whatsapp

Premium Clinic

Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır

Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə 20 302 uşağa ilk dəfə anemiya diaqnozu qoyularaq qeydiyyata götürülüb. 2014-cü ildə isə belə uşaqların sayı 24 769-a yüksəlib.Ölkədə yod çatışmazlığı diaqnozu ilə qeydə alınan uşaqların da sayında artım qeydə alınıb. 2013-cü ildə 176, 2014-cü ildə isə 409 uşağa ilk dəfə yod çatışmazlığı diaqnozu qoyulub.


Ümumilikdə ötən il 731 (2013-cü ildə 733 uşaq) uşağa ilk dəfə boyatmanın ləngiməsi və zəiflik diaqnozu qoyulub.



Tez-tez verilən suallar






Digər məqalələr

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Kimlər oruc tutmamalıdır? - HƏKİM RƏYİ

Türkiyəli doktor Fevzi Özgönül bəzi xəstəliklərdən əziyyət çəkənlərin və hamilələrin oruc tutmamasını məsləhət görüb. Türkiyə mətbuatının xəbərinə görə, o, Ramazan ayında oruc tutmağın kimlər üçün riskli olduğunu açıqlayıb. Onun fikrincə, aşağıdakı kateqoriyalara daxil olanlar əsla oruc tutmamalıdırlar: Hamilələr Uşaq əmizdirən analar Şəkər xəstələri Ürək-damar sistemi ilə bağlı xəstəliyi olanlar Xroniki xəstəliklərdən əziyyət çəkənlər Ciddi psixoloji problemləri olanlar Yetkinlik yaşına çatmayan uşaqlar Kimyəvi terapiyaya müraciət edən xərçəng xəstələri Həkim Fevzi Özgönül bildirir ki, təzyiq xəstələrinin də oruc tutması risklidir: “Oruc tutmaq uzun müddət susuz qalmaq deməkdir. Bu isə qan dövranına mənfi təsir edir. Əgər oruc tutarkən təzyiqiniz tez-tez yüksəlir və ya aşağı enirsə, bu orucun sizin üçün riskli olduğundan xəbər verir”. Həkim ürək xəstələrinin qış və payız aylarında oruc tuta biləcəklərini, ancaq yay aylarına düşən Ramazanda oruc tutmamalı olduqları qənaətindədir: "Yay aylarında tutulan oruc bədənin su itirməsinə səbəb olur. Bu da ürək xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxara bilər. Ona görə də, ürək xəstələrinə oruc tutmamağı məsləhət görürəm”. Həkimin sözlərinə görə, 18 yaşı tamam olmamış uşaqlar və yaşlılar da oruc tutmamalıdırlar: "18 yaşı tamam olmamış uşaqların qidalanma rejimini dəyişdirməsi düzgün deyil. Özünü sağlam və güclü hiss edən qocalar oruc tuta bilərlər. Ancaq yorğun, qüvvətsiz, əlləri titrəyən qocaların oruc tutması düzgün deyil”.

Daha ətraflı

Müayinə üçün həkimə ehtiyacınız var?

Sadəcə görüş təyin edin və getməyə hazırsınız!

The #1 medical tourism platform