whatsapp

Premium Clinic

Hamiləlikdə Cinsiyyət Nə Vaxt Bilinir? Cinsiyyət necə formalaşır?

Körpənin cinsi mayalanma zamanı genetik olaraq müəyyən edilir. Sperma hüceyrəsi tərəfindən daşınan X və ya Y xromosomu embrionun oğlan və ya qız olacağını müəyyən edir. Ancaq bu genetik məlumat hamiləliyin erkən mərhələlərində xaricdən müşahidə olunmur. Körpənin cinsini öyrənmək üçün adətən hamiləliyin müəyyən həftəsini gözləmək lazımdır.

Cinsiyyəti təyin etmək üçün istifadə edilən ən çox yayılmış üsul ultrasəs müayinəsidir. Lakin körpənin mövqeyi və ya digər amillər ultrasəs nəticələrinə təsir göstərə bilər. Ultrasəsdən başqa, genetik testlər (məsələn, amniosentez və ya xorion villus biopsiyası) cinsiyyəti təyin etməyə kömək edə bilər, lakin tibbi zərurət olmadığı təqdirdə bu testlər ümumiyyətlə aparılmır.

Gələcək analar və atalar üçün körpənin cinsini öyrənmək hamiləlikdə həyəcanverici bir mərhələdir. Ancaq bu proses yalnız körpənin cinsiyyətini öyrənmək deyil, həm də körpənin sağlam inkişafını izləməkdir. Buna görə də dəqiq məlumat əldə etmək üçün mütəmadi olaraq həkim müayinəsindən keçmək lazımdır.


Hamiləlikdə cinsiyyət neçənci həftədə bilinir?


Döllənmə körpənizin bioloji cinsinin müəyyən edildiyi zaman olsa da, hamiləliyin təxminən yarısına qədər bu məlumat dəqiq bilinmir. Həkiminiz hamiləliyin təxminən 10 həftəsindən başlayaraq körpənizin cinsini sizə bildirmək üçün müxtəlif testlərdən istifadə edə bilər. Çox vaxt insanlar 12 həftədən adi ultrasəs vasitəsilə aşkar edirlər. Hamiləliyin bu mərhələsi embrionun cinsiyyət orqanlarının ultrasəsdə aydın göründüyü zamandır. 

Cinsiyyət öyrəndikdən sonra valideynləri ən çox maraqlandıran nüans sonradan cinsiyyətin dəyişə bilmə ehtimalıdır. Bildirmək istərdik ki, körpənin cinsi mayalanma zamanı müəyyən artıq təyin olunur və hamiləlik dövründə dəyişə bilməz. Sadəcə bəzi hallarda daha erkən zamanda edilən usm müayinəsi, körpənin bətndə durduğu mövqe cinsiyyəti görmə bilməməyə və ya yanlış görməyə səbəb olur. Lakin demək olar ki, 20 həftəlik hamiləlikdən sonra cinsiyyətin yanlış deyilməsi kimi bir hal müşahidə olunmamışdır. Çünki bu zaman embrionun cinsiyyət orqanı usm zamanı aydın görünəcək qədər inkişaf etmiş olur.


Körpənizin cinsini necə öyrənə bilərsiniz?


Hamiləlik zamanı cinsiyyəti öyrənmək üçün əsasən usm müayinəsi aparılır. Daha əvvəldə də qeyd etdiyimiz kimi,12-ci həftələrdə edilən usm müayinəsi zamanı köprənin cinsiyyətini öyrənmək mümkündür. 

Qeyri-invaziv prenatal test. Qeyri-invaziv prenatal test (NIPT) Daun sindromu kimi xromosom anomaliyalarını yoxlamaq üçün edilir. Bu testi hamiləliyin 10 həftəsindən başlayaraq edə bilərsiniz. Lakin qeyd edək ki, test 100% dəqiqliklə xromosom pozğunluğunun diaqnozunu qoymur. Test yalnız mümkünlüyünü göstərir.

Körpənizdə anormal nəticələr varsa, həkiminiz Daun sindromunu və digər xromosom pozğunluqlarını diaqnoz etmək üçün əlavə testlər təyin edə bilər. Bu test üçün siz laboratoriyaya göndərilən və xromosom pozğunluqları ilə əlaqəli fetal DNT-nin varlığı yoxlanılan bir qan nümunəsi təqdim edəcəksiniz. Bu test körpənizin cinsini də dəqiq müəyyən edə bilər. Əgər bilmək istəmirsinizsə, testi verməmişdən öncə bununla bağlı həkiminizə məlumat verin.

Xorion villus nümunəsi. Xroniki villus nümunəsi də (CVS) Daun sindromunu müəyyən etmək üçün istifadə edilən bir genetik testdir. Bu testi hamiləliyin 10-cu və ya 12-ci həftəsində edə bilərsiniz. Körpəniz haqqında gen məlumatı olduğu üçün körpənizin cinsini də aşkar edə bilər.

Amniyosentez. Amniyosentez dölün inkişaf problemlərini aşkar etməyə kömək edən bir testdir. Həkiminiz anormallıqları göstərən hüceyrələri ehtiva edən az miqdarda amniotik maye toplayır. Hüceyrələr Daun sindromu, spina bifida və digər genetik şərtlər üçün sınaqdan keçirilir. Bu testi hamiləliyin təxminən 15-18 həftəsində edə bilərsiniz və təxminən 30 dəqiqə çəkir. Körpənizdə doğuş qüsurlarını və digər anormallıqları aşkar etməklə yanaşı, amniyosentez uşağınızın cinsini də müəyyən edir. 

Qeyd edək ki, bu testlər yalnız həkimin yönləndirməsi və hamilə qadının istəyinə əsasən edilir və əsas məqsəd körpənizdə baş verə biləcək qüsurları təxmin etmək üçün edilir.


Körpənin cinsiyyətini kim müəyyənləşdirir?


Bir çox valideyn hamiləlikdə körpənin cinsiyyətinin kim tərəfindən müəyyən olunduğunu bilmir. Bu mövzuya aydınlıq gətirməmişdən əvvəl xatırlayaq ki, bədən hüceyrələrimiz genetik materialımızı təşkil edən cəmi 46 xromosoma (23 cüt) malikdir. Mayalanma anında isə körpəniz yalnız bir hüceyrə ilə başlayır: yumurta və spermanın birləşməsi. Ancaq körpənin bioloji cinsiyyətini nəyin və kimin təyin etdiyinə gəldikdə, o ilk hüceyrədəki xromosomlardan yalnız ikisi rol oynayır.

Belə ki, döllənmə zamanı spermadan bir xromosom və yumurtadan bir xromosom körpənin cinsini təyin edir. Bunlara cinsi xromosomlar deyilir. Qeyd edək ki, qadın repoduktiv orqanı olan yumurta həmişə X xromosomuna sahibdir. Hər spermada isə X və ya Y xromosomu olur. Bu o deməkdir ki, cinsiyyət spermaya əsasən formalaşır. Yəni uşağın qız və ya oğlan olması birbaşa kişidən asılıdır. 

Cinsi əlaqə zamanı təxminən 150 milyon sperma sərbəst buraxılır, daha sonra uşaqlıq borularına çatmaq üçün vagina, serviks və uşaqlıq yolu ilə hərəkət etməyə çalışır. Mikroskopik ölçüdə olan bir sperma üçün bu, kifayət qədər uzun bir səyahətdir və bir çox sperma yol boyu məhv olur. Bu orijinal saydan yalnız bir neçəsi yumurtaya nüfuz etməyə çalışacaq və hansını müvəffəqiyyətlə yerinə yetirsə, yumurta ilə kiçik bir ziqot yaradacaq. Bu səyahətin sonunda artıq hamiləlik baş verir və spermaya əsasən embrionun cinsiyyəti də formalaşmağa başlayır. Əgər döllənən spermada X xromosomu varsa, embrion XX xromosomuna sahib olacaq və uşağın cinsiyyəti qız olacaq. Y xromosomlu sperma döllənərsə, embrion XY xromosomlu olacaq, yəni körpənin cinsiyyəti oğlan olacaq.



Hamiləlikdə cinsiyyət ilə bağlı ən çox soruşulan suallar


Hamiləlik dönəmində ailənin bir çox sualları olur. Amma daha çox cinsiyyətlə bağlı suallar yaranır. Həyəcanla gözlənilən bu müddətdə hamilələr tərəfindən tez-tez soruşulan sualları və onların cavablarını təqdim edirik. 


Hamiləlikdə cinisyyətin təyini dəqiq olur?

Ultrasəsdən istifadə edərək körpənin cinsiyyəti təyin edilirsə, bu nəticə adətən 90-95% dəqiqliyə malik olur. Bununla belə, daha da əmin olmaq istəyən hamilələrə genetik test etdirməsi tövsiyə olunur.

Cinsiyyəti təyin etmək üçün körpənin ana bətnindəki mövqeyi vacibdirmi?

Bəli, ultrasəs zamanı körpənin mövqeyi cinsiyyətin təyin edilməsinə təsir göstərə bilər. Misal üçün, körpənin ayaqları bağlı olarsa, cinsi müəyyən etmək çətinləşəcəkdir.

Cinsi proqnozlaşdırmaq üçün qədim inanclara etibar etmək olarmı?

Körpənin hərəkətləri, ana bətninin forması, səhərlər baş verən ürək bulanması və qusma kimi əlamətlər cəmiyyət arasında cinsi proqnozlaşdırmaq üçün istifadə edilsə də, elmi əsası yoxdur. Həmçinin şirin yemək istəyinin oğlana bağlı olması, turş yemək istəyinin isə uşağın qız olmasına bağlı olan fikirlər də tamamən mifdir. 

Qidalanma və ya həyat tərzi körpənin cinsinə təsir edə bilərmi?

Xeyr, elmi olaraq ananın qidalanması və ya həyat tərzinin körpənin cinsinə heç bir təsiri yoxdur. Cins mayalanma zamanı müəyyən edilir.

Əkiz hamiləlikdə cinsiyyəti necə təyin etmək olar?

Hər bir körpənin cinsi ultrasəs ilə fərdi olaraq müəyyən edilir. Ancaq körpələrin mövqeləri cinsiyyət təyinini çətinləşdirə bilər.

Çoxdöllü hamiləliklərdə körpələrin cinsini nə vaxt öyrənmək olar?

Ümumiyyətlə hamiləlikdə cinsiyyətin təyini 12-ci həftədən sonra olur. Qeyd edilən həftələr ərzində ultrasəs ilə körpələrin cinsiyyətini müəyyən etmək mümkündür. 

Çoxdöllü hamiləliklərdə cinsi təyin etmək daha çətindir?

Bəli, körpələrin mövqeləri bir-birinə müdaxilə edə bilər. Xüsusilə tək kisədə (monoxorionik) olan körpələrdə bəzi hallarda cinsin təyini daha çətin olur.

Çoxdöllü hamiləlikdə hər körpənin cinsi fərqli ola bilərmi? 

Bəli, dizigotik (eyni yumurta əkizləri) hamiləliklərdə hər körpənin cinsi fərqli ola bilər. Ancaq monozigotik (tək yumurta əkizləri) hamiləliklərdə körpələrin cinsləri eyni olur.

Çoxdöllü hamiləliklərdə cinsi öyrənmək üçün hansı üsullara üstünlük verilir?

Təkdöllü hamiləliklərdə olduğu kimi, çoxdöllü, yəni əkiz, üçəm, dördəm və ya daha çox dölün olduğu hamiləliklərdə də cinsiyyətin təyini üçün ilk təklif edilən üsul ultrasəs müayinəsidir. Əgər ana NIPT (Qeyri-invaziv prenatal test), amniyosentez və ya CVS kimi testlər verəcəksə, bu zaman da daha əvvəldən cinsiyyəti öyrənə bilər. 

Çoxdöllü hamiləlikdə bir körpənin cinsinin müəyyənləşib, digərinin cinsinin təyin olunmaması normaldırmı?

Bəli, bir körpənin mövqeyi və ya ultrasəs görüntüsünün aydınlığı digərindən daha yaxşı ola bilər. Bu vəziyyətdə bir körpənin cinsiyyəti erkən öyrənilərkən, digərinin müəyyən edilməsi növbəti müayinələrə qalır.

Tez-tez verilən suallar

Kişilərdə cinsi istəyin olmaması fiziki və ya psixoloji səbəblərdən meydana gələ bilən və həyat keyfiyyətini mənfi təsir edə bilən ümumi bir vəziyyətdir. Hormonal disbalans, stres, depressiya, münasibət problemləri, həddindən artıq spirt qəbulu və xroniki xəstəliklər bu vəziyyətin əsas səbəbləridir. Simptomlar olaraq isə cinsi fəaliyyətə marağın itməsi, aşağı libido və ereksiya problemlərini qeyd etmək olar. Cinsi istəksizliyin müalicəsi əsas səbəblərə uyğun olaraq planlaşdırılır. Erkən diaqnoz və uyğun müalicə ilə cinsi istəksizlik nəzarət altına alına bilər, ona görə də mütəxəssis həkimə müraciət etmək vacibdir.

Hamiləliyin ilk ayı səyahətin başlanğıcıdır və gələcək analar üçün bir çox fiziki, emosional və psixoloji dəyişiklikləri özü ilə gətirir. Bu proses zamanı orqanizm körpənin inkişafı üçün sürətlə dəyişdiyindən, gələcək ananın zehnində bir çox sual və narahatlıq yarana bilər. İlk ay körpənin əsas strukturlarının formalaşmağa başladığı və orqanların formalaşması üçün əhəmiyyətli bir zəmin hazırladığı kritik bir dövrdür. Məqaləmizdə hamiləliyin ilk ayı ilə bağlı hamilələri maraqlandıran bir çox mövzuya toxunacayıq.

Sünnət tarix boyu həm dini, həm də tibbi əhəmiyyət kəsb edən bir əməl olmuşdur. İslam və Yəhudilik kimi dinlərdə daha çox dini bir tələb olaraq yerinə yetirilsə də, sağlamlıq baxımından faydaları səbəbiylə bir çox mədəniyyətdə də tətbiq edilir. Sünnət oğlan uşaqlarında doğuşdan qısa müddət sonra və ya sonrakı yaşlarda cinsiyyət orqanının ucundakı dəri (prepus) təbəqəsinin cərrahi yolla çıxarılması prosesidir. Tibbi baxımdan sünnət sidik yolları infeksiyalarının qarşısının alınması, gigiyena qaydalarına riayət edilməsi və bəzi cinsi yolla keçən xəstəliklərin riskinin azaldılması kimi faydalara malikdir. Dini və mədəni bir mərasim kimi sünnət fərdi və ailə üçün mühüm sosial mərhələdir. 

Boru hamiləliyi döllənmiş yumurtanın uşaqlıq boşluğu yerinə fallop borusuna implantasiyası zamanı meydana gələn ektopik hamiləliyin, yəni uşaqlıqdankənar hamiləliyin bir növüdür. Normal hamiləliklərdə döllənmiş yumurta uşaqlıq borusu vasitəsilə uşaqlıq boşluğuna çatır və orada inkişafına davam edir. Amma boru hamiləliyində bu proses uşaqlıq borusunda baş verir. Bu, ciddi problemlərə səbəb ola bilər, çünki uşaqlıq borusu çox dardır və böyüməkdə olan embrion üçün kifayət qədər yer və dəstək təmin etmək üçün uyğun olmayan bir quruluşa malikdir.


Adenoid toxuması uşaqların immun sisteminin mühüm bir hissəsi olaraq tənəffüs yollarından daxil olan mikroblardan qorunma təmin edir. Ancaq bu toxumanın həddindən artıq böyüməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Burun tutulması, xoruldama, yuxu apnesi və təkrarlanan qulaq infeksiyaları kimi əlamətlərlə özünü göstərən adenoid böyüməsi uşağın həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərə bilər. Bu yazıda uşaqlarda adenoid böyüməsindən, onun müalicə üsullarından ətraflı danışacayıq. 


Digər məqalələr

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Türkiyəli doktor Fevzi Özgönül bəzi xəstəliklərdən əziyyət çəkənlərin və hamilələrin oruc tutmamasını məsləhət görüb. Türkiyə mətbuatının xəbərinə görə, o, Ramazan ayında oruc tutmağın kimlər üçün riskli olduğunu açıqlayıb. Onun fikrincə, aşağıdakı kateqoriyalara daxil olanlar əsla oruc tutmamalıdırlar: Hamilələr Uşaq əmizdirən analar Şəkər xəstələri Ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar Xroniki xəstəliklərdən əziyyət çəkənlər Ciddi psixoloji problemləri olanlar Yetkinlik yaşına çatmayan uşaqlar Kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələri Həkim Fevzi Özgönül bildirir ki, təzyiq xəstələrinin də oruc tutması risklidir: “Oruc tutmaq uzun müddət susuz qalmaq deməkdir. Bu isə qan dövranına mənfi təsir edir. Əgər oruc tutarkən təzyiqiniz tez-tez yüksəlir və ya aşağı enirsə, bu orucun sizin üçün riskli olduğundan xəbər verir”. Həkim ürək xəstələrinin qış və payız aylarında oruc tuta biləcəklərini, ancaq yay aylarına düşən Ramazanda oruc tutmamalı olduqları qənaətindədir: "Yay aylarında tutulan oruc bədənin su itirməsinə səbəb olur. Bu da ürək xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Ona görə də, ürək xəstələrinə oruc tutmamağı məsləhət görürəm”. Həkimin sözlərinə görə, 18 yaşı tamam olmamış uşaqlar və yaşlılar da oruc tutmamalıdırlar: "18 yaşı tamam olmamış uşaqların qidalanma rejimini dəyişdirməsi düzgün deyil. Özünü sağlam və güclü hiss edən qocalar oruc tuta bilərlər. Ancaq yorğun, qüvvətsiz, əlləri titrəyən qocaların oruc tutması düzgün deyil”.

Daha ətraflı

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!

The #1 medical tourism platform