatlı qidalar reflü xəstələri üçün risklidir.

Qeyd edək ki, əgər reflü əlamətləriniz 2 həftədən çox davam edərsə, qastroenteroloqun müayinəsində olmaq mütləqdir.


Yuxu apnesi səbəbilə gecə yatarkən öskürmək

Gecə yatarkən öskürək və yuxu apnesi arasındakı əlaqə bir çox insanın fərqinə varmadığı, lakin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək bir vəziyyətdir. Yuxu apnesi yuxu zamanı tənəffüsün fasilələri və ya tam dayanması ilə xarakterizə olunur, adətən isə gecə boyu təkrarlanan öskürəyə səbəb olur.

Yuxu apnesi zamanı bədən tıxanmış tənəffüsü yenidən başlatmaq üçün səy göstərir. Bu sırada tənəffüs yolları qıcıqlanır və öskürək refleksi işə salınır.

Yuxu apnesinin simptomlarını azaltmaq üçün aşağıdakı addımları izləmək məsləhət görülür:

  • CPAP Cihazından istifadə edin: Yuxu apnesinin müalicəsində qızıl standart hesab edilən bu cihaz tənəffüs yollarını açıq saxlayır.
  • Arıqlamaq: Tədqiqatlara görə, kilolu xəstələr arıqladıqda apne simptomları 50% azala bilər.
  • Yuxu mövqeyinizi dəyişdirin: Kürəyiniz yerinə yan üstə uzanmaq nəfəs darlığına daha az səbəb olur.
  • Siqaret və Alkoqolun azaldılması: Tənəffüs yollarının qıcıqlanmasını azaltmaq üçün bu maddələrin qəbulunu məhdudlaşdırın.

Unutmayın ki, gecə yatarkən öskürək hiss edirsinizsə, bunun arxasında yuxu apnesi ola bilər. Qeyd etmək lazımdır ki, erkən diaqnoz və uyğun müalicə yuxu apnesini idarə edilə bilər. Bu səbəbdən hər hansısa narahatlıq yaşayırsınızsa, mütləq həkiminizə bununla bağlı məlumat verin.


 

Allergik reaksiyalar səbəbilə gecə yatarkən öskürmək


Gecə yatarkən öskürək allergik reaksiyalar nəticəsində də yarana bilər. Ev tozu gənələri, heyvan tükləri, polen və hətta yataq materiallarında olan kimyəvi maddələr kimi allergenlər tənəffüs yollarını qıcıqlandırır və öskürəyə səbəb olur. Allergik reaksiyalar səbəbiylə öskürək yaşayan insanların 60%-i fərqinə varmadan problemi yaşamağa davam edir. Lakin bilmək lazımdır ki, gecə davam edən öskürək təkcə narahatedici bir simptom deyil, həm də yuxu keyfiyyətini ciddi şəkildə azaldan bir haldır. Allergik reaksiyaların təsirini anlamaq və azaltmaq üçün allergenlərlə mübarizə yollarını bilmək vacibdir.

Allergik reaksiyalara görə öskürəkdən qurtulmağın yolları bunlardır:

  • Hipoallergik yataq materiallarını seçin: Yataq və yastıqlarınızı toz gənələrinə davamlı materiallarla əvəz edin.
  • Havadan gələn allergenləri azaldın: Hava təmizləyiciləri toz və tozcuqların 80%-ni azalda bilər.
  • Ev təmizliyinə diqqət edin: Həftəlik kətan dəyişikliyi və gündəlik tozlanma allergiya riskini azalda bilər.
  • Antihistaminiklərdən istifadə edin: Yalnız və yalnız həkim tövsiyəsi ilə istifadə edə biləcəyiniz allergiya dərmanları simptomların idarə edilməsində effektli olan üsullardandır.

Problemi düzgün anlayıb doğru mübarizə yolu seçmək həyat keyfiyyətinizi artıracaqdır.

İnfeksiya səbəbilə gecə yatarkən öskürmək

Gecə yatarkən öskürmək daha əvvəlki səbəblərlə yanaşı tənəffüs yolları xəstəliklər nəticəsində də yarana bilər. İnfeksiyalar xüsusilə bronxit, sinüzit və faringit boğazı qıcıqlandırır və gecələr də davam edən öskürəyə səbəb olur. Araşdırmalara görə virus infeksiyalarının xüsusilə soyuqdəymə və qripin gecə öskürəyə səbəb olma ehtimalı 70%-ə qədərdir. Bunun gecə baş verməsinin əsas səbəbi orqanizmin gecə boyu infeksiyalarla mübarizə apararkən boğazda yığılan bəlğəm və qıcıqlanmanın öskürək refleksinə təkan verməsidir.

  • İnfeksiyalara bağlı olaraq baş verən gecə öskürəklərinə qarşı alına biləcək ehtiyat tədbirləri bunlardır:
  • İlıq içkilər içmək: Bal və limon ilə bir stəkan bitki çayı qıcıqlanmanı azalda bilər.
  • Bəlğəmgətirici istifadə etmək: Həkimin tövsiyəsi ilə istifadə edilən orta dərəcədə bəlğəmgətiricilər gecələr rahatlamağa kömək edir.
  • Nəmləndirici cihazlar: Quru havanı nəmləndirərək boğazın qıcıqlanmasını azaltmaq mümkündür.

Bütün bunlarla yanaşı daimi əl gigiyenasına diqqət etmək də infeksiya riskini 50% azaltmaq üçün təsirli bir üsuldur.



Uşaqlarda gecə yatarkən öskürmək niyə olur?


Uşaqlarda gecə öskürəyin olması valideynlərin qarşılaşdığı ümumi bir vəziyyətdir. Böyüklərdə olduğu kimi uşaqlarda da bu, adətən astma, allergiya və ya infeksiyalar kimi tənəffüs problemlərini göstərə bilər. Uşaqlarda gecə öskürəklərinin ümumi səbəbləri aşağıdakılardır:

  • Astma: Araşdırmalara görə, astmalı uşaqların 80%-də gecə öskürək olur.
  • Allergiyalar: Toz, polen və ev heyvanlarının tükləri öskürək refleksinə təkan verir.
  • Soyuqdəymə və infeksiyalar: Viral infeksiyalar boğazda qıcıqlanmaya səbəb olur və bu, öskürəklə nəticələnir.
  • Reflüks: Özofagusa sızan mədə turşusu gecə öskürəyə səbəb ola bilər.

Uşaqlarda gecələr qeyd edilən səbəblərə görə yaranan öskürəyin qarşısını almaq və əsas problemin simptomlaırnı azaltmaq üçün bir sıra addımları izləyə bilərsiniz. 

Öncəliklə nəmləndiricidən istifadə etməyə başlayın. Quru hava tənəffüs yollarını qıcıqlandıra bilər. Lakin nəmləndirici cihaz boğazın qıcıqlanmasını azaldacaqdır. Daha sonra yataq otağını təmiz saxlayın. Belə ki, yataq örtüklərini həftəlik olaraq dəyişdirmək allergiya ilə əlaqəli öskürəyin qarşısını ala bilər. Bütün bunlarla yanaşı isti su və ya bitki çayı kimi içkilər bəlğəmi yumşaldaraq öskürəyi aradan qaldıracaqdır.

Əgər simptomlar 3 gündən çox davam edərsə və ya öskürək nəfəs darlığı ilə müşayiət olunursa, mütləq mütəxəssis həkimə müraciət edin.


Gecə yatarkən öskürək nə vaxt ciddi qəbul edilməlidir?


Gecə baş verən öskürək tez-tez təkrarlanırsa və ya nəfəs almaqda çətinlik çəkirsinizsə, mütəxəssis rəyi almaq mütləqdir. Gecə yatarkən öskürək bəzən sadə soyuqdəymə nəticəsində yarana bilsə də, bəzən ciddi bir xəstəliyin əlaməti ola bilər. 

Bəs, gecə yatarkən öskürək nə vaxt ciddi qəbul edilməlidir? Bu vəziyyətlər aşağıdakılardır:

  • Qanlı və ya Rəngsiz bəlğəm: Xüsusilə qanlı bəlğəm ağciyərlərdə ciddi problem olduğunu göstərən bir haldır.
  • 2 həftədən çox davam edən öskürək: Xroniki öskürəyin əsas səbəbi araşdırılmalıdır.
  • Yüksək Qızdırma və Üşümə: Bu, infeksiya ilə əlaqəli bir xəstəliyin əlaməti ola bilər.
  • Nəfəs darlığı: Xüsusilə gecə saatlarında nəfəs almaqda çətinlik çəkirsinizsə, ağlınıza astma və ya yuxu apnesi kimi vəziyyətlər gəlməlidir.

Unutmayın ki, gecə yatarkən öskürək ciddi qəbul edilməli bir vəziyyət ola bilər. Özünüzü və yaxınlarınızı qorumaq üçün simptomları izləyin və peşəkar dəstək axtarmaqdan çəkinməyin.


Tez-tez verilən suallar

Baş ağrısı böyüklərdə olduğu kimi uşaqlarda da rast gəlinən bir sağlamlıq problemidir. Uşaqlar adətən baş ağrılarını ifadə etməkdə çətinlik çəkirlər və bu, valideynləri narahat edir. Stres, yorğunluq, qeyri-kafi yuxu və susuzluq kimi gündəlik faktorlar baş ağrısına səbəb olur, eyni zamanda miqren və ya infeksiya kimi daha ciddi səbəbləri də göstərir.

Adenoid toxuması uşaqların immun sisteminin mühüm bir hissəsi olaraq tənəffüs yollarından daxil olan mikroblardan qorunma təmin edir. Ancaq bu toxumanın həddindən artıq böyüməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Burun tutulması, xoruldama, yuxu apnesi və təkrarlanan qulaq infeksiyaları kimi əlamətlərlə özünü göstərən adenoid böyüməsi uşağın həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərə bilər. Bu yazıda uşaqlarda adenoid böyüməsindən, onun müalicə üsullarından ətraflı danışacayıq. 


Bağırsaq florası həzm sistemində yaşayan və insan sağlamlığına əhəmiyyətli təsir göstərən mikroorqanizmlərin bütünüdür. Bu mikrobiota həzmdən tutmuş immunitet sistemini dəstəkləməyə qədər bir çox həyati funksiyaları yerinə yetirir. Ancaq qidalanma, stres və antibiotik istifadəsi kimi amillər bağırsaq florasının tarazlığını poza bilər. Balanssız bağırsaq florası həzm problemlərindən immunitet zəifliyinə qədər bir çox tibbi hallarla nəticələnir. Bağırsaq florasını yenidən balanslaşdırmaq üçün probiotik və probiyotiklə zəngin qidalar qəbul etmək, sağlam həyat tərzinə keçmək və zərərli vərdişlərdən uzaq olmaq vacibdir. Sağlam bağırsaq florası ümumi sağlamlığın təməl daşlarından biridir.


Hamiləlikdə ağ axıntı bir çox qadında görülən ümumi  və normal bir vəziyyətdir. Bu axıntı tibbdə "leykoreya" adlanır və hamiləlik zamanı baş verən hormonal dəyişikliklər səbəbindən bəzən artır. Xüsusilə, artan estrogen səviyyələri vaginal divarlarda qan axınını artırır və ağ axıntıya səbəb olur. Bu axıntı bədənin infeksiyalara qarşı qoruyucu mexanizmi rolunu oynayır və vaginal bölgəni təmiz saxlamağa kömək edir. Ancaq pis qoxu, qaşınma və ya rəngin dəyişməsi kimi əlamətlərlə müşayiət olunarsa, həkimə müraciət etmək vacibdir.


Epilepsiya beyin hüceyrələrinin anormal elektrik fəaliyyəti nəticəsində yaranan nevroloji xəstəlikdir. Uşaqlarda epilepsiya ümumi sağlamlıq problemlərindən biridir və müxtəlif növlərdə özünü göstərir. Xəstəliyin simptomları yüngül huşun itirilməsindən şiddətli qıcolmalara qədər dəyişir. Uşaqlarda epilepsiyanın səbəbləri genetik meyl, doğuş zamanı fəsadlar və ya beyin infeksiyaları kimi amillərdir. 


Digər məqalələr

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Türkiyəli doktor Fevzi Özgönül bəzi xəstəliklərdən əziyyət çəkənlərin və hamilələrin oruc tutmamasını məsləhət görüb. Türkiyə mətbuatının xəbərinə görə, o, Ramazan ayında oruc tutmağın kimlər üçün riskli olduğunu açıqlayıb. Onun fikrincə, aşağıdakı kateqoriyalara daxil olanlar əsla oruc tutmamalıdırlar: Hamilələr Uşaq əmizdirən analar Şəkər xəstələri Ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar Xroniki xəstəliklərdən əziyyət çəkənlər Ciddi psixoloji problemləri olanlar Yetkinlik yaşına çatmayan uşaqlar Kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələri Həkim Fevzi Özgönül bildirir ki, təzyiq xəstələrinin də oruc tutması risklidir: “Oruc tutmaq uzun müddət susuz qalmaq deməkdir. Bu isə qan dövranına mənfi təsir edir. Əgər oruc tutarkən təzyiqiniz tez-tez yüksəlir və ya aşağı enirsə, bu orucun sizin üçün riskli olduğundan xəbər verir”. Həkim ürək xəstələrinin qış və payız aylarında oruc tuta biləcəklərini, ancaq yay aylarına düşən Ramazanda oruc tutmamalı olduqları qənaətindədir: "Yay aylarında tutulan oruc bədənin su itirməsinə səbəb olur. Bu da ürək xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Ona görə də, ürək xəstələrinə oruc tutmamağı məsləhət görürəm”. Həkimin sözlərinə görə, 18 yaşı tamam olmamış uşaqlar və yaşlılar da oruc tutmamalıdırlar: "18 yaşı tamam olmamış uşaqların qidalanma rejimini dəyişdirməsi düzgün deyil. Özünü sağlam və güclü hiss edən qocalar oruc tuta bilərlər. Ancaq yorğun, qüvvətsiz, əlləri titrəyən qocaların oruc tutması düzgün deyil”.

Daha ətraflı

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!

The #1 medical tourism platform